success closed Loading...

Bakıda polis silahı ilə intihar etdi - YENİLƏNİB

Ötən gün Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

Enter.News-un Ölkə.Az-a istinadən məlumatına görə, saat 16.00 radələrində banklardan birinə məxsus ofisdə 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov tabel silahı ilə başına güllə ilə vurub.

Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub. Qeyd edək ki, polisin intihar etməyi ofisdə olan müşahidə kamerasına da düşüb.

Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib. Qeyd edək ki, İlkin Tapdıqov ailəli olub, iki azyaşlı övladı var.

İlkin Tapdıqov Səbail rayon Mühafizə İdarəsinin əməkdaşı olub. 

11.01.2019, 23:00

Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı tabel silahından açılan atəş nəticəsində ölüb.

Enter.News xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumdur ki, yanvarın 11-də axşam saat 18.00 radələrində  paytaxtın Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinin ofisində odlu silahdan açılan atəş nəticəsində 35 yaşlı İlkin Tapdıqov iş yerində ölüb.

Hazırda hadisə yerində operativ-istintaq qrupunun üzvləri işləyir. Baş verən hadisənin təfərrüatı araşdırılır.