success closed Loading...

"Deyəsən o yuxu gerçək olacaq" - Atatürk anasına yazdığı məktubda nədən narahat idi?


Şahların, sultanların, sərkərdələrin, bir sözlə, tarixi şəxsiyyətlərin və tanınmış şəxslərin ailə üzvlərinə, ölkə rəhbərlərinə və müxtəlif insanlara ünvanladığı məktublar arxivlərdə qorunub saxlanılır. Həmin yazışmalar zaman-zaman açılaraq ictimaiyyətə təqdim olunur. Belə yazışmalardan biri də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə məxsusdur... Enter.News-un növbəti materialı Atatürkün anası Zübeydə xanıma yazdığı məktubdur.

"Əziz Anam!

İstanbuldan ayrılandan bəri sizlərə ancaq bir neçə teleqramdan savayı bir şey yaza bilməmişəm. Bu səbəbdən mənim üçün narahat olduğunuzu təxmin edirəm. Yəqin ki, istər haqqımda söylənilən, istərsə də qəzetlərdən oxuduğunuz,  həqiqəti əks etdirməyən yazılar sizlərin rahatlığınızı əlinizdən almışdır. Ancaq indi yazacaqlarımdan sonra narahatçılığınıza son qoyulacağına əminəm.

Bilirsiniz ki, İstanbulda olduğum zamanda xarici qüvvələr dövlətimizi və xalqımızı sıxışdıraraq, millətə xidmət edə bilən nə qədər adamımız varsa, hamısını həbs etmiş və bir qismini də Maltaya sürgün edərək, əl-qol açmağa imkan belə vermirlər. Necə oldusa mənə ilişmədilər. Fəqət, 3-cü ordu müfəttişi olaraq Samsuna ayaq basar-basmaz ingilislər məndən şübhələndilər və hökumətdən gəlişimin səbəbini soruşdular. Nəhayətdə İstanbula geri çağrılmamı istədilər və ciddi-cəhdlə buna israr etdilər. Hökumət də məni aldadaraq İstanbula çağırıb ingilislərə təslim olmama nail olmaq istədi. Mən də bunun dərhal fərqinə vardım və düşündüm ki, öz ayağımla gedib təslim olmağım doğru deyil. Vəziyyət belə olduqda durumu padişahımıza yazaraq gəlməyəcəyimi bildirdim. Zati-aliləri öncə getməməyimi uyğun gördü. Fəqət ingilislərin basqısı artınca, o da İstanbula dönməmi əmr etdi.

Artıq rəsmi görəvimdə qalmağa imkan olmadığını və xidmətdə olduğum müddətcə ingilislərin və hökumətin haqqımdakı israrına qarşı durmağın bir az çətin olacağını hiss etdim. Bir tərəfdə bunlar məni təqib edir, bu biri yanda da bütün Anadolu insanı, bütün ölkə haqqımda böyük sevgi və güvən göstərərək: “Səni buraxmarıq” dedilər.

Doğrudan da vətəni və milləti qurtara bilmək üçün tək çarə xidmətdən ayrılıb sərbəst şəkildə millətin başına keçmək və xalqı tək vücud halına gətirmək idi. Bundan doğacaq qüdrəti və ölkənin olan-qalan gücündən istifadə etməkdən başqa yol yox idi. Mən də elə etdim. Şükür Allaha, artıq buna nail oluram. Çox yaxın zamanda bunu bütün dünya görəcəkdir. Bu sürətlə hərəkət edincə ingilislər həmən yalvarmağa başladılar və məni qazanmağa çalışdılar. Dərhal da bütün günahı bizim hökumətin üstünə yıxdılar. Doğrudan da hökumət də mənə mane olmaq istədi. Fəqət, buna gücü yetmədi və yetməz də.

1. Bu qayda ilə bir müddət Anadoluda çalışmaqla hər şey həll olunacaqdır. Yaxında Millət Məclisini toplanacaq və yeni bir hökumət iqtidara gələcəkdir. Ehtimal ki, mən də o zaman gələcəm İstanbula. Səhhətim qaydasındadır, məndən qətiyyən narahat olmayın.

