success closed Loading...

Soyuqdəymə zamanı tez sağalmaq istəyirsinizsə bunlara əməl edin

Soyuqdəymə xəstəlikləri və qripp zamanı sağalmanı tezləşdirmək üçün bu kimi qaydalara əməl etmək lazımdır:

- İşə çıxmayın. İşlə bağlı olan yorğunluq, stress və s. immun sistemini daha da zəiflədir ki, nəticədə sağalma ləngiyir və xəstənin vəziyyəti daha da ağırlaşır.

- Evdə daha çox uzanmağa və dincəlməyə çalışın. Nənələrimizdən biz tez-tez eşidirdik ki, xəstə nə qədər çox yatarsa, o qədər tez sağalar. Bu həqiqətən belədir. Yuxu zamanı immun sistemi fəallaşır.

- Üstünüzü isti örtməyin. Bu yalnız hərarətin yüksəlməsinə səbəb olacaq. Yüngül geyinin.

- Daha çox maye qəbul etməyə çalışın. Bu orqanizmdə xəstəlik nəticəsində əmələ gəlmiş toksinləri xaric edəcək və xəstənin vəziyyəti yüngülləşəcək. Bal və limon əlavə olunmuş ilıq su, moruq, zoğal mürəbbəsi ilə çay, quru meyvələrdən bişirilmiş kompot, çobanyastığı dəmləməsi və s. sizə çox yaxşı kömək edəcək. Maye isti yox, ilıq olmalıdır. Mayeni daha tez-tez və az-az için.

- Qida yüngül olmalıdır. Xəstə yemək istəmirsə, onu zorla yedizdirmək olmaz. Toyuq bulyonu xəstəlik zamanı çox yaxşı seçimdir. Enter.News xəbər verir ki, toyuq bulyonu orqanizmə hətta müalicəvi təsir edir, nəfəs yollarını selikdən təmizləyir.

- Evin havasını tez-tez dəyişmək və nəmləndirmək lazımdır. Hal hazırda xüsusi nəmləndirici cihazlar var. Belə cihaz yoxdursa, sadəcə evin döşəməsini gün ərzində bir neçə dəfə nəm əski ilə silmək lazımdır. Bu selikli qişaların normal fəaliyyəti üçün çox vacibdir. Öskürək, zökəm zamanı orqanizmdən seliklə birlikdə mikroblar, toksinlər ifraz olunur. Lakin selikli qişaların normal fəaliyyəti üçün onların nəm olması çox vacibdir. Evin havası həddən artıq quru olanda, selikli qişalar quruyur və öz vəzifəsini yerinə yetirə bilmir.

- Bədən hərarəti 38,5 C çatmayıbsa, hərarətsalan dərmanlardan istifadə etməyin. Bədən hərarətinin yüksəlməsi orqanizmin qoruyucu reaksiyasıdır ki, bu zaman bizim immun sistemimiz daha fəal işləyir, infeksiya ilə daha aktiv şəkildə mübarizə aparır. Hərarəti salıb, siz immun sisteminin işinə "qarışırsız" və sağalmanı ləngidirsiz. Təbii ki, hərarət 38,5 C və bundan artıq olduqda hərarətsalan dərmanlardan istifadə etmək lazımdır.

- Soyuqdəymə və qripp antibiotiklərlə müalicə olunmur! Antibiotiklər mikrobları öldürür, soyuqdəymə xəstəlikləri və qrippin səbəbi isə mikroblar deyil, viruslardır. Viruslara isə antibiotiklər təsir etmir. Ümumiyyətlə həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməyin.

- Əgər 4-5 gündən sonra vəziyyətiniz yaxşılaşmasa və ya əksinə daha da ağırlaşsa, bu yaxşı əlamət deyil. Mütləq həkimə müraciət edin.


XƏBƏR LENTİ
“Türk axını” boru kəmərinin dəniz hissəsinin tikintisi başa çatdı 21:54
Paytaxtda 4 idman-əyləncə layihəsinə 23 milyard dollar ayrıldı 21:42
Nazarbayev prezident postundan istefa verməmişdən öncə Putin ona zəng edib 20:23
İlyas İsmayılov: “Azərbaycan qanunlarla idarə olunmur” 18:53
Gürcüstan parlamenti müsəlmanların narazı olduğu qanun layihəsinin müzakirəsini dayandırıb 18:42
Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artıb 18:38
Bakıdan İstanbula AZAL ilə gedənlər! - DİQQƏT! 18:32
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb 18:26
Baş nazirin müavini: "İstərdik ki, Əli İnsanov olub keçənlərdən nəticə çıxarsın və Heydər Əliyevin məzarına çiçəklər qoysun" 17:54
"ASAN xidmət"ə sədr müavini təyin olunan Ceyhun Salmanov kimdir? - DOSYE 17:40
Nursultan Nazarbayev istefa verdi 17:34
Putinə “İLİŞƏN” 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər 17:09
Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub, amma biz bərpa etməyə hazırıq" 16:06
Prokuror Gömrük Komitəsinin generallarına cəza istəyib 11:59
19.03.2019
Vergilər Nazirliyi: “Banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilərlər” 23:53
Mədət Quliyev müğənni Nigar Camalın klip təqdimatında + FOTOLAR 17:59
Keçmiş müstəntiq Rüfət Səfərov: "Məni dilə gətiriləsi mümkün olmayan işgəncələrə məruz qoydular" 17:30
Elçin Şıxlı: "Nə qədər ki, o məmurlar orada oturub, heç bir islahat gözləmirəm” 16:22
"İstanbul heç vaxt Konstantinopol olmayacaq, bu şəhəri tərk etməyəcəyik" - Ərdoğan od püskürdü 15:18
MTRŞ-dan "Manpası" verilişinin aparıcılarına SƏRT TƏNQİD 12:42
DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət edib 11:03
Putin bu gün Krıma gedir – Yarmadanın Ukraynadan qoparılmasının 5 illiyi qeyd olunacaq 09:14
Bakının bəzi rayonlarında qazın kəsilməsinin səbəbi nədir? - “Azəriqaz”-dan rəsmi açıqlama 08:59