success closed Loading...

“Şollerin arxivi” sabah Bakıdakı bu kinoteatrlarda göstəriləcək

Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmi neçə vaxtdır dünyada böyük marağa səbəb olub.  “Şollerin arxivi” bədii filmi indiyə kimi 25 beynəlxalq festivalda mükafata layiq görülüb.

Filimin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Enter.News-a bildirib ki, “Şollerin arxivi” sabah - 26 fevral tarixində  “Park Bulvar”, “Metro Park”,  “Flame Towers”, “Zaqulba Park Cinema”da nümayiş etdirləcək.

Filmin kinoteatrlarda başlama vaxtını buradan öyrənə bilərsiniz.

Qeyd edək ki, “Şollerin arxivi” Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Tahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.