success closed Loading...

Oğurluq etməsinə dair videosu yayılan polis işdən çıxarılıb + VİDEO

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının oğurluq etməsini əks etdirən videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, videonun harada və nə vaxt çəkildiyi bilinməsə də, Nazirliyin aidiyyəti qurumları bu iddia ilə bağlı dərhal obyektiv araşdırmalar aparıb: "Qısa zamanda müəyyən edilib ki, görüntüdə olan şəxs, həqiqətən də, polis əməkdaşıdır və paytaxtdakı mühafizə idarələrindən birində polis nəfəri kimi xidmət edib. Onun cibinə qoyduğu əşya isə qızıl bilərzik deyil, metro stansiyalarının önündə satılan adi bijuteriyadır. Dərhal həmin gənc əməkdaş aidiyyəti idarəyə dəvət olunub və sorğu zamanı törətdiyi xoşagəlməz və polisin adına yaraşmayan hərəkəti 2018-ci ilin oktyabr ayında törətdiyini etiraf edib".

E.Zahidov qeyd edib ki, DİN rəhbərliyinin göstərişi ilə daxili işlər orqanlarının nüfuzuna xələl gətirən, polisin adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə həmin şəxs daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, ötən gün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə polis əməkdaşı olduğu iddia edilən şəxsin satışda olan sarı metal əşyanı götürüb cibinə qoyduğunu əks etdirən videogörüntü paylaşılıb. Müəllifin qənaətinə görə əşya qızıl bilərzikdir.

Enter.News


XƏBƏR LENTİ
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA 22:27
Başınız qarışıb sürücülük vəsiqəsi satmağa... - Təhsil eksperti Etibar Əliyevdən yol polisinə ağır ittihamlar 22:00
Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi 20:45
Əmir Teymur Yezidin məzarı ilə necə rəftar edib? - MÜHÜM TƏHLİL 13:18
ABŞ-ın Türkiyəyə Mənbic tələsi: Kürd terrorçulara tank əleyhinə külli miqdarda raket verilib 12:58
İstanbulda "Qanla qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı" adlı konfrans keçirilib + FOTOLAR 12:13
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərəkət dayandırılıb 12:06
Hafiz Paşayev: "ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdılar” 10:55
İlham Əliyev xanımı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər + FOTOLAR 09:56
Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır 08:00
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur 00:08
Vahid Mustafayev: "Bunlar mənə İlham Əliyevin tapşırığı ilə təqdim edilmişdi" + YENİLƏNİB 00:00
20.01.2019
Ramil Usubovdan yeni RƏİS TƏYİNATLARI 23:55
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ 23:52
Kamal Abdulla: “Bu xəbəri ulu öndərimiz verdi..." 23:29
İlham Əliyev: "Zimbabve Prezidentinin Azərbaycana gəlişi tarixi səfərdir" 19:25
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb + FOTOLAR 17:18
“ASAN xidmət” mərkəzləri yanvarın 20-də işləməyəcək 12:47
Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib 12:43
Bakıda piyada keçidindən keçən qadını avtomobil vuraraq öldürüb 11:41
ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır” 10:40
İlham Əliyev Zimbabvenin prezidenti ilə görüşüb + FOTOLAR 09:19
Azərbaycan səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub + FOTOLAR 00:11
ABŞ və Şimali Koreya liderləri arasında ikinci görüşün vaxtı açıqlanıb 00:02