success closed Loading...

Azərbaycanda 4 şirkət valyuta mübadiləsi xidməti göstərir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə indiyə qədər ölkədə 4 şirkətə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilib.

“Enter.News” xəbər verir ki, bu barədə qurumun internet səhifəsində bildirilir.

Məlumata görə, həmin şirkətlər “Eliko”, “Delta Capital”, “Zuhur” və “Bakı Mərkəzi Valyuta” MMC-lərdir.

1-ci şirkət 2020-ci ildə, 2-ci şirkət 2021-ci ildə, 3-cü və 4-cü şirkətlər isə 2022-ci ildə lisenziya alıb.