success closed Loading...

Türkiyədə 7 bal gücündə zəlzələ baş verib - ÖLƏNLƏR VAR - YENİLƏNİB

icon datetime24.01.2020 23:33 icon comment icon visitor
shadow

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər ölüb.

Enter.News xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.

Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:

"Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".

***

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.

Enter.News xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ İsrail, İraq və Suriyada da hiss olunub. 

***

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub.

Enter.News xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar nəticəsində iki nəfər yaralanıb.

Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu isə bildirib ki, hazırda dağıntıların olub-olmaması ilə bağlı araşdırma aparılır: "Əməkdaşlarımız hadisə yerindədir"-deyə, o bildirib.

Eyni zamanda Sivrice rayon bələdiyyəsinin sədri Turay Gündoğan bildirib ki, baş vermiş zəlzələ nəticəsində tələfat qeydə alınmayıb.