success closed Loading...

İranda ötən sutka ərzində ölənlərin sayı açıqlanıb

İranda ötən sutka ərzində 8 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Enter.News" "APA"ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 141 224 nəfərə yüksəlib.

 

İranda son 24 saat ərzində 368 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7228051 nəfərə çatıb.