2. Salih bəy Fuat bəydən alacağını aldımı? Bunu bilgi almaq baxımından soruşuram, yoxsa nə olursa olsun, əlhəmdülillah, heç önəmi yoxdur. Siz rahat olun və bir sıxıntınız olarsa dərhal mənə bildirin.

3. Bu məktubu gətirən “….” Sizə mənim haqqımda istədiyiniz qədər məlumat verəcəkdir. Elə onunla da mənim bəzi paltarlarımı göndərin.

4. Bacımın səhhəti necədir? Evimizə hər hansı bir tərəfdən hücum-filan oldumu? Hələ oradasınızmı? Uşaqlar necədirlər, böyüyürlərmi?

5. Salih (Fansa) bəylə madamı inşallah sağ-salamatdırlar. Mən onları həmişə yadıma salıram. Madamın mənim haqqımda bir röyası vardı, deyəsən o gerçək olacaq. İnşallah, yaxında sevinc içərisində görüşəcəyik.

6. Mən, bir-iki günə bir konfrans üçün Sivasa gedib, yenidən Ərzuruma qayıdacağam. Təkrar edirəm: hər eşitdiyinizə inanmayın. Bilirsiniz ki, mən nə etdiyimi bilirəm, nəticəni görməsəydim, başlamazdım.

Sayqı ilə əllərinizdən,  bacımın gözlərindən öpürəm.

