success closed Loading...

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Enter.News" "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin məlumata görə, piyadanı “Ford” markalı yük maşını vurub.

Qəzadan sonra sürücü hadisə yerini tərk edib.

 

Faktla bağlı araşdırma aparılır.