success closed Loading...

Bakıda həbsdə olan tanışına toyuğun içərisində narkotik keçirən şəxs saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Enter.News"a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən

Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş

1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə - metamfetamin və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

news-detail