success closed Loading...

Azərbaycanın Milli Qəhrəmanları – Tofiq Hüseynov və Vüqar Hüseynov + DOSYE

Enter.News fəaliyyətə başladığı gündən tarixi əhəmiyyətli yazıları, məktubları və bu qəbildən olan digər materialları hazırlayaraq yayımlayıb. Hər həftənin sonlarında Azərbaycanın Milli Qəhrəmanları haqqında olan yazıları oxuculara təqdim edirik. Milli Qəhrəmanların keçdiyi döyüş yolundan bəhs edən bu layihə yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və qəhrəmanlarımızın tanıdılmasına xidmət edir. Növbəti material Azərbaycanın Milli Qəhrəmanları Hüseynov Tofiq Mirsiyab oğlu və Hüseynov Vüqar Tofiq oğlu barəsindədir.

news-detail

HÜSEYNOV TOFİQ MİRSİYAB oğlu

19 aprel 1954-cü ildə Xocalı Şəhərində doğulmuşdur. 1961-ci ildə burada birinci sinfə getmiş və 1971-ci ildə onuncu sinfi bitirmişdir. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-cü ildə Sovet Ordusu sıralarına çağırılmışdır. 1976-cı ildə hərbi xidmətini Qazaxıstan Respublikasının Alma-Ata şəhərində başa vurmuşdur. Sonra, Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Məktəbdə işlədiyi müddətdə kapitan rütbəsinəcən yüksəlmişdir. 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi o, taborun komandiri təyin edilmişdir. Meşəli kəndi uğrunda gedən döyüŞdə onun taboru onlarla erməni yaraqlısını məhv etməyə müvəffəq olmuşdu.

O, rayonda “Mixaylo” ləqəbi ilə tanınırdı. Ermənilər Naraguğ kəndindən tez-tez Xocalını top atəŞinə tuturdu. O, düşmənin bu strateji top-batareya nöqtəsini susdurdu. Onun dönməz səyi nəticəsində Mehdikənd kəndinin fermasında yerləşən erməni quldurlarının artilleriyası, “Alazan