success closed Loading...

Azərbaycanda müəllim işləyən FETÖ-çülər Afrikada saxlanıldı

MİT-in keçirdiyi əməliyyatla Fətullah Gülənin rəhbəri olduğu "FETÖ” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 nəfər Orta Afrika ölkəsi olan Qabondan tutularaq Türkiyəyə gətirilib.

Enter.News Türkcənin məlumatına görə, saxlanılan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal İstanbul 22-ci Ağır Cəza Məhkəməsinə hakim qarşısına çıxarılıb. Onlar "silahlı terror təşkilatına üzv olmaq”, "təşkilata maliyyə yardımı etmək” maddələri  ilə ittiham olunurlar. 

Qeyd edək ki, İbrahim Akbaş, Adnan Demirönal ifadələrində Qabondan əvvəl, Azərbaycanda müəllim kimi çalışdıqlarını bildiriblər.