M. Kamal

1 Avqust 1920"

 Təqdim etdi: Rəşad Sahil

GÜNÜN XƏBƏRLƏRİ
Poroşenko: "Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməyə çalışırıq" 01:37
İraq ordusu Səddam Hüseynin iqamətgahına çatdı 01:33
Kadırovun şəxsi mühafizəçisi xəyanətə görə öldürüldü 00:56
Tanınmış riyaziyyatçı vəfat etdi 00:24
"Təyyarə qəzası" silsiləsindən növbəti üzücü xəbər - Bu dəfə İtaliya... 00:16
16.01.2017
Türkiyədə polisə hücum nəticəsində şəhid olanların sayı 4-ə çatıb - VİDEO 23:49
Yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər - Uşaqlara verilən cəzaların liberallaşdırılması - AZƏRBAYCANDA 23:30
İlham Əliyev Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb - FOTO 23:18
İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb - FOTOLAR 23:01
Doğuşa qədər hamilə olduğunu bilməyib - Bakıda film kimi hadisə + VİDEO 22:42
Mehman Hüseynovun “Sancaq Production” səhifəsini almaq üçün - nazir 300 min dollar təklif edib 22:25
Azərbaycanda əczaçılıq zavodlarının məhsullarının ixrac ediləcəyi - ƏSAS ÖLKƏLƏR 22:06
Səhiyyə Nazirliyi Bakıda baş vermiş ana ölümünün ilkin səbəbini açıqlayıb 21:55
70 min vergi ödəyicisinin faiz borcu silindi 21:35
Naxçıvanda ölənlərin varlısı-kasıbı olmur... - Vasif Talıbov ənənələri yaşadır 21:14
QMİ: “Reket mollalarla bağlı məsuliyyət daşımırıq” 20:45
Beynəlxalq Bankdan filiallarına cinayət işi açılmasına - REAKSİYA 20:25
Qulam Məmmədlinin həqiqətləri - “Mirzə Cəlilin ən qəddar düşməni Ordubadi olub” 20:22
“Təfəkkür”ün tələbələri başqa universitetlərə köçürüləcək - Nazirlikdən AÇIQLAMA 20:02
Medvedev Ermənistanın baş naziri ilə görüşəcək 19:52
Bakıda eksternat qaydasında imtahan keçirildi 19:49
Akif Çovdarov: "Biz onu nazirliyə agent kimi dəvət etmişdik" 19:25
Rektor Əfqan Abdullayev 5 dekanı - işdən qovdu 19:18
Məhkəmə yol polisinin maşınını çəkiclə əzənin vəsatətini təmin etdi 19:10
Dünya Bankı Azərbaycanla kredit sazişi imzaladı 18:58
Sabiq millət vəkili Nazim Bəydəmirlidən nümunəvi - Vergi aksiyası + FOTOLAR 18:40
"Samsung" şirkətinin rəhbəri həbs edildi - Cənubi Koreyada qalmaqal 18:38
Qırğızıstandakı təyyarə qəzası ilə bağlı iddia: - Pilotun səhvindən olub 18:30
Trampdan “vodka”ya xəyanət: - Rusiyaya qarşı yeni müharibə cəbhəsi 18:18
Türkiyədə növbəti partlayış - Bu dəfə universitetdə - SON DƏQİQƏ 18:06
Bakının bəzi hissələrində qaz olmayacaq 17:55
SOCAR: Son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanıb 17:48
Nəcməddin Sadıkov Belçikaya yola düşüb 17:34
Bişkekdə həlak olanların dəfn xərclərini - kim ödəyəcək? 17:30
Sabaha - dolların məzənnəsi 17:22
Dünya Bankı TANAP-a 400 mln. dollar ayırıb 17:16
Lənkəranskinin 5 metrlik abidəsi - Azərbaycana gətirildi 17:12
Azərbaycanın müdaxiləsindən sonra - Qondarma “DQR”in KVN komandası Soçi festifalından çıxarıldı 16:52
Bişkekdə həlak olanlardan 9-nun kimliyi müəyyən edilib 16:45
Ötən ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 20 mlrd. dollar olub 16:35
7 nazir istefaya göndərildi 16:26
Lapşinin həbs edilməsinə görə - Belarusun Yerevandakı səfirliyi qarşısında aksiya keçirilib 16:18
"Təfəkkür" Universitetinin - fəaliyyəti dayandırıldı 16:12
Göygöl Milli Parkının direktoruna töhmət verilib, 2 əməkdaş işdən çıxarılıb - VİDEO 15:52
Dağlıq Qarabağda erməni əsgəri öldürülüb 15:38
Növbəti gecə klubuna silahlı hücum - 8 ölü 15:31
ABB nizamnamə kapitalını 1,2 mlrd. manata çatdırır 15:24
Azərbaycan və İran birgə aqrotexnika və avtobus istehsal etməyi düşünürlər 15:23
Elmar Məmmədyarov Malayziyaya səfər edəcək 15:13
Akif Çovdarovun kürəkəni məhkəmədə ifadə verdi 14:50
ABB-nin rəhbərliyindəki təyinatlar qanuna ziddirmi? - ARAŞDIRMA 14:40
Çexiyanın sənaye və ticarət naziri Azərbaycana gəlir 14:23
"Manas" hava limanı fəaliyyətini bərpa edib 14:14
Gənclər və İdman Naziriyi separatçı rejimin komandalarının Soçidə festivala qatılması ilə bağlı bəyanat yaydı 13:55
Bakıda Mihai Emineskunun ad günü ilə bağlı tədbir keçirilib 13:54
Əhali ötən il ərzağa 15 mlrd. manat, yanacağa 1,7 mlrd. manat xərcləyib 13:51
