success closed Loading...

Baş ağrısından qurtulmaq üçün 10 TƏBİİ VASİTƏ

Baş ağrısı bəzən dözülməz olur. Gündəlik həyatımıza isə bu tip ağrılar mənfi təsir edir. Bu ağrıdan qurtulmaq üçün isə dərhal dərmanlara üz tuturuq.

Enter.News “Ölkə.Az”-a istinadən oxucularına dərman qəbul etmək əvəzinə təbii üsulların siyahısını təqdim edir. Çünki dərmandansa, təbii vasitələr orqanizm üçün daha yaxşıdır.
Xroniki hala çevrilən baş ağrıları üçün isə mütləq həkimə müraciət edin.

Image result for lavanda

Lavanda

Sakitləşdiri təsirə malik lavanda baş ağrısına təsir edir. Lavandanın qoxusu baş ağrısı və miqreni minimum endirir. Xüsusən də stressdən yaranan baş ağrıları üçün bir stəkan suya lavanda yağı damcıladıb qoxlamaq faydalıdır.

Image result for nanə-limon

Nanə-limon

Nanə-limon qarışığı gərginliyi azaldır. Təmiz bir bez parçasını suda isladın, sıxın və alnınıza qoyun. Bunu bir neçə dəfə təkrar edin. Başqa bir üsul isə nanə yağını qoxlamaqdır.


Zəncəfil

Zəncəfilin ağrıkəsici xüsusiyyəti var. Xüsusən də zəncəfil çayı içmək baş ağrısını azaldır. Unutmayın ki, zəncəfilin orqanizmə çox faydalı və müsbət təsirləri var.

Image result for ayaq vannasi
İsti su və buz torbası

Ayaqlarınızı isti suya, boynunuza isə buz torbası qoyun. Bu, ağrını azaldır. Səbəb isə bədənin qan dövranı dəyişir və damarlar rahatlanır.


Qəhvə

Gündə bir fincan qəhvə ağrı kəsici xüsusiyyətə malikdir. Amma qəhvəni tez-tez içmək olmaz.

Image result for dus almaq

İlıq su ilə duş

Gərginlik və stressdən yaranan baş ağrısını azaltmaq üçün ən yaxşı vasitələrdən biri ilıq su ilə duş qəbul etməkdir.

Image result for açıq havada gəzmək

Açıq hava

Baş ağrısı hiss edəndə qısa bir fasilə götürün və çölə çıxın. Təmiz hava və oksigen baş ağrısını azaldır. Əgər çölə çıxa bilmirsinizsə, pəncərəni açın və otağı havalandırın.

Image result for masaj

Masaj

Gicgahınıza və qaşların arasından alnınıza doğru və burun dəlikləri üzərindən başlayaraq göz kənarlarına doğru masaj edin. Mütəxəssislər qeyd edirlər ki, bu tip masaj baş ağrısını azaldır.

Image result for meditasiya

Qaranlıq və sükut

Bəzən çox işıqlı və səs-küylü yerlərdə olmaq da baş ağrısına səbəb olur. Bunun üçün də az işıq olan və səssiz bir yerdə qısa müddət istirahət edin.


Yatmaq

Normal bir yuxu da baş ağrısı ilə əlaqəlidir. Kifayət qədər yatmayanda orqanizm müxtəlif reaksiyalar göstərir. Bəzən baş ağrıyanda qısa müddətlik də olsa, yatmaq ağrını azaldır.


XƏBƏR LENTİ
Əli İnsanova hücumun görünməyən üzü - Yanlış təbliğat kimi gücləndirəcək - TƏHLİL 22:38
Ölkənin ikinci böyük idxalatçı şirkəti 2 milyon cərimələndi - Monopoliya, yoxsa şəffaflıq? 21:21
Cəzaçəkmə müəssisələrində peşə təhsili standartları müəyyənləşdirilib 19:18
Əlilliyi olan və valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu ilə bağlı YENİ QAYDA 17:12
Əli İnsanovun azadlığa çıxması və Qərbi azərbaycanlılar məsələsi - Adıgözəl Məmmədov ŞƏRH EDİR 10:46
"Hesab edirəm ki, bu, dünya rekordudur" - İlham Əliyevdən Novruz bayramı təbriki + VİDEO 09:38
20.03.2019
“Türk axını” boru kəmərinin dəniz hissəsinin tikintisi başa çatdı 21:54
Paytaxtda 4 idman-əyləncə layihəsinə 23 milyard dollar ayrıldı 21:42
Nazarbayev prezident postundan istefa verməmişdən öncə Putin ona zəng edib 20:23
İlyas İsmayılov: “Azərbaycan qanunlarla idarə olunmur” 18:53
Gürcüstan parlamenti müsəlmanların narazı olduğu qanun layihəsinin müzakirəsini dayandırıb 18:42
Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artıb 18:38
Bakıdan İstanbula AZAL ilə gedənlər! - DİQQƏT! 18:32
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb 18:26
Baş nazirin müavini: "İstərdik ki, Əli İnsanov olub keçənlərdən nəticə çıxarsın və Heydər Əliyevin məzarına çiçəklər qoysun" 17:54
"ASAN xidmət"ə sədr müavini təyin olunan Ceyhun Salmanov kimdir? - DOSYE 17:40
Nursultan Nazarbayev istefa verdi 17:34
Putinə “İLİŞƏN” 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər 17:09
Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub, amma biz bərpa etməyə hazırıq" 16:06
Prokuror Gömrük Komitəsinin generallarına cəza istəyib 11:59