success closed Loading...

Ayaz Mütəllibovun həyat yoldaşı vəfat etdi + YENİLƏNİB

Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibova bu gün səhər saatlarında vəfat edib.

Enter.News xəbər verir ki, eks-prezidentin xanımı uzun sürən xəstəlikdən sonra vəfat edib.

Hüzr mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Allah rəhmət eləsin! 

***

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilir.

Enter.News-un xəbərinə görə, Bakıda Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak edirlər.

Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.