success closed Loading...

Nəzir qutularını qarət edən şəxs saxlanılıb

Lənkəranda məscidlərin nəzir qutularını qarət edən şəxs saxlanılıb. Onun əməli ilə bağlı kadrlar təhlükəsizlik kameralarına düşüb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan

"Enter.News"a verilən məlumata görə, hadisə rayonun Tütəpeştə kənd məscidində baş verib.

Məscidin nəzir qutusunun sındırılaraq içərisindəki 120 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində məhkumluğu olan Zülfi Nəzərli olduğu müəyyən edilib.

Həmin şəxsin Seydəkəran kənd məscidinin qaşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.