success closed Loading...

Pomidor şitillərinin arasında narkotik əkən şəxslər saxlanılıb + FOTOLAR

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN Mətbuat Xidmətindən Enter.News-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonu Qarabağlı kənd sakinləri Elman Dadaşov, Qalib Rəhimov və paytaxt sakini Rafiq Cavadov saxlanılıb.

E.Dadaşovun həyətində olan istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi olaraq əkilən və qulluq edilən 508 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Dadaşovun qonşuluğunda olan Q.Rəhimova məxsus istixanaya da baxış keçirilib. Oradan da eyni qayda ilə pomidor şitillərinin arasında əkilən 404 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri Maştağa qəsəbəsi sakini R.Cavadovun köməkliyi ilə 2018-ci ilin dekabr ayında satmaq niyyəti ilə əkdiklərini və onlara qulluq edərək yetişdirdiklərini bildiriblər. Araşdırma zamanı dəstə üzvlərinin narkotik tərkibli bitkilərin tez yetişməsi üçün istixanada olan havanın temperaturunu yüksək dərəcədə saxladıqları da məlum olub.

Qeyd edək ki, saxlanılan şəxslərin yaşadıqları evə baxış zamanı E.Dadaşovdan əlavə olaraq 450, Q.Rəhimovdan isə 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri onlara məxsus istixanalara ümumilikdəm 1500 ədəd çətənə toxumu əksələr də, onlardan 912 ədədi yetişib.

Faktla bağlı Baş İdarənin əməkdaşları tərəfindən olaraq əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail
  • news detail

XƏBƏR LENTİ
“Türk axını” boru kəmərinin dəniz hissəsinin tikintisi başa çatdı 21:54
Paytaxtda 4 idman-əyləncə layihəsinə 23 milyard dollar ayrıldı 21:42
Nazarbayev prezident postundan istefa verməmişdən öncə Putin ona zəng edib 20:23
İlyas İsmayılov: “Azərbaycan qanunlarla idarə olunmur” 18:53
Gürcüstan parlamenti müsəlmanların narazı olduğu qanun layihəsinin müzakirəsini dayandırıb 18:42
Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artıb 18:38
Bakıdan İstanbula AZAL ilə gedənlər! - DİQQƏT! 18:32
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb 18:26
Baş nazirin müavini: "İstərdik ki, Əli İnsanov olub keçənlərdən nəticə çıxarsın və Heydər Əliyevin məzarına çiçəklər qoysun" 17:54
"ASAN xidmət"ə sədr müavini təyin olunan Ceyhun Salmanov kimdir? - DOSYE 17:40
Nursultan Nazarbayev istefa verdi 17:34
Putinə “İLİŞƏN” 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər 17:09
Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub, amma biz bərpa etməyə hazırıq" 16:06
Prokuror Gömrük Komitəsinin generallarına cəza istəyib 11:59
19.03.2019
Vergilər Nazirliyi: “Banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilərlər” 23:53
Mədət Quliyev müğənni Nigar Camalın klip təqdimatında + FOTOLAR 17:59
Keçmiş müstəntiq Rüfət Səfərov: "Məni dilə gətiriləsi mümkün olmayan işgəncələrə məruz qoydular" 17:30
Elçin Şıxlı: "Nə qədər ki, o məmurlar orada oturub, heç bir islahat gözləmirəm” 16:22
"İstanbul heç vaxt Konstantinopol olmayacaq, bu şəhəri tərk etməyəcəyik" - Ərdoğan od püskürdü 15:18
MTRŞ-dan "Manpası" verilişinin aparıcılarına SƏRT TƏNQİD 12:42
DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət edib 11:03
Putin bu gün Krıma gedir – Yarmadanın Ukraynadan qoparılmasının 5 illiyi qeyd olunacaq 09:14
Bakının bəzi rayonlarında qazın kəsilməsinin səbəbi nədir? - “Azəriqaz”-dan rəsmi açıqlama 08:59