success closed Loading...

75 festivalda uğur qazanan rejissor Cəlaləddin Qasımov: ''Azərbaycandan bir təşəkkür belə eşitmədim...''

“Son bir il ərzində beynəlxalq festivallardan 75 mükafat aldım. Bu yolda Azərbaycanın mədəniyyətini, dəyərlərini dünyada tanıtdırıram. Çox ölkələrdə mükafatlar aldım, lakin tək Azərbaycandan bir təşəkkür belə eşitmədim. Bir çox dövlət qurumlarına dəfələrlə müraciət etsəm də, heç bir cavab almamışam. Bir Mədəniyyət Nazirliyindən cənab nazir Əbülfəz Qarayev maraqlanıb və məni qəbul edəcəyini bildirib”.

Bu sözləri Enter.News saytına beynəlxalq festivallarda nailiyyətlər əldə etmiş “Şollerin arxivi”, “Nobel qardaşlarının ilk uğuru” kimi filmlərin rejissoru Cəlaləddin Qasımova deyib. 

news-detail

O, bildirib ki, yeni filmlər istehsal etməkdə məqsədi Azərbaycanın multikultural dəyərlərini dünyaya tanıtmaqdır: “Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmləri çəkdik və istəyimizə də nail oluruq. Dövlət dəstəyi olsa, biz daha da geniş mükafatlar əldə edərik. İstehsal elədiyim filmlər dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud produsserləri ilə əlaqə məkanı olan iPitch.tv 17 film platformalarında yerləşdirilib. Dünya mediasında çəkdiyim filmlər barədə geniş məlumatlar yazdılar. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik”.

O, çəkdiyi filmlərin qazandığı uğurlardan da bəhs edib: “Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Belə ki, bədii filmin Azərbaycan kino tarixində ən çox beynəlxalq festivallarda saysız-hesabsız mükafatlar qazanıb, ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb. Film son bir ildə 31 beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ekran əsəri olub. “Şollerin arxivi” Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Hər bir milləti dünyada idmanı və filmləri ilə geniş tanıyırlar. Filmlər də ölkənin mədəniyyətini, tarixini tanıtmaq üçün ən gözəl vasitədir. Beynəlxalq festivallarda qonşu ölkələrin filmlərini görəndə köks ötürürəm. Nə üçün Azərbaycan filmləri festivallarda iştirak etmir?  

“Edam günü” bədii filmi 19 beynəlxalq festivalda uğur qazanıb. 2019-cu il istehsalı olan “Stalinin qaranlıq keçmişi” sənədli filmi 6 mükafata layiq görülüb. Hacı Zeynalabdin Tağıyev haqqında çəkdiyim “100 il şərəfli ömür” filmi 3 mükafata layiq görülüb. “Nobel qardaşlarının ilk uğuru” sənədli fimim isə son iki ayda 16 beynəlxalq festivalda uğur qazanıb. Sənədli film dünyada böyük marağa səbəb olub. Tanınmış festivallara dəvət almışıq. Son bir ay ərzində keçirilən festivallarda, hansı ki, “Nobel qardaşlarının ilk uğuru” filmi bu festivalların siyahısına daxil olaraq seçilib finala vəsiqə qazanıb və birincilik uğrunda mübarizədədir”.

Rejissor “Nobel qardaşlarının ilk uğuru” filmi haqqında geniş məlumat verib: “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi gələn ayda dəvət aldığım festivalların siyahısına daxil edilib. Bu festivallarda iştirak üçün artıq bir neçə dəfə təkrarən məktublar yazıb festivalda iştirak etməyimi istəyiblər. Bu festivallarda iştirak etsəm, ölkəmizi daha geniş təbliğ edərdim, amma təəssüf ki, bircə festivalda iştirak edə biləcəyəm. Macarıstanda keçirilən “Alexandre Trauner ART/Film” Festivalıında”.  Budapeşt bu festivalın bütün xərclərini öz üzərinə götürüb. Ona görə yalnız bu festivalda iştirak edə biləcəyəm. Amma festivalda iştirak edən rejissorların filmlərinə üstünlük verilir. Mükafat aldığım 75 festivalın heç birində iştirak etməmişəm. Çünki bu işləri gördüyümdə mən heç kimdən dəstək almamışam. 

“Nobel qardaşlarının ilk uğuru” filmi 1 ay ərzində aşağıdakı festivallara dəvət alıb:

1 . Libélula Dorada International Short film Festival (Dominik)

  1. Alexandre Trauner ART/Film Festival  Budapest 
  2. Accolade Global Film Competition (ABŞ) - qalib,  
  3. Soul West Fest (ABŞ)  Arizona - seçilmiş,
  4. Marmaris International Short Film Festival (Türkiyə) - seçilmiş,
  5. FestiFlix  - seçilmiş, (ABŞ)   
  1. Prestige Academy mükafatları Prince of Prestige Academy Awards (ABŞ)

 “FESTIVAL ANGAELICA” (ABŞ) - seçilmiş, 

  1. International Festival "Cinema Povero (İtaliya) - finalçı, 
  2. Under The Stars International Film Festival (Italiya) - seçilmiş, 
  3. Zaporizhzhia International Film Festival (ZIFF)  UKR– finalçı “.

news-detail