success closed Loading...

Vahid Mustafayevdən daha bir yenilik: “Nəsimi” bədii filminin yeni versiyası təqdim olundu + VİDEO

icon datetime20.12.2019 22:29 icon comment icon visitor
shadow

İmadəddin Nəsiminin  650 illik yubileyinə “Balans” Studiyası “Nəsimi” filmini tam bərpa etdi

Enter.News xəbər verir ki, ANS Şirkətlər Qrupuna Daxil olan Balans Milli Rəqəmsal Bərpa Studiyası,  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun dəstəyi ilə Dekabrın 20-də Nizami Kino Mərkəzində  böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə, Azərbaycan kinosunun incilərindən sayılan, bərpa olunmuş “Nəsimi” bədii filminin təqdimat mərasimi keçirildi

Azərbaycan Respublikası Prezidentinin bu il yanvarın 11-də imzaladığı “2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı” sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond,  ANS Şirkətlər Qrupu və AMKAD-ın (Azərbaycan Milli Kino və Animasiyaya Dəstək) sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Nəsimi” bədii filmi görkəmli şairin 650 illiyinə həsr edilib.

Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev filmin pozitivində olan texniki qüsurlardan danışaraq, bərpa prosesinin çətinliyini vurğuladı. “Lakin nəticə olaraq, Azərbaycanın kino incisini xalqımıza yüksək keyfiyyətdə qaytardıq”. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirdi.  Tamaşaçılara bərpa prosesinin necə aparılması ilə bağlı da film haqqında film də təqdim olundu.

Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan mədəniyyətinin özəyini təşkil edən kinoların bərpa edilməsində göstərdiyi müstəsna xidmətlərinə görə “Balans Studiyası”na təşəkkürünü bildirdi. Cəmil Quliyev qarşıdan gələn 2020-ci ildə də bu layihənin davamını gözlədiyini də bildirdi.

Daha sonra filmdə Fatma rolunu canlandıran Xalidə Quliyeva çıxış edərək bu filmə ayrılan diqqət üçün “Balans” Studiyasına təşəkkürünü bildirərək,  filmin çəkilişləri barədə təəssüratları ilə bölüşdülər.

Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri iştirak edib.

Enter.News ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin rəsmi Facebook səhifəsinə istinadən hər iki versiyasının fərqini sizə təqdim edir:

Xatırladaq ki, tammetrajlı bədii filmi İsa Hüseynovun senarisi ilə rejissor Həsən Seyidbəyli 1973-cü ildə ekranlaşdırıb.

Əsas rollarda Rasim Balayev, Yusif Vəliyev, Xalidə Quliyeva, Muxtar Maniyev və başqaları çəkiliblər.

Onu da qeyd edək ki, balans studiyası bundan əvvəl Tofiq Tağızadənin “Mateo Falkone”, Ağarza Quliyevin “Ulduz” bədii filmlərini bərpa edib. 

news-detail

news-detail

news-detail

news-detail

news-detail

news-detail

news-detail

news-detail

news-detail

news-detail