success closed Loading...

İqor Okayev 1-ci müavin təyin edildi

icon datetime29.12.2019 11:47 icon comment icon visitor
shadow

"Unibank" rəhbərliyində yeni təyinat olub.

Səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayev Unibank İdarə heyəti sədrinin 1-ci müavini təyin edilib.

Bankdan Enter.News-a verilən məlumata görə, İqor Okayev bank karyerasına 2006-cı ildən “Unibank”da başlayıb. O, Bankın korporativ bölümündə müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Unibank”ın korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes, digital bankinq və Marketinq departamenti İqor Okayevin kurasiyasındadır.