success closed Loading...

Kiyev yenidən qarışdı - Prezident administrasiyası binasının qarşısında piket keçirilir + YENİLƏNİB

Kiyevdə Ali Radanın qarşısındakı aksiya iştirakçılarının müşayiət etdiyi bir qrup deputat  prezident administrasiyasının komendantı vasitəsilə tələblərini ölkə başçısı Pyotr Poroşenkoya təqdim edib.

Tələb bir qrup deputatın Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında hazırladığı qanun layihəsinin qanunvericiliyə uyğun olaraq prezidentin öz adından Radaya təqdim edilməsini nəzərdə tutur. Bundan sonra piket  iştirakçıları etirazçıların Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyinə dönüblər.

“Prezident administrasiyasının komendantı Poroşenkonun iş yerində olduğunu bildirdi, biz də  antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsini verdik. Prezident onu təsdiq etməli, Radadakı çoxluq isə sənədin lehinə səs verməlidir”, - deyə fraksiyadan kənar deputat  Yuri Levçenko Ali Radanın qarşısındakı aksiya iştirakçılarına bildirib.   

Bundan əvvəl xəbər verildiyi kimi, etirazçıları təmsil edən nümayəndə heyəti Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək üçün prezident administrasiyasına yollanıb.  

Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Lakin etirazçılarla polis arasında heç bir insident baş verməyib. 

Xatırladaq ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən “Sağ sektor”, “Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında bir neçə gündür aksiya keçirir.

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda ölkədə antikorrupsiya məhkəmələri yaratmağı tələb edirlər.

Qeyd edək ki, Ali Rada bu gün etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Radanın gündəliyinə daxil edilməyib.  

***

Ukrayna Ali Radasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları  prezident administrasiyası binasının qarşısında piket keçirir. 

Etirazçıları təmsil edən bir neçə nümayəndə prezident administrasiyasına yollanaraq Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında bir qrup deputatın hazırladığı qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək niyyətindədir. Onlar, qanunvericiliyə uyğun olaraq, prezidentin adından qeyd olunan qanun layihəsini Radaya təqdim etməsini tələb edəcəklər.

Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Etirazçılarla polis arasında qarşıdurmanın olmadığı bildirir.  

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən “Sağ sektor”, “Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında bir neçə gündür aksiya keçirir.

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda ölkədə antikorrupsiya məhkəmələri yaratmağı tələb edirlər.

Qeyd edək ki, Ali Rada bu gün etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Radanın gündəliyinə daxil edilməyib.  

