success closed Loading...

Cəhrəçi xala

Ömər Faiq Nemanzadə | Məqalə sayı: 5

datetime16.10.2017 09:14 visitor

Cənab Molla əmi!

Neçə vaxtdır ki, səndən xəbərim yoxdur. Uzaq yerə - Dağıstan tərəfə yun almağa gəlmişəm. Nə qayırım, bizim yun alış-verişçilərinin üzlərini mürdəşir yusun, heç insafları yoxdur, satdıqları yunun çox yarısı çirk, palçıq, şaqqıldaq olur. Bəzi vaxt içinə yumru daşlar da qoyurlar ki, çəkidə ağır gəlsin, bununla belə atalarının qiymətini üstünə qoyurlar, Allah onlara min təsbeh lənət eləsin ki, məni diyarbədiyar salıblar! Qərəz, sözüm onda deyil, bizim yerin adamlarının nainsaflığını sən özün də yaxşı bilirsən. Mətləbim bu yerin arvadlarından sənə bir para əhval söyləməkdir. Bu başdan onu deyim ki, buraya gələndə yolum “Öskürək piri” olan şəhərdən düşdü. Piri ziyarət edib nəzrimi verdim. Bu şəhərin arvadları çox dilli-ağızlı, çörəkli-duzlu, yarımçıq sözlü, tez-tez danışan və danışanda bir-birinə macal verməyən xalalar, bacılardır. Bir xasiyyətləri də budur ki, biri söz eşidəndə “buy, Xanbacı” deyib içlərini çəkirlər, özləri də bayaq deyirlər, çox da naqqaldılar. O qədər danışıb söylədilər ki, gecə məni qara baxdı və yuxuda gördüm ki, cəhrəmin çarxı qəflətən sındı, yuxuda cəhrə sınmaq çox pis şeydir, bildim ki, mənə bir bədbəxtlik üz verəcəkdir. Səhərdən hazırlaşırdım ki, yola düşüm, dünənki xalalardan birisi gəlib mənə xəbər verdi ki, buy, ay qız, yaxşı xəbər var, gözün aydın olsun, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini gördünmü, necə ona qənim oldu! Doğrusu ki, bu xəbər mənim halımı xarab elədi, yuxum zahir oldu: hərçənd bir yana baxsan, sən elə bağlanmalısan, çünki pirlərə, ocaqlara və biz arvadlara çox dolaşırsan, amma genə dərdimizə qalan sənsən, qənimət adamsan.

İndi mən olduğum yerin arvadlarından sənə söyləyim: bu yerin arvadları qəribə məxluqdur. Bunların paltarları, yeməkləri, oturub-durmaqları, sir-sifətləri bizimkilərə heç oxşamır. Dilləri də ayrıdır, bir şey başa düşmək olmur. Hər şeydən məzəli budur ki, hamısı üzüaçıq gəzirlər.

Bunların bir adəti də bizim adətə heç oxşamır: sənə məlumdur ki, biz yenicə dili açılan qız və oğlan uşaqlarını bir-birinə adaxlı edirik. Amma bunlarda qız uşağı on yeddi və on səkkiz yaşına çatmayınca ər sözü eşitmir! Bir qız ər sözü eşitməyə və ərə getməyə uşaqlıqdan hazırlaşmaya on səkkiz, ya iyirmi yaşında ərə gedəndə öz sahibinə ev tikə bilərmi?

Bu yerin övrətlərinin bir pis adətləri də budur ki, çox işləyirlər, hətta kişi işini də bunlar turur: söz yoxdur ki, işləmək yaxşı zaddır, zəhmətsiz bal yemək olmaz, amma daha nə lazımdır ki, o qədər özünü işə verəsən ki, gedib kişilər ilə xırman döyəsən, yainki dalına dolu çuval götürəsən? Axmaqlar qanmırlar ki, bu sayaq işləmək kişiləri tənbəl eləyir və arvadları hörmətdən salır. Və bir də bu yerdə xanım ilə qulluqçuya təfavüt yoxdur, deyəsən ki, burda heç xanım yoxdur. Buranın xanımı da rəiyyət arvadı kimi işi özü görür: belə ki, buranın xanımı inəyi özü sağır, qabını özü yuyur, evini özü süpürür, yatanda yorğan-döşəyini özü salıb yığır, paltarlarını özü geyinir, üzünü özü yuyur, başını özü darayır, hələ deyəsən aftabasını da özü götürür...

Bura arvadlarının daha da təəccüblü işləri var, inşallah onları da gələcəkdə yazaram.

Cəhrəçi xala.

“Molla Nəsrəddin”, 20 avqust 1907, № 31. 