Nazirlik narahatdır - "Nə qədər əhalini bu prosesdən xəbərdar etsək də.." 13:46
Co Bayden: - “Rusiya Minsk razılaşmalarını yerinə yetirənə və Krımı qaytarana qədər sanksiyalar qüvvədə qalmalıdır” 13:45
Taleh Bağırov məhkəmədə özünü təqsirli bilmədiyini deyib 13:38
Universitetdə partlayış baş verib - 5 ölü 13:30
NİDA üzvünə hökm oxunub 13:26
Bugünkü valyuta hərracınında - DOLLAR KƏSKİN BAHALAŞDI 13:20
“Azəravtoyol”: - Yanvarın 21-dən Nərimanov prospektində hərəkət məhdudlaşdırılacaq 13:17
Qusarda 44 yaşlı kişi damarlarını kəsərək intihar edib 13:15
Hadisə şahidləri "Boeing"-in necə qəzaya uğramasından - danışdılar 13:07
Vergilər Nazirliyinin rəhbərliyində dəyişikliklər olub 13:02
Şok: Bu oğlan Marsdan gəlib - VİDEO 12:57
Sabaha olan - HAVA PROQNOZU 12:55
Qəzadan sonra Bişkekdə - "Manas" aeroportu bağlandı 12:48
İlham Əliyev Qırğızıstan Prezidentinə başsağlığı verib 12:42
Prezident Administrasiyasının keçmiş sədr müavini həbs olunub 12:36
Bakıda yeni açılan əczaçılıq zavodunun - dəyəri nə qədərdir? + FOTOLAR 12:23
Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO 12:17
Yanvarın 20-də Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 12:12
Putin qırğızıstanlı həmkarına başsağlığı verdi 12:09
Qəzada həlak olan pilotların - FOTOLARI 12:02
Qırğızıstanda "Boeing"də həlak olan pilotların - Adları açıqlandı 11:56
Qırğızıstandakı təyyarə qəzası ilə bağlı - YENİ MƏLUMATLAR 11:50
Saxta diplomlarla bağlı Baş Prokurorluqdan - AÇIQLAMA 11:44
Azərbaycan Beynəlxalq Bankının 5 fililalı ilə bağlı cinayət işi başlanıb 11:38
Müdafiə Nazirliyi: Düşmən mövqelərinə cavab atəşi endirilib - atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir 11:22
Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarına zəng etdi: - "Təyyarə qəzası ilə bağlı istənilən yardıma hazırıq" 11:12
Bişkekdə təyyarənin qəzaya uğradığı yerdə 31 nəfərin meyiti tapılıb 11:07
Zaxarova: "ABŞ kəşfiyyatı Primakova dərman almaq istəyən diplomatımızı "verbovka" etməyə çalışıb" - Diplomatı dərmanların qanunsuz dövriyyəsində ittiham etməklə qorxutmağa çalışıblar 10:56
Osmanlı donanmasına ziyan vuran türk əsilli rus admiralı - Fyodr Uşakov - Uşak Paşa 10:53
17 Yanvar Qırğızıstanda - Matəm elan oluna bilər 10:52
Türkiyə "ACT" aviaşirkətindən qəzaya uğramış təyyarə ilə bağlı - açıqlama verildi 10:40
Qırğızıstan Baş Prokurorluğu qəzaya uğramış təyyarə ilə bağlı cinayət işi açdı - Türkiyə şirkətinə məxsus 10:30
Azərbaycanda 6 vəzifəli şəxs rüşvət alarkən tutulub 10:29
Donald Tramp: - “Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub” 10:24
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin yekunlarını açıqladı 10:18
Şair Camal Yusifzadə vəfat edib 10:15
"Qəzaya uğrayan təyyarə "Türk Hava Yolları"na məxsus deyil" - SƏFİR 10:10
Mayk Pens: - Əsas vəzifə Rusiya ilə əməkdaşlıqdır 10:01
"İki il əvvəl teatrdan çıxmalı idim" - Nəzakət Teymurova - MÜSAHİBƏ 09:57
ABŞ-da buruqların sayının azalması nefti bahalaşdırır 09:55
Manat funta nisbətən 1%-dən çox bahalaşıb 09:51
Erməni silahlı bölmələri minaatanlarla atəşkəsi 12 dəfə pozub 09:35
Qırğızıstanda “Türk Hava Yolları”na məxsus təyyarə qəzaya uğrayıb, azı 16 nəfər ölüb - YENİLƏNİB 2 09:29
Fatih Şener: - "Neftin bahalaşması Türkiyənin Azərbaycana ixracını artıracaq" 09:17
Türkiyədə kömür mədənində çökmə baş verib, ölən var 08:13
Tramp Almaniya kanslerinin miqrasiya siyasətindən narazıdır 08:04
Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb 08:00
Kompüter bu xəstəliyi yaradır 02:06
Trampdan avtomobil şirkətlərinə xəbərdarlıq 01:56
Şəkərli diabet xəstələrinə - 6 məsləhət 01:48
Ərəb turistlər Bakıda hamını təəccübləndirdi - VİDEO 01:13
Obamanın katibindən jurnalistlərə məsləhət 00:45
İranda 2 gündə 20 nəfər edam olundu 00:36
Braziliyada növbəti həbsxana qiyamı baş verib - 30 nəfər ölüb 00:29
Türkiyədə referendumun tarixi bəlli oldu 00:13
NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib - FOTOLAR 00:08
Trampa qarşı sui-qəsdin qarşısı son anda alındı 00:02