success closed Loading...

Minimum əməkhaqqının artırılmasını nəzərdə tutan sərəncam qüvvəyə minib

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam bu gün qüvvəyə minib.

Enter.News-un məlumatına görə, sərəncamla sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Xatırladaq ki, indiyədək bu məbləğ 180 manat olub.