XƏBƏR LENTİ
Sabah ölkə ərazisində hava necə olacaq? - AÇIQLAMA 14:27
Meydanın komandasına aid olan hissəsindən qol vurdu + VİDEO 14:22
Camal Kaşıkçı hadisəsində hansı dövlətlər Səudiyyə Ərəbistanına dəstək verirlər? - SİYAHI 14:18
Krımda kollecdəki cinayətin dəhşətli görüntüləri - VİDEO (18+) 14:07
Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır - RƏSMİ 14:05
Kaşıkçını öldürmək sifarişini Trampın kürəkəni verib 14:01
Şahzadə Məhəmməd ibn Salman Camal Kaşıkçını əvvəlcədən hədəfə götürübmüş - YENİ DETALLAR 13:55
Türkiyə Camal Kaşıkçının qətlinin sübutlarını təqdim edəcək 13:52
Mirzə Ələkbər Sabirin ölümündən on beş gün əvvəl yazdığı vəsiyyət məktubu – O, ailəsini və yaxınlarını kimə vəsiyyət edib? 12:00
Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR 11:33
Ukrayna döyüş sursatının 40 faizini itirdi 11:27
“Hökuməti Dağlıq Qarabağ maraqlandırmır...” - Amerikalı diplomat 11:24
Zaqataladakı kütləvi zəhərlənmənin ailəvi istirahət mərkəzində baş verdiyi ehtimal edilir - YENİLƏNİB 11:21
Məşhur brendin reklamında Azərbaycan mahnısı + VİDEO + YENİLƏNİB 11:09
Səudiyyənin vəliəhd şahzadəsi “trollar ordusu” toplayıb - “The New York Times” 11:05
İmişlidə meyiti tapılan kişi rəis olub — YENİLƏNİB 11:00
Kriştian Ronaldu futbol tarixində yeni rekorda imza atıb 10:58
"Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişikliklər edildi - Baş nazirdən qərar 10:55
Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq 10:49
Ərdoğan futbol meydançasında + FOTOLAR 09:46
Almaniya Camal Kaşıkçının öldürülməsinə görə Səudiyyə Ərəbistanına silah tədarükünü dayandırdı 08:43
20.10.2018
Badamdarda evlər niyə ucuzlaşıb? 23:38
Səudiyyə Ərəbistanından Camal Kaşıkçıyla bağlı daha bir maraqlı bəyanat gəldi 23:31
İnquşetiyaya davaya gedən Kadırov üzr istəməli oldu 23:09
Həbib Makqreqoru Dağıstanda necə qarşılayacağından danışdı 23:06
“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi 22:36
“Ən böyük səhv özümüzdədir” - Qurban Qurbanov 22:34
Xanım Qafarovanın qızı: "Ən böyük arzum Mübariz Mənsimov kimi xeyirxah insan olmaqdır" + VİDEO 22:24
"Mənim iki köynəyim var: Biri bayramlıq, o biri edamlıq" - Turqut Özalı kimlər və niyə öldürdü? + VİDEO 22:00
Nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovniki 21:41
“Səbail”ə qalib gələn “Qarabağ”a məğlubiyyət veriləcək - SƏBƏB 21:37
Camal Kaşıkçının sonuncu görüntüləri yayıldı + FOTOLAR 21:32
Camal Kaşıkçını doğramamışdan əvvəl boğaraq öldürüblər - CNN 21:26
Qoşqar Hacıyev müalicə üçün Türkiyəyə göndərilir 20:07
"Azərenerji"də yeni təyinatlar olub 20:01
37-ci ildə Azərbaycan yazıçıları bir-birilərini satır, vəzifəyə gedirdilər... - ARXİV 19:40
“Real”dan növbəti məğlubiyyət + VİDEO 19:26
Azərbaycanda 4 min eşşək “yoxa çıxıb” 18:20
Prezident İlham Əliyevdən MÜHÜM SƏRƏNCAMLAR 16:24
Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır 16:21
Baş Prokurorluqdan MTN generallarının vaxtından əvvəl azadlığa buraxılmaları ilə bağlı xəbərə MÜNASİBƏT 14:08
“Türmə mənim üçün bioloji ölümdür” deyən Vidadi Zeynalov həbsdən çıxa bilmədi - SƏBƏB 10:06
DTX-nin növbəti uğurlu əməliyyatı - Həbs olunan casus kimdir? 10:03
Azərbaycanda benzinin idxalı gömrük rüsumlarından azad edilib 09:58
Araz Ağalarovun bank hesablarını bağladılar 08:50
Səudiyyə rejimi axır ki, etiraf etdi: Camal Kaşıkçı İstanbuldakı konsulluqda öldürülüb 07:46