success closed Loading...

Babəki ərəblərə satan Səhl ibn Sumbatın - kimliyi barədə həqiqətlər

Bir sıra tarixi mövzular var ki, sovet rejimi onları öz ideologiyasına uyğunlaşdıraraq təhrif edib. Belə tarixi mövzulardan biri də Babək və Hürrəmilər hərəkatıdır. Rejim dağıldıqdan sonra ideologiyanın qurbanına çevrilən Babək və hərəkatı haqqında əsl həqiqətlər gün işığına çıxmağa başladı. Ancaq nə olsun, sovetin milli tariximizdə açdığı izləri doldurmaq hələ ki, mümkün deyil və bir çox ziyalılarımız da həmin o yad cığırla getməyə davam edirlər...

Enter.News tariximizlə bağlı həqiqətləri ictimaiyyətə çatdırmaqda davam edir. Beləliklə, tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının Səhl ibn Sumbatın kimliyi ilə bağlı olan yazısını təqdim edir.

I YAZI 

Sovet dövrü tarixşünaslığının Babək və hürrəmilər hərəkatı ilə bağlı tədqiqatlarında ən böyük səhv nəticələrdən biri Babəki hiylə ilə tələyə salıb xilafət ordusunun sərkərdəsi Afşinə təhvil vermiş Şəki qalasının sahibi Səhl ibn Sumbatın milli mənsubiyyəti ilə əlaqədardır. Sovet dönəmində bu adamın milliyyətcə erməni-hay olması barədə fikir yürüdülmüş, bununla bağlı tarix sahəsində əsassız versiya yayılmışdır. Əlbəttə ki, bu versiya göydən götürülməmiş, müxtəlif mənbələrin məlumatlarının araşdırılması nəticəsində ortaya qoyulmuşdur. Üstəlik, erməni-hay alimləri də bu barədə yalan məlumatlarla böyük çaşqınlığın yaranmasına səbəb olmuşdular. Lakin həmin məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyi lazımınca yoxlanmamış, müəyyən müddət sovetlərin “xalqlar dostluğu” düşüncəsinə uyğun olaraq bu tarixi surətin üzərindən mümkün qədər keçilməyə cəhd gösətrilmiş, erməni-haylarla Azərbaycan türklərinin milli münasibətlərinin kəskinləşdiyi zamanlarda isə Səhl ibn Sumbatın milliyyətcə erməni-hay olması, Babəki satması ilə bağlı fikirlər söylənmişdir.

Millətlərarası münasibətlərin hansı mərhələ və hansı səviyyədə olmasından asılı olmyaraq, tarix elminin dəyişməz xətti olan “tarixi gerçəklikləri” söyləmək prinsipindən çıxış etmək, olanları bəzək-düzəksiz, necə varsa, eləcə göstərmək, düşünürəm ki, ən doğru yoldur. Azərbaycan tarixçisi bu gün erməni-hay tarixçilərinin dünyaya yalanlar təqdim etməsini gülüşlə qarşılayırsa, Azərbaycan tarixini, eləcə də bu tarixin səhifələrində yer almış çeşidli tarixi personajlar haqda gerçkləri obyektiv şəkildə yazmaq məcburiyyətindədir. Məhz bu baxış bucağından çıxış edərək Səhl ibn Sumbat deyilən adamın kimliyini yığcam şəkildə də olsa, təhlil etməyimizdə fayda vardır.

