success closed Loading...

“Oskar” mükafatının əsas qalibi AÇIQLANDI

"Yaşıl kitab" (Green Book) filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Enter.News-un məlumatına görə, Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatının 91-ci təqdimetmə mərasimi Los-Anceles şəhərində "Dolby" teatrında keçirilir.

Rejissoru Piter Farrelli olan filmdə caz pianoçusu Don Şirlinin, onun sürücüsü və mühafizəçisinin 1962-ci ildə ABŞ-da səyahətinin real tarixi haqqında bəhs edilir. Yolda onlar afroamerikalılar üçün təhlükəsiz yerlərin qeyd olunduğu "Yaşıl kitab" adlı kitabçadan istifadə edir.