success closed Loading...

Azərbaycanda sabiq icra başçısı vəfat edib + FOTO

Azərbaycanda sabiq icra başçısı vəfat edib.

Enter.News-un məlumatına görə, Saatlı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əhmədov Gülhüseyn Əliəhməd oğlu bu gün dünyasını dəyişib.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Gülhüseyn Əhmədov 1993 -2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

2005-ci ildə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən millət vəkili seçilib. O, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. 

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. 

news-detail