success closed Loading...

Vergilər Nazirliyi və SOCAR birgə məlumat yayıb: Media nümayəndələrindən xahiş olunur ki...

Vergilər Nazirliyi və SOCAR birgə məlumat yayıb.

Vergilər Nazirliyi və SOCAR-ın Enter.News-a daxil olan birgə məlumatına görə, son günlər Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı xarakter daşıyan və nəticə etibarilə dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi məlumatlar yayılmaqdadır:

"Xatırlatmaq istərdik ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biri olmaqla həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə də Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir. Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir.

Bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir. Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır".

Bildirilir ki, bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə əsassız və uydurmadır:

"Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər.

KİV nümayəndələrinin nəzərinə çatdırılır ki, həqiqəti əks etdirməyən, dövlət orqanlarının rəsmi məlumatlarına istinad edilmədən və ya dəqiqləşdirilmədən yayılan məlumatlar SOCAR-ın ictimai nüfuzuna, ölkəmizi dünya bazarında təmsil edən ən böyük vergi ödəyicisinin imicinə zərbə vurur. Bu baxımdan media nümayəndələrindən xahiş olunur ki, əsassız və dəqiqləşdirilməmiş məlumatları yaymasınlar, zəruri hallarda rəsmi mənbələrdən verilmiş məlumatlardan istifadə etsinlər".


XƏBƏR LENTİ
“Türk axını” boru kəmərinin dəniz hissəsinin tikintisi başa çatdı 21:54
Paytaxtda 4 idman-əyləncə layihəsinə 23 milyard dollar ayrıldı 21:42
Nazarbayev prezident postundan istefa verməmişdən öncə Putin ona zəng edib 20:23
İlyas İsmayılov: “Azərbaycan qanunlarla idarə olunmur” 18:53
Gürcüstan parlamenti müsəlmanların narazı olduğu qanun layihəsinin müzakirəsini dayandırıb 18:42
Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artıb 18:38
Bakıdan İstanbula AZAL ilə gedənlər! - DİQQƏT! 18:32
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb 18:26
Baş nazirin müavini: "İstərdik ki, Əli İnsanov olub keçənlərdən nəticə çıxarsın və Heydər Əliyevin məzarına çiçəklər qoysun" 17:54
"ASAN xidmət"ə sədr müavini təyin olunan Ceyhun Salmanov kimdir? - DOSYE 17:40
Nursultan Nazarbayev istefa verdi 17:34
Putinə “İLİŞƏN” 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər 17:09
Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub, amma biz bərpa etməyə hazırıq" 16:06
Prokuror Gömrük Komitəsinin generallarına cəza istəyib 11:59
19.03.2019
Vergilər Nazirliyi: “Banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilərlər” 23:53
Mədət Quliyev müğənni Nigar Camalın klip təqdimatında + FOTOLAR 17:59
Keçmiş müstəntiq Rüfət Səfərov: "Məni dilə gətiriləsi mümkün olmayan işgəncələrə məruz qoydular" 17:30
Elçin Şıxlı: "Nə qədər ki, o məmurlar orada oturub, heç bir islahat gözləmirəm” 16:22
"İstanbul heç vaxt Konstantinopol olmayacaq, bu şəhəri tərk etməyəcəyik" - Ərdoğan od püskürdü 15:18
MTRŞ-dan "Manpası" verilişinin aparıcılarına SƏRT TƏNQİD 12:42
DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət edib 11:03
Putin bu gün Krıma gedir – Yarmadanın Ukraynadan qoparılmasının 5 illiyi qeyd olunacaq 09:14
Bakının bəzi rayonlarında qazın kəsilməsinin səbəbi nədir? - “Azəriqaz”-dan rəsmi açıqlama 08:59