success closed Loading...

Yeni faydalı qazıntı yataqları hərraca çıxarılacaq

İyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Əmlak Məsələləri Dövlət Xidmətindən "Enter.News"

Xidmətin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral

Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən təşkil ediləcək hərraca Qobustanda yerləşən

“Nabur” (1,1 ha), Qaradağda “Gülbaxt” (12 ha), Qazaxda “Daş Salahlı” (8,5 ha) və Qəbələdə olan

“Xırxatala” (6 ha) faydalı qazıntı yataqları çıxarılacaq. Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 7 iyun 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün

iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər.

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Açıq hərrac

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında

( https://bit.ly/3L6YQ0h ) və “Özəlləşdirmə portalı”nda ( https://bit.ly/3Pf1cgG ) tanış olmaq olar.