success closed Loading...

60 AZN-ə satılan yol nişanını BNA 1840 manata ''alıb'' - TƏHLİL

icon datetime29.12.2019 13:28 icon comment icon visitor
shadow

Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Bir yol nişanı dövlətə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək.

Enter.News xəbər verir ki, dövlət satınalma reyestrinə əsasən, müqavilə dekabrın 24-də “MG Construction” MMC-yə verilib. Müqavilənin ümumi dəyəri 920 min manatdır.

Almaniyada 31 avroya satılan yol nişanını Bakı Nəqliyyat Agentliyi 1840 manata alıb. BNA 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Həmin nişanların hər biri büdcəyə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək. Bir nişanın bu qiymətə olması heç bir halda inandırıcı deyil.

news-detail

 

BNA bu nişanları Almaniyadan 30 dəfə, Rusiyadan isə düz 70 dəfə baha qiymətə “alıb”. 

news-detail

 

Bəlli olur ki, həmin nişanlar Avropanın ən bahalı ölkələrindən olan Almaniyada cəmi 32 avro (60 manat), Rusiyada isə 850-950 rubl (25 manat) qiymətinə satılır.

news-detail

Dövlət satınalma reyestrinə əsasən, BNA dekabrın 24-də “MG Construction” MMC ilə bu nişanların alınması üçün müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 920 min manatdır, təxminən 1 milyon manat... BNA-nın sədri isə Vüsal Kərimlidir. Baxın, büdcəni belə şişirtmə rəqəmlərlə yeyib dağıdırlar. Adi yol nişanlarına 920 min manat pul "ödəmək" rüsvayçılıqdır.

Bu artıq korrupsiya yox, VƏTƏNƏ XƏYANƏTDİR!