success closed Loading...

Qondarma bəylər

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime06.07.2018 08:50 visitor

Bir balaca müqəddəmə

Qabaqca hələ onu ərz edim ki, hər bir şeyin qondarması bir qəpiyə dəyməz.

Götürək, məsələn, bəyliyi. Axır bir var əsil bəy, yəni birisinin atası, babası bəy imişlər, - söz yox, bu da bəy olacaq. İndi bəylik özü yaxşımı, yamanmı, o bir özgə məsələdir; ancaq dəxi bu kişinin bəyliyinə ki, sözün nədir? Amma bir də var qondarma bəy; məsələn, mənim nə atam bəy imiş, nə babam bəy imiş, nə də ki, mənə bir yandan bəylik çatıb. Baxıb görürəm ki, bəylik bir təşəxxüslü şeydir; mən də dinməz-söyləməz adımın axırına götürürəm bir bəy qondarıram. Dəxi kimə nə borcdur? Bunun nə bir xərci var, nə ştrafı var. Bəyəm ki, bəyəm!

Bəli, indi keçək əsil mətləbdən danışaq.

Mən, doğrusu, yəni əslində əl aparsan, a kişi, bəy-zad deyiləm. Vallah, billah, atam şəhərli də deyil idi ki, bəylərə bazarlıq eləyə-eləyə axırda bir yalançı bəylik qazana idi. Amma mən elə ki, ərsəyə gəldim və rus şkolasında da azdan-çoxdan dərs oxudum, - baxıb gördüm ki, balam, indiki bizim əsrimizdə bəylik özü gör nə dərəcədə hörmətli bir rütbədir ki, hər bir kəs (istəyir bəy oldu, bəy olmadı) elə onu axtarır ki, ona bəy desinlər. Hətta yazıçılarımız da ki, (heç ataları bəyliyin qoxusunu da eşitməyibdir) bu evi xarablar da bir baş məqalə yazanda, görürsən ki, götürüb adının quyruğuna bir “bəy” ləfzi də yapışdırdı.

Xülasə, artıq baş ağrısı olmasın, mən özüm də həqiqətdə bəy olmaya-olmaya özümü bəy adlandırırdım və işim pis də getmirdi. Xalqın qulağı elə qızmışdı ki, dəxi ağına-bozuna baxan yox idi.

Amma axırda bir az çətinə düşdüm. Elə ki, bu hürriyyət söhbəti başlandı, mən doğrusu, bir az fikrə getdim; axır mən ki, özümü camaat içində bəy adlandırıram, ya gərək axıra kimi bəylikdə qallam və dəxi “sosial-demokratlıqdan” - zaddan əl çəkəm; bu da olan iş deyil, çünki nə tövr ola bilər ki, mən məsləkimi satım bir qondarma bəyliyə? Onda mənim təzə cavanlar içində dəxi hörmətim olmaz. Elə bu xəyalat ilə bir tövr keçinirdim, axırda da gördüm ki, a gədə, hələ adımı da məclisi-müəssisan seçkisində çəkirlər. Gedib siyahilərə baxıb gördüm ki, yazıblar: “Sosial-demokrat Molla Nəsrəddin bəy”.

A gədə, biabır oldum! Amandır o “bəy” ləfzini pozun ki, millətlər arasında lap biabır olarıq; yoxsa qeyri tayfaların içində söhbət düşəndə onsuz da, gülə-gülə deyirlər ki, “müsəlman milləti hamısı bəydi; heç onların içində bir şəxs yoxdu ki, bəy olmasın”.

İndi baxıb görsünlər ki, hələ nəinki yazıçılarımız və millətçilərimiz yalandan özlərini bəy adlandırmaq ilə fəxr eləyirlər, hələ bəlkə bəyləri bəyənməyən və kəndliləri bəylərin üstünə küşkürən sosial-demokratlar da özlərini yalandan, ya doğrudan bəy adlandırıb, hələ xoruzlanırlar da.

Ay biçarələr!

İmza: acıqnan mən də “Molla Nəsrəddin bəy”

“Molla Nəsrəddin”, 20 noyabr 1917, №23

XƏBƏR LENTİ
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA 22:27
Başınız qarışıb sürücülük vəsiqəsi satmağa... - Təhsil eksperti Etibar Əliyevdən yol polisinə ağır ittihamlar 22:00
Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi 20:45
Əmir Teymur Yezidin məzarı ilə necə rəftar edib? - MÜHÜM TƏHLİL 13:18
ABŞ-ın Türkiyəyə Mənbic tələsi: Kürd terrorçulara tank əleyhinə külli miqdarda raket verilib 12:58
İstanbulda "Qanla qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı" adlı konfrans keçirilib + FOTOLAR 12:13
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərəkət dayandırılıb 12:06
Hafiz Paşayev: "ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdılar” 10:55
İlham Əliyev xanımı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər + FOTOLAR 09:56
Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır 08:00
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur 00:08
Vahid Mustafayev: "Bunlar mənə İlham Əliyevin tapşırığı ilə təqdim edilmişdi" + YENİLƏNİB 00:00
20.01.2019
Ramil Usubovdan yeni RƏİS TƏYİNATLARI 23:55
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ 23:52
Kamal Abdulla: “Bu xəbəri ulu öndərimiz verdi..." 23:29
İlham Əliyev: "Zimbabve Prezidentinin Azərbaycana gəlişi tarixi səfərdir" 19:25
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb + FOTOLAR 17:18
“ASAN xidmət” mərkəzləri yanvarın 20-də işləməyəcək 12:47
Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib 12:43
Bakıda piyada keçidindən keçən qadını avtomobil vuraraq öldürüb 11:41
ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır” 10:40
İlham Əliyev Zimbabvenin prezidenti ilə görüşüb + FOTOLAR 09:19
Azərbaycan səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub + FOTOLAR 00:11
ABŞ və Şimali Koreya liderləri arasında ikinci görüşün vaxtı açıqlanıb 00:02