Əvvəlcədən bunu bildirək ki, sözügedən adamın ismi mənbələrin əksəriyyətində “Səhl ibn Smbat” (və ya Səhl ibn Sumbat) kimi qeyd olunurdu. Pers yazarı Xondəmir onun ata adını “Sunbad” kimi qeyd edir. Məhəmməd Üvfi özünün “Cəvami əl-hekayət və ləvami-ər-rəvayət” kitabında onun ata adını “Sunbat” şəklində yazır. İbn-Xəldunun “Kitab-əl-ibər” əsərində isə bu adamın adını Səhl ibn Sabat kimi görürük. Bu səbəbdən də biz həmin adamın ismini Səhl ibn Sumbat kimi yazmaq üçün daha çox əsas olduğunu düşünürük, hərçənd həmin adamın atasının adının bir mənbədə “Sunbad” kimi qeyd olunması versiyası mənə daha ağlabatan gəlir. Çünki Sunbad ismi həmin dövrdə yayılmış bir isim olmaqla yanaşı, Hürrəmilərlə eyni mövqedən çıxış etmiş olan Subadilərin rəhbərinin də adında rastımıza çıxır. Yadımıza salaq ki, Mühəmməd əş-Şəhristani İsfahanda hürrəmilər adlanan qüvvənin Reydə sünbadilər adlandığını yazır və onları eyniləşdirir. Təbəri də “Tərix əl-rüsul və-l-müluk” kitabında yazır ki, “Səhl Babəkin köməkçilərindən olub onun məsləkini qəbul etmişdi”. Bu baxımdan Səhlin atasının adının Sunbad ola bilməsi ehtimalı, zənnimcə, qüvvətlidir.

news-detail

Tarix yazarlarından Mütəhhər ibn-Tahir Müqəddəsi “Kitabül-əl-bəd və-t-tarix” əsərində, Məsudi isə “Müruc-əz-zəhəb” əsərində, həmçinin, İbn-Vazeh Yəqubi Səhl ibn Sumbatı erməni olaraq qeyd etmişlər. Fransız şərqşünas alimi Clement Huart da bu tarix yazarlarının qeydlərinə əsaslanaraq “Encyclopedie de L-İslam”da Səhl ibn Sumbatın erməni olduğunu yazsa da, digər əsəri olan “Xülasət-əl-əxbar fi bəyani əhval-il-əxyar” kitabında onun haqqında aşağıdakı ziddiyyətli məlumatı verir: “O nahiyələrdə bir qala vardı. Rum əhalisindən Səhl ibn Sunbat adlı bir şəxs oranın hökumət işlərini idarə edirdi”. Yeri gəlmişkən, Babəkin guya Bizansa sığınmaq istəməsi kimi fərziyyələr məhz onun evinə qonaq düşdüyü Səhl ibn Sumbatın Rum təbəəsi kimi zənn edilməsi sayəsində ortaya çıxıb, bunu təxmin edə bilərik. Hərçənd ki, Xondəmir XV-XVI əsrlərdə yaşayıb, bununla belə, o, Səhl Sumbatın “Rum əhalisindən” olması fikrini, görünür, xilafət sarayının hansısa tarix yazarının qeydlərindən  götürüb. Bildiyimiz kimi, Babək edam edilərkən Mötəsim bu edama çoxsaylı müsəlman əhalinin gözündə haqq qazandırmaq üçün məqsədyönlü şəkildə Babəkin guya Bizansla əlbir olması fikrini yaydırırdı. Babəkdən sonra tutularaq edam edilmiş və cəsədi Babəkin başsız cəsədi ilə yanaşı asılmış Təbəristanlı Məzyara da “Bizansın adamı” yarlığı vurulmuşdur.

Səhl ibn Sumbatın milli-etnik kimliyi ilə bağlı ən maraqlı və bizim də həqiqətəuyğun hesab etdiyimiz məlumatlardan birinə Moisey Kalankaytuklunun “Alban tarixi”ndə rast gəlmək olur. Belə ki, sözügedən tarixi mənbə müəllifi həmin adamı “Çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat” adlandırır. Bir yerdə də onu vəsf edərək “Arranşah” kimi təqdim edir. Akademik Z.Bünyadov isə apardığı araşdrıma nəticəsində “Səhl ibn Sumbatın Alban şahlarının nəsli hesab olunan Zermirxakanlar nəslindən olduğunu” bildirir. Daha bir yerdə də onu “alban knyazı Səhl ibn Sumbat” adlandırır. Tədqiqatçı-alimimiz N.Vəlixanlı Səhl ibn Sumbatın alban (alpan) nəslindən olması haqda akademikin söylədiyi fikri həqiqətəuyğun hesab edərək dəstəkləyir, sadəcə Səhlin nəslinin adını “Zermirh” şəklində qeyd edir. Digər tarixçi-alim S.Əliyarlı da eyni mənbəyə istinad edərək “Səhl ibn Sunbatın alban padşah sülaləsindən olan Zarmirxin nəslindən olmasını” söyləyir. Biz də həqiqətə yaxın olması səbəbindən bu versiyanı dəstəkləyirik. Z.Bünyadov Zermirh deyilən adamın Mehranilər sülaləsinin banisi Mehranın nəvəsi igid Vardanın qızlarından birinin əri kimi qeyd edir.

