success closed Loading...

Ana dili

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime01.06.2018 09:19 visitor

Tatarlar ana dilindә yazdığı qәzetlәri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.

Tatar qәzetlәrinin biri İran barәsindә söhbәt açıb bir yerdә belә yazır:

"Persiyada camaat şaxdan nedavolnudur", yәni istәyir desin ki, "İranda camaat şahdan narazıdır".

Yazıq bizim dilimiz: Qafqaz әdiblәrimiz "ana" әvәzinә "madәr" yazırlar. Tatar qәzetçilәrimiz dә "İranı" "Persiya" yazırlar.

Vә bunların adını da qoyurlar "ana dili". Yazıq analarımız nә "madәr" eşidiblәr, nә dә "Persiya". Bәli....

Cırcırama.

"Molla Nәsrәddin", 16 mart, 1908, №11.