success closed Loading...

Fransada ''sarı jiletlilər''in aksiyasında 32 min insan iştirak edir - YENİLƏNİB

Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in aksiyasında təxminən 32 min insan iştirak edir.

Enter.News Fransızca  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Telekanalın məlumatına görə, təkcə Parisdəki aksiyalarda 8 min nümayişçi iştirak edir.

Qeyd edək ki, bu gün "sarı jiletlilər"in Fransa şəhərlərinin küçələrində 9-cu dəfə küçələrə çıxıblar. 

Daha əvvəl bildirilib ki, Parisdəki aksiyaların gedişində 40-dan çox etirazçı saxlanılıb.

***

Fransanın paytaxtı Paris şəhərində “sarı jiletlilər”in nümayişi öncəsi həbslər başlayıb. 

Enter.News Fransızca xəbər verir ki, Paris polisi artıq 24 nəfəri saxladığını açıqlayıb.

Onların üzərində başqasına xəsarət yetirmək üçün istifadə edilə bilən əşyalar, həmçinin bibər qazından qorunmaq üçün hermetik eynəklər aşkar edilərək götürülüb. Belə əşyaları, həmçinin qaz maskaları və respiratorları nümayiş zamanı daşımaq qadağandır.

Bu gün “sarı jiletli”lərin etiraz aksiyaları keçirdikləri ardıcıl doqquzuncu şənbədir.