success closed Loading...

Bakıda ticarət mərkəzində baş verən yanğın yenidən güclənib

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib. 

Enter.News xəbər verir ki, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.