success closed Loading...

Mirzə Fətəli Axundov məktubunda Həsən bəy Zərdabini nədə ittiham edir? Boş yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan!


İşləyib hazırladığımız materiallar içərisində xüsusi maraq çəkən məktublar kifayət qədərdir. Ona görə “maraq çəkən” deyirəm ki, bu məktubların müəllifləri klassikləşən ədiblərimizdir. Onların bir-birinə yazdığı məktublarda toxunduqları mövzular, apardıqları fikir mübadilələri olduqca maraqlıdır...

Bu dəfə isə klassik ədiblərimizdən ikisinin Mirzə Fətəli Axundovun Həsən bəy Zərdabiyə yazdığı və “Əkinçi” qəzetinin 18 yanvar 1877-ci il tarixli 2-ci sayında dərc olunan məktubu Enter.News oxucularına təqdim edirik. Qeyd edim ki, M.F.Axundovun H.Zərdabiyə bir neçə məktubu və H.Zərdabinin də ona cavab məktubları var. Qismət olsun, zaman-zaman həmin məktubları təqdim edəcəyik.

Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, sən hər qəzetində bir müsəlman tayfasına elmin fəzilətini və səməratını  zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin... Çox yaxşı, sözün baməna və nəsihətin müfid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitaət ilə?

Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki, farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz  necə etsinlər, kəndlərdə də məktəbxanlar açaq və müəllimlər gətirdək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?

Dövləti-qəviyyeyi-Rusiya bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir, biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə bahar  olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahidir ki, kaffeyinas, Prus xalqı kimi və yeni dünya xalqı kimi, ünsən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan, buna ancaq şakir ol ki, dövləti-Rusiyanın təhti-himayətində keçən zəmanələrin qoşunkeşliyindən, çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvələn, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səhifəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünnü. Şiələrin sünnülərdən zəhləsi gedir, sünnülərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz. İttifaq haradan olsun?

Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki, farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs onlar niyə elmsizdirlər? Külli Ərəbistan bisavaddır, ərəblər ya dilənçilik, ya çapavulçuluq edirlər. Külli Anatoliya bisavaddır, külli İran bisavaddır. Ancaq İstanbulda, Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir.

Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı. Kim alsın? Vəqta ki, şəhərlərdə, kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar? Külli İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Qalan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar, dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən bitər ki, bizim hətta çobanlarımız da Prus çobanları kimi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə. Təvəqqə edirəm ki, mənim bu kağızımı biduni-ziyad və nöqsan onun cavabı ilə öz qəzetində basasan.

Yazıldı Qafqaz səfhəsində sakin olan milləti-islamın təqdirən Vəkili-naməlumu tərəfindən.

Əvvəli-yanvar, sənə 1877.

Təqdim etdi: Rəşad Sahil 


XƏBƏR LENTİ
Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb 16:29
Bu gün Moskvada üçtərəfli komissiyanın iclası keçiriləcək 16:25
İqtisad Universitetinin qarşısında kütləvi dava: 2 nəfər bıçaqlandı 15:22
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçiriləcək 14:08
Vilayət Eyvazov Pakistanın müdafiə istehsalı nazirini qəbul edib 14:05
Göygöldə fizika müəllimi və cinayətkar dəstəsi tutuldu 13:57
Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür 12:56
Laçın rayonuna media-tur təşkil edilib - VİDEO 12:40
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı planlaşdırılır 12:22
Gənclər və İdman Nazirliyində yeni təyinatlar 12:19
DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilir 12:03
Nazir: Ağdam Sənaye Parkında beş layihəyə baxılır 11:30
Qəzadan sağ çıxan hərbçilər danışır - Video 11:25
Ağcabədi rayonunda qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı reyd keçirilib 11:16
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib 11:13
ABŞ səfiri Azərbaycana başsağlığı verdi 10:53
ABŞ səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib 10:22
Şəhidlərlə bu gün vida mərasimi keçiriləcək 10:10
ABŞ-də məktəbli üç şagirdi güllələyib öldürdü - Altı yaralı 10:00
Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi 09:51
Laçın rayonunun işğaldan azad olunmasından 1 il ötür 09:17
30.11.2021
DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb 16:13
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 16:13
BŞTİ: 45 nömrəli tam orta məktəb distant tədrisə keçib 16:04
Narkotik çəkib sərnişin avtobusu sürən 3 sürücü saxlanıldı 15:51
Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib 15:45
HHM bölmələrinin döyüş atışları keçirilib - VİDEO 15:35
Prezident pakistanlı naziri qəbul etdi 15:30
Sabah güclü külək olacaq 15:27
Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılacaq - Sərəncam 14:57
Azərbaycanlı hakimlər Türkiyədə VAR təlimi keçir 12:32
Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib - FOTO 12:13
Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyalarında karantin tətbiq edilən zərərverici aşkar olunub 12:12
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI 11:47
AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb 11:40
Barbados rəsmən respublika elan olundu 11:36
Pərviz Mahmudov evə buraxıldı 11:32
Polşanın paytaxtında Nizami Gəncəvinin yubileyi qeyd edilib 11:23
Alimlər: Günəşdə partlayış “internet apokalipsisi”nə gətirəcək 11:22
Daha 2 məktəbdə əyani dərslər bərpa olundu 11:11
Rəsmi Tehrandan Prezidentlərin görüşü barədə açıqlama 11:05
Polis Merilin Mensonun evində axtarış apardı 11:02
Əcnəbi qızın sevgisinə “yox” deyən azərbaycanlı həbs olunub - Video 10:50
Messi Levandovskini neçə səs qabaqlayıb? 10:14
“Google” azərbaycanlı alim Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb - FOTO 09:57
Xalq artisti reanimasiyaya yerləşdirildi 09:30