success closed Loading...

Azərbaycan və 5 ölkə “Avroviziya”nın münsiflər heyətindən çıxarıldı

“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni münsiflər heyətindən çıxarıb.

"Enter.News" xəbər verir ki, bu barədə yarışmanın rəsmi saytında qeyd olunub.

Siyahıda Azərbaycanla yanaşı, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marino yer alıb.

Qeyd olunub ki, buna münsiflər heyətinin səsverməsini manipulyasiya etməkdə şübhəli bilinən cəhdlər səbəb göstərilib. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini çıxarıb.