İstanbulun Fatih bölgəsində 22 yaşlı azərbaycanlı Rüfət Fərhadovu elektrik cərəyanı vurub.
Enter.News Türkcə xəbər verir ki, Rüfət Akşəmsəddin məhəlləsində 5 mərtəbəli iş mərkəzinə fiberoptik kabel çəkərkən cərəyana qapılıb. Fərhadovun cəsədi beton üzərinə düşdüyündən onun oradan çıxarılması üçün xilasedicilər cəlb olunub. Azərbaycanlı gəncin cəsədi Yenibosnadakı məhkəmə-tibbi ekspertizasına göndərilib.
Rüfətin ölüm xəbərini alan ailəsi şok keçirib.