Enter.News


XƏBƏR LENTİ
"Azərsu"-nun əməkdaşını döyən Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi niyə təxirə salındı? 13:20
Bakıda zavodda partlayış - 1 nəfər ölüb + YENİLƏNİB 13:07
93 yaşlı Zimbabve prezidenti Muqabe istefaya razılaşdı - YENİ ŞƏRTLƏR 12:52
Rusiya telekanalı Sarkisyanı “faşist” adlandırdı + VİDEO 12:40
Ramil Usubovun müavini: “Bəzi işbazlar bundan istifadə edirlər” 12:25
FİFA-nın yeni prezidenti ilk dəfə Bakıya gəlir 12:10
Tanınmış hakim vəkillik fəaliyyətinə başladı 11:50
Ağdamlıların Cümhuriyyət parlamentinə göndərdiyi məktub – Onların təklifi nədən ibarət idi? 11:30
"Norveçin əhalisi bizdən 2 dəfə az, valyuta ehtiyatları isə 1 trilyon dolları keçib. Tacikistanla özümüzə təsəlli verməklə biz heç yerə gedə bilmərik" - Qüdrət Həsənquliyev 11:15
Rövşən Lənkəranskinin İstanbulda həbs edilən qardaşı Namiq Caniyevlə bağlı yeni xəbər: Bu fotolar dəlil kimi onun işini daha da çətinə saldı 11:00
Yeni il bayramında neçə gün istirahət edəcəyik? - RƏSMİ 10:40
Dərman almağa pulu olmayan Rasim Balayevi müdafiə edən Zeynəb Xanlarovaya Flora Kərimovadan SƏRT SÖZLƏR: "Sən gedib ermənilərlə..." 10:25
Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskaya" klinikası ilə bağlı rəqəm - 804 min AZN 10:05
Azərbaycanlı qadın silahla fahişəliyə məcbur edildi 09:53
“Nəvələrimə deyirlər ki, babanız qatildir” - Telman İsmayılov 08:51
Bakı-Quba yolunda “Mercedes” işıq dirəyinə çırpılıb, ər-arvad ölüb + FOTOLAR 07:49
Bakıda reklam lövhəsi quraşdıran fəhlə krandan yıxıldı 01:25
93 yaşlı Zimbabve prezidenti xalqa müraciətində istefadan başqa hər şeydən danışdı - Uzun ömrün akkordları 01:14
İlham Əliyev Sergey Lavrovu qəbul etdi - MÜHÜM MESAJLAR + YENİLƏNİB 00:56
“YouTube”dan qazandığı pulla villa aldı - Hələ 20 yaşı var + FOTOLAR 00:40
Bu il ölkəyə idxal olunan mobil telefon və digər mobil qurğunun sayı açıqlandı 00:26
26 ildir çözülməyən Qarakənd faciəsi... 00:11
Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi 00:00
19.11.2017
Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı 23:42
“Atletiko"nun futbolçusu: ““Qarabağ”a qalib gəlsəydik...” 23:27
Bakıda nasosxanada yanğın olub 23:10
Polis cərimə yazdı: Sürücü küsüb getdi + VİDEO 22:53
Biləsuvarda inək sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb oldu 22:29
İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR 21:59
Abşeron rayonunda qazanxanada yanğın olub 21:09
Bütün Türkiyə onu axtarır - terror aktına hazırlaşır + FOTO 20:50
Zərbənin təsiri nəticəsində sürücünün gözləri çıxıb - Şamaxıda dəhşətli qəza + YENİLƏNİB 20:01
Göygöldə ağır qəzada xəsarət alan 4 nəfərdən biri ölüb + YENİLƏNİB 19:40
Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb + YENİLƏNİB 19:21
“Qarabağ”da qalmaqal - Komandanı atıb Rusiyaya qaçdı 19:04
Türkiyədə zəlzələ oldu 18:30
Azərbaycanlı qadın hərbçi şəhid oldu + FOTOLAR 18:15
Siyəzəndə “OKA“ işıq dirəyinə çırpılıb, sürücü ölüb, sərnişin xəsarət alıb 17:58
Ağstafada avtomobilin vurduğu 8 yaşlı uşaq öldü 17:40
Bakı bulvarında insanlıq dərsi - dənizə düşən pişik üçün hər kəs ayağa qalxdı + VİDEO 17:26
Sabunçuda kütləvi dava - İki nəfər bıçaqlanıb 17:14
Plagiat faktlarla bağlı hansı müraciətlər daxil olub? - RƏSMİ 17:02
Bakıda tələbə qız qaçırıldı 16:54
Qazaxda ağır yol qəzasında ölən və yaralananların adları məlum olub + YENİLƏNİB 16:43
6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsi 16:33
Cismən diri olanların fikri ölüdürsə, əsl ölülər onlardır – Fəxrəddin Salim 16:19
Türkiyə, Rusiya və İran Silahlı Qüvvələrinin Baş qərargah rəislərinin görüşü keçiriləcək 16:05
Ələtdə ağır qəzada bir ailənin üzvü olan 4 nəfər xəsarət alıb, 1-nin vəziyyəti ağırdır - YENİLƏNİB 15:49
Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü başa çatıb + YENİLƏNİB 15:30
Rusiya Müdafiə Nazirliyində vəzifə alan 26 yaşlı gözəl... + FOTOLAR 15:15
Evimizdəki kiçik “bombaların” dəhşətli fəsadları - Batareyalardan gələn ölüm 15:00
“WhatsApp”da yenilik 14:45
“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq” 14:30
Oğuzda 51 nəfərə qarşı inzibati protokol tərtib olunub - SƏBƏB 14:15
21 yaşlı qız gecə klubunda döyüldü - BAKIDA 14:00
"Qarabağla matç mövsümün ən vacib oyunu olacaq” - “Çelsi”nin baş məşqçisi Antonio Konte 13:45
Görkəmli yazarların sirli həyatı: HENRİ DEVİD TORO 13:30
Sabahın hava proqnozu - Külək, çiskin, yağış... 13:12
İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub + FOTOLAR + YENİLƏNİB 12:50
Enerji layihələrinin müzakirəsi üzrə Aİ-Türkiyə görüşü təxirə salınıb 12:30
Naxçıvan Qarnizonunun qoşunları tam hazırlıq vəziyyətinə gətirildi + FOTOLAR 12:04
ABŞ generalı Trampın nüvə zərbəsi barədə əmrini yerinə yetirməyəcəyini bəyan edib - ŞOK ETİRAZ 11:37
Vergilər kasıbların üzərindən götürülüb varlıların boynuna qoyulmalıdır - Parlamentin müzakirəsinə çıxarılan qanun layihəsi 11:21
Ərdoğan: “NATO-ya etibar ciddi suallar doğurur” 11:00
“Uçan” piyada zolağı istifadəyə verildi 10:35
Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlanıb 09:24
Salyanda “Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var 08:27
Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya edib 00:58
Bakıda 16 mərtəbəli binada yanğın baş verib 00:40
Yeddi yaşı var, amma ağır texnikaları sərbəst idarə edir + VİDEO 00:23
Sumqayıtda “məhəbbət üçbucağı”: 19 yaşlı gənc, Vüsalə və onun keçmiş əri… 00:11
Kürdəmirdə itkin düşən 28 yaşlı şəxs tapılıb 00:05