success closed Loading...

Biz nə haldayıq?

Məhəmməd Hadi | Məqalə sayı: 5

datetime29.06.2018 10:25 visitor

Əcanib qıldı hər bir karın itmam.

Biz isək əski tacdır, əski həmmam.

 

Nələr icad edir ərhabi-sənət.

Sənayelə qılır təhsili-sərvət.

 

Tutub sənətlə dünyanı əcanib.

Fəqət biz qalmışıq məhrum, xaib.

 

Əfəndim söyləyir-minbərdə hər an:

“Bizə lazım deyildir elmi-əbdan.

 

Deyir: “Üqba gərək, dünya fənadır.

Cahan islamə zindani-bəladır”.

 

Siz etdiz bizlərə dünyanı zindan,

Yıxılsın xanəniz, ey kəmşüuran!

 

Sənaye rahını kəsdiz həmişə,

Dediz lazım deyil islamə pişə.

 

Sənaye nolduğundan bixəbərsiz,

Həqiqət meyvəsiz, bərsiz şəcərsiz.

 

Ağac bomboş olursa kəmbəhadır.

Kəsib yandırmağa ancaq səzadır.