success closed Loading...

Əzhari-əfkar

Məhəmməd Hadi | Məqalə sayı: 5

datetime12.05.2018 22:02 visitor

Həqiqət, ey bəşərin sərmədi ilahəsi, çıx!

Görün qaranlığa batmışlara cəmalın açıq!

 

Görün ki, gündüzü gülsün bu leyli-dicurun,

Neçin bu Şərqimizə yağmayır gözəl nurun?

 

Nə yerdə yağdın-o yerlərdə rayihati-həyat,

Bunu bahari-təməddündən etdim istinbat;

 

Bütün çiçəkləri məhsul un-afitabından,

Bütün əsərləri bürh an i-inqilabındir.

 

O Qərbdir ki, bu gün məkəsi-cəmalindir,

O ehtişami-həqiqət sənin cəlalındır.

 

Şekspirin qələmi bariqati-əfkarı, -

Qucaq-qucaq atıyordu cahana ənvarı.

 

O yanda bir qoca Şiller, fəqir bir dahi,

Açar dururdu qələmlə həyatə şəhrahi.

 

Həqiqət, ey mədəniyyətfüruzi əqvamın.

Gözü yolunda durur kainati-islamın.

 

Bax, iştə matəmə girmiş bu kainatımıza,

Bu ağlayışsa yetər, xəndə saç həyatımıza.

 

Bu ağlayışlı baxışlar da parlasın, gülsün,

Ölüm liqalı həyatı bu məşriqin ölsün.

 

Həqiqət, iştə oxu Şərqə tazə, tazə həyat,

Bu qövmi-müzlüm üçün bir işıqlı ruh yarat.

 

Qəmü ələmdə başım zibi-duşi-fikrü xəyal.

Öpərdi kirpiyimi yaş, dilimdə zilli-məlal.

 

Və qaşlarım aşağı, tutğun idi ənzarım,

Həzin hilal kimi nəydi, nəydi əfkarım?

Düşüncəm bu!

 

Libası həp gecələrdən, xürafədən hörülən

Mühitimizdə işıqdır sönən, ölən, gömülən.

 

Həqiqətin günəşi söndürülmədə, bu nədən?

Yumulmada gözümüz yol açan o şə’şə’ədən.

 

Açılmadan soluyor bağımızdakı əzhar,

Behişti-Qərbdə parlar qadınlar ilə bahar.

 

Rical bizdə təhəkkümlə sərfərazəndə,

Neçin qəfəslər içində o cinsi-nazəndə?

 

Bizim çəməndə uçan fikri öldürür səyyad.

Fikir ölən günü xortlar kömülmüş istibdad.

 

Bu xortlaq iştə yenə qorxudur həyatımızı,

Məzara bənzədiyor səhni-kainatımızı.

 

Neçin ki, yüksəliş ədasıyız, nədir səbəbi?

Həp alçalışmı bu Şərqin mətai-müntəxəbi?

 

Cahan ucaldı, ucalmaqda, daima ucalır,

No oldu Şərqə, nə oldu, nə oldu dalda qalır?

 

Bu canlı əs’ilə cür’ətli bir cavabə baxar,

Bu cür'əti-mədəniyyət bu yerdə yox, bizə ar!