success closed Loading...

''Google'' xəbərlər üçün saytlara puı ödəyəcək

“Google” Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-dən çox yayımçıya xəbərlərə görə ödənişlər etmək üçün müqavilələr imzalayıb.

"Enter.News" "Oxu.az"a istinadən xəbər verir ki, tezliklə xəbər saytlarına müvafiq prosedurları asanlaşdırmaq üçün alət təqdim ediləcək.

Qeyd edək ki, texnologiya nəhənginin ən sərt tənqidçiləri arasında olan xəbər yayımçıları uzun müddətdir ki, şirkətin ədalətli qiymət ödəməsini təmin etmək tələbilə öz hökumətlərinə çağırışlar edirlər.

Ötən il Avstraliya “Google” şirkətini belə ödənişlərə məcbur edib. Həmçinin Kanadada da keçən ay oxşar qanun qəbul olunub.