Səhl ibn Sumbatın erməni olmamasını təxmin etməyə əsas verən daha bir fikri Səid Nəfisi söyləyir: “Baxmayaraq ki, Sumbat Babəki tutub Əfşinə təhvil vermişdi, Əfşin Sumbatdan bərk incimişdi. O da bundan ibarət idi ki, Sumbat onun hərəmağasını müxtəlif hədiyyələrlə aldadaraq öz tərəfinə çəkmiş və o da Əfşinin ixtiyarında olan bütün əsir qadınları qaçırdaraq Sumbata çatdırmışdı. Buna görə də Əfşin bəzi ermənilərin xahişi ilə onu öldürmək istəyirdi, lakin arzusuna çata bilməyib öldü.” Bu fikirdən bilmək olur ki, ermənilər heç də, bir sıra erməni-hay mənbələrinin iddia etdiyi kimi, Sumbatı dəstəkləmirdi, əksinə xilafət ordusunun komandanından xahiş etmişdilər ki, Səhl ibn Sumbatı tutub öldürtsün. Hər halda, erməni-haylar milli maraqlarını öz şəxsi ədavət duyğularına qurban edəcək düşüncədə olmayıblar ki, başqa bir dinin onlar üzərində hökmranlıq etdiyi çətin vaxtlarda bir-birinin ayağından çəksinlər, bunu etiraf etməliyik.

Səhl ibn Sumbatın dini əqidəsi ilə bağlı isə əksər mənbələrdə onun xristian dininə sitayiş etdiyi barədə fikir yürüdülüb. Məhəmməd Üvfi Babəkin Bəzz qalasını tərk edib yuxarı Azərbaycana keçdiyi zaman baş verənləri təsvir edərkən belə bir cümlə işlədir: “Səhl ibn Sumbat adlı bir xristian onu görüb tanıdı”. Eyni hadisələri qeyd edən digər bir sıra mənbə müəllifləri isə Babəki aldadan Səhli “petrik” kimi qeyd edirlər. (Patrik – xristian dinində ortodoks kilsəsi, Süryani kilsəsi və şərq ölkələrinin kilsələrinin rəhbərliyindəki ən yüksək rütbəli yepiskoplara verilən ad. “Patriarchis” sözündən götürülmüşdür. Patrikin Roma katolik kilsəsinin rəhbəri olan papadan fərqi ondadır ki, patrikin səlahiyyətləri yalnız özünə aid olan bölgə ilə məhdudlaşır və digər ərazilər və müstəqil kilsələr üzərində yetkisi yoxdur – C.B.)

news-detail

Məsələn, İbn-İmdad Hənbəli “Şəzərat-əz-zəhəb fi əxbari min zəhəb” əsərində yazır: “O, (Babək nəzərdə tutulur – C.B.) həmin bataqlıqdan çıxaraq bir yolla dağa tərəf getdi. Dağlara çatdıqda petrik Səhlin evinə düşdü. O isə onu tutub  saxladı və Əfşinə xəbər göndərdi”. Şəmsəddin Əbu Abdullah Zəhəb “Düvəl-əl-İslam”da yazır: “Sonra o, bir dağdan aşaraq başqa bir dağa getdi. Bir petrikin evinə düşdü. Petrik onu tutub ardınca gələn adamlara təhvil verdi”. Pers tarix yazarı Mirxond Bəlxi “Rövzət-əs-səfa” əsərində həmçinin, Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafei “Mirat-əl-cünan və ibrət-əl-yəqzan” əsərində Səhli “petrik” adlandırmışlar. Səid Nəfisi Səhl ibn Sumbatın patrik kimi qeyd edilməsini araşdıraraq bu nəticəyə gəlib ki, Səhl Babəki tutduqdan sonra Mötəsimin xeyir-duası ilə petrik olub. Bu haqda fikir yürütmək və Səhlin hürrəmilər hərəkatı zamanında xristian olmaması ehtimalını araşdırmaq bir qədər çətindir, çünki Səhlin xristian olması barədə məlumatlar çoxluq təşkil edir. Onun milli-etnik kimliyi barədə gəlinən son elmi nəticələr bunu söyləməyə əsas verir ki, Səhl ibn Sumbat xristianlıq dinində qalmağı münasib bilən Qarabağ alpanlarından olub. Əks təqdirdə Babək kimi ayıq-sayıq bir insan heç zaman bu adama etibar etməzdi.

Səhl ibn Sumbatın Babək onun evində yemək yeyərkən dəmirçi çağıraraq onun əl-ayağına buxov vurdurması barədə Xondəmir, Mirxond və başqa pers tarix yazarlarının qeydləri tam yalandır. Babək Səhl tərfindən aldadılaraq ova çıxmaq adı ilə bir meşəyə gətirilmiş, burada onları Afşinin göndərdiyi bir neçə silahlı adam dövrəyə almış, Səhl Babəkdən uzaqlaşaraq qaçmış, Babək isə əsir alınaraq Afşinin qərargahına gətirilmişdir. Doğru olan budur.

Və Səhl ibn Sumbatın elə əvvəldən guya xəyanətkar, qorxaq, var-dövlət hərisi olması ilə bağlı yayılan iddialar da tamamilə əsassızdır, çünki mənbələrdə Səhlin hələ 821-822-ci ildə Arrana (Ərməniyyəyə, yaxud Quzey Azərbaycana) hücum etmiş ərəb qoşunlarını ağır məğlubiyyətə uğratması barədə məlumatlar vardır. Alpan tarixçisi Moisey Kalankaytuklu “Alban tarixi” əsərində yazır ki, “erməni təqvimi ilə 270-ci ilin sonunda ərəblərin seçmə döyüşçüləri gizlicə Bərdədən çıxıb Amaras vilayətini qarət etdilər. Min nəfərə qədər əsir alıb Böyük Arran Şikarkar məntəqəsində möhkəmləndilər. O vaxt cəsur və əzəmətli Arranşah knyaz Səhl ibn Sumbat igid qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı ərəblərə hücum etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçırtdılar, əsirləri isə şirlərin dişlərindən çıxarıb azad etdilər.”

Erməni təqvimi ilə 270-ci il miladi təqvimlə 821-ci il mayın 5-də başlayıb 822-ci il mayın 4-də bitirdi. Bu da Mehranilərin son nümayəndəsi olan II Varaz Trdatın (II Varaz Trdat – Alpan elini idarə etmiş Mehranilər sülaləsinin taxt-taca iddialı son nümayəndəsi, I Stepannosun oğlu, I Varaz Trdatın ölümündən (705-ci il) sonra Böyük Alban Knyazlığı Əməvi xəlifəsi tərəfindən ləğv edilmiş, onun əraziləri xilafətin “Ərməniyyə” adını verdiyi vilayətə çevrilmişdi, lakin sülalənin davamçıları həmin vilayətin yerli hakimləri olaraq qalırdılar. II Varaz Trdat da miladi 822-ci ildə yerli knyazlardan biri tərəfindən (adı naməlumdur) öldürüldü və bununla da Mehranilər sülaləsinin varlığına son qoyuldu) öldürüldüyü vaxta təsadüf edir. Səhl ibn Sunbatın xilafət ordusuna qarşı vuruşub onları məğlub etməsi barədə Təbəri də öz əsərində yazır. Z.Bünyadov bu hadisəni xatırladaraq daha sonra qeyd edir ki, “Gördüyümüz kimi, Səhl hələ özü müttəfiqi Babək məğlub edilməzdən əvvəl qüdrət sahibi olmuş, Arranı ələ keçirmişdi, hərçənd ki, Dovsett qeyd etdiyi kimi, bu faktı 837-ci ildə “xəlifə bilə-bilə etinasız buraxmışdı””. 

GÜNÜN XƏBƏRLƏRİ
ABŞ Dağlıq Qarabağa qanunsuz səfər edən blogerin ekstradisiyası məsələsinə münasibət bildirib 01:43
Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı sərt cəza - ölkədən çıxışına məhdudiyyət + VİDEO 01:30
İran Suriyada mobil rabitə şəbəkəsi istifadəyə verəcək 01:16
Siqaret istəyini öldürən - 13 qida 01:08
Azərbaycandakı insan adlarının mənaları - TAM SİYAHI 00:45
Avropa Parlamentinin yeni rəhbəri seçildi 00:14
17.01.2017
Kolbasa və sosiskanın gətirdiyi ziyanlar 23:45
Avstriya Minsk qrupunun azərbaycanlı hərbçinin meyitinin qaytarılması ilə bağlı bəyanatını dəstəkləyir 23:30
Millət vəkili Araz Əlizadə: - “Adamlar var ki, pul yığmaq üçün bir övladına 3 dəfə sünnət toyu edir" 22:53
Türk təyyarəsinin 2-ci qara qutusu tapıldı 22:43
Putin qərar verdi: - Suriyadan çıxarılsın və vətənə qaytarılsın 22:29
Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub - FOTOLAR 22:16
AMEA-nın qalmaqallı işçisi işdən çıxarıldı 22:00
Antisovet əks-inqilabi təşkilatın qurucularına oxunan amansız hökm - Stalinin ölümündən sonra verilən bəraət - IV YAZI + VİDEO 21:30
Azərbaycan prezidenti BP şirkətinin baş icraçı direktoru ilə görüşüb 20:59
İtən neftçinin 31 min kredit borcunu SOCAR ödəyəcək 20:25
II Yekaterina necə ölüb? - İki yüz illik at yalanı 19:55
Tramp: "Dolların məzənnəsi şişirdilib" 19:41
2016-cı ildə “AmrahBank”-da fantastik zərər - 8.5 MİLYON MANAT 19:30
Novruz bayramında neçə qeyri-iş günü olacaq? 19:00
Bu hosteldə ödənişin məbləğini qonağın özü müəyyənləşdirəcək 18:57
Netanyahunun oğlu polisə çağırıldı 18:48
Sabah Bakının mərkəzi rayonlarında qaz olmayacaq 18:38
Banklara qadağa - Borcunuz barədə məlumat başqalarına verilməyəcək + FOTOLAR 18:35
Aralıq dənizində növbəti faciə - 180-ə yaxın adam itkin düşdü 18:28
Bakıda tikilən sosial mənzilləri necə əldə etmək olar 18:23
Elmar Məmmədyarovdan Lavrova cavab: - Qarabağ münaqişəsi ilə bağlı 18:05
Çin prezidenti illik Dünya İqtisadi Forumunun rəsmi açılışını edib 17:52
Rusiyalı deputatlar AŞPA-nın qış sessiyasında iştirak etməyəcəklər 17:40
HDP həmsədri 142 il azadlıqdan məhrum edilə bilər 17:35
ADİF Mərkəzi Bankdan aldığı borcu vaxtından əvvəl geri qaytarıb 17:32
Çavuşoğlunun ABŞ-a səfərinin məqsədi bilindi 17:25
Yanvarın 18-nə manatın məzənnəsi 17:12
Osman Gündüz: - Azərbaycan pulu dolayı yolla xaricə axır 17:10
Rektor Əfqan Abdullayev ADU-da Rumıniyanın Azərbaycandakı səfirini qəbul edib - FOTOLAR 16:40
Türkiyə 1 il ərzində 163 milyard dollar xarici borc ödəyəcək 16:33
Mədət Quliyev əsgərimizin meyitinin qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb 16:28
Rektor Əfqan Abdullayev “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmudla görüşüb 16:23
İslam İnkişaf Bankının vitse-prezidenti Bakıya gəlir 16:20
Türkiyəli deputat "Recep İvedik 5" filmindəki qalmaqallı epizoda etiraz etdi 16:10
Ərdoğandan “Reina” qatili ilə bağlı açıqlama: - Bu ölkədə heç bir cinayətkar cəzasız qalmayacaq 16:06
BP-nin rəhbəri neftin orta illik qiymətini açıqladı 15:44
Türkiyənin tanınmış 10 mafiya lideri - VİDEO 15:30
SOCAR: - Qaz yenə bahalaşa bilər 15:23
Türkiyəni "yandıran" dolların yandırılması - VİDEO 15:14
Natiq Kərimovun cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub 15:02
Tramp: Dollar onsuz da çox güclüdür 15:01
4 nazir vəzifədən getdi 14:48
Nazir: Çexiya Azərbaycan qazının tədarükündə maraqlıdır 14:41
Dağlıq Qarabağda erməni əsgər digərini güllələyib 14:38
Təhsil Nazirliyi: Bu, 5 yaşlılar üçün tətbiq edilməməlidir 14:35
Donald Tramp bu otaqda işləyir - FOTOLAR 14:35
Süleyman Qasımov: - “Xarici kreditlər və istiqrazlar üzrə ödənişlər SOCAR üçün maliyyə çətinliyi yaratmayacaq” 14:30
Cəbhədə minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır - FOTOLAR 14:13
Polşada soyuqdan ölənlərin sayı 85 nəfərə çatıb 14:10
Reina terrorçusu Abdulqadir Maşaripovun qeyri-adi həyatı - DOSYE 14:10
Ötən il əsas kapitala 15 mlrd. manat yönəldilib 14:05
Azərbaycan Prezident Administrasiyasından bəzi nazirlərə - İRAD 13:55
Əli Əhmədov: - “Dərmanların hazırlanması üçün xammal xaricdən gətiriləcək” 13:50
XİN: Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi ilə bağlı spekulyasiya edir 13:46
Avropa Parlamentinin sədri Şults postu tərk edir - Seçkilər keçirilir 13:37
Lavrov: - "Rusiya müdaxilə etməsəydi, terrorçular Dəməşqi 2-3 həftə ərzində tutacaqdı" 13:36
"Reina" gecə klubuna hücum edən, 4 dil bilən terrorçu pilotsuz uçuş aparatından istifadə edib 13:30
ABŞ-ın Azərbaycandakı səfiri Trampın inauqurasiyasında iştirak etməyəcək 13:18
Azərbaycanda kağız reseptləri - nə əvəz edəcək? 13:16
Yanvarın 18-də - HAVA PROQNOZU 13:05
Nazir: - "Çexiyaya neft ixracının azalması ticarət dövriyyəsinə mənfi təsir edib" 13:03
Novruz Məmmədov: - Prezident Davosda 30-a yaxın görüş keçirəcək 12:58
Bakıda qadının başına çəkiclə vurmaqla evindən oğurluq edilib 12:55
Sergey Lavrov Dağlıq Qarabağa qanunsuz səfər edən blogerin saxlanılmasına münasibət bildirib 12:42
Dünya üçün yeni müharibə yetişir: - ABŞ-Çin qarşıdurması başlandı 12:40
SOCAR: - Manatın ucuzlaşması davam edərsə, aidiyyəti qurumlara müraciət edəcəyik + YENİLƏNİB 12:32
Maradona yenə Peleyə sataşdı - QALMAQAL 12:24
Azərbaycandan bir dəfədən artıq Həccə gedənlər əlavə ödəniş edəcəklər 12:23
“Reina” terrorçusunun gizləndiyi evin - GÖRÜNTÜLƏRİ + FOTO 12:17
İstanbulda yaxalanan terrorçu “Reina” terrorunu İŞİD adına həyata keçirdiyini etiraf edib 12:09
Terrorçunun tutulması xəbərini canlı yayımda oxuyan aparıcıdan - FƏRQLİ REAKSİYA + VİDEO 11:55
Poroşenko: “AB Kremlin təsəvvür etdiyindən güclüdür” 11:52
Aİ-Azərbaycan biznes-forumun vaxtı və yeri bilindi 11:48
Tramp tezliklə devriləcək: - Rabinoviç 11:45
Putinin təyyarəsi zədələndi: - Tender elan edildi 11:40
Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək 11:38
Cəlal Orucov Beynəlxalq Banka gətirildi 11:37
Banklar Dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI 11:36
SOCAR istiqrazlarının sahiblərinə 1,25 milyon manat dividendlər ödənilib 11:31
Malena Mard: - “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar bir neçə həftə sonra başlayacaq” 11:30
Prezident İlham Əliyev Davosda Norveçin xarici işlər naziri ilə görüşüb 11:24
Azərbaycanda ali məktəblərin reytinq və kateqoriyası müəyyənləşdiriləcək 11:21
Ermənistan Azərbaycan Ordusunun mövqelərini reaktiv odsaçandan atəşə tutub 11:20
Davos forumunda fövqəladə hadisə: - iştirakçılar otellərinə geri dönə bilmir + VİDEO 11:10
Netanyahu: - “Məni devirmək istəyirlər” 11:10
Krımda azərbaycanlı iş adamı dini radikalizm və terror ittihamı ilə həbs olunub 10:53
Ölkəyə gətirilən avtomobillərin sayı - 5 dəfəyə qədər azalıb 10:48
Azərbaycan prezidenti Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb 10:48
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin 23 mln. manatlıq vergi borcu silinib 10:47
Azərbaycan yığmasının sabiq baş məşqçisi beynəlxalq axtarışa verilib 10:39
Bakıda FIG Qitələrarası hakimlik kursu başladı - FOTOLAR 10:35
"Şamaxinka" istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır 10:27
Səkkiz bankın 713 min manat məbləğində vergi borcu silinib 10:16
Ayın səthində olan sonuncu insan vəfat edib 10:12
Təyyarə qəzasında həlak olan daha bir şəxsin cəsədi tapılıb 10:06
Davos Forumu başlayır 10:01
Həqiqət və Kuantum - Fəxrəddin Salim 10:00
Ermənilər snayper tüfənglərindən istifadə etməklə atəşkəsi 44 dəfə pozub 09:49
Azərbaycan nefti ucuzlaşıb 09:40
Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb 09:30
Bakıda marşrut xəttinin hərəkət istiqaməti dəyişir 09:17
Brent markalı neft ucuzlaşır 09:02
Azərbaycanda TV yayımının dayandırılacağı tarixlər açıqlandı - SƏBƏB 08:36
Yaxın üç ayda OPEC-in növbəti görüşü keçirilə bilər 08:20
Merkel Trampın Avropa İttifaqının parçalanmasına dair fikirlərinə münasibət bildirib 08:00
İstanbulu yeni il gecəsi qana bulayan Əbdülqədir Maşaripovun həbsinə - Mövlud Çavuşoğlunun REAKSİYASI 06:14
İstanbulda Reina qətliamının "müəllifi" - BU CÜR HƏBS EDİLDİ + VİDEO 06:00
Misirdə nəzarət-keçid məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB 03:28
Fransa prezidenti Trampın Aİ və NATO haqqında bəyanatını tənqid edib 02:25
"Neftçi"nin keçmiş qapıçısı "Arsenal"da çalışacaq 02:16
Türkiyədə yeni il gecəsində terror aktı törədən şəxs saxlanılıb - FOTOLAR 01:48
Poroşenko: "Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməyə çalışırıq" 01:37
İraq ordusu Səddam Hüseynin iqamətgahına çatdı 01:33
Kadırovun şəxsi mühafizəçisi xəyanətə görə öldürüldü 00:56
Tanınmış riyaziyyatçı vəfat etdi 00:24
"Təyyarə qəzası" silsiləsindən növbəti üzücü xəbər - Bu dəfə İtaliya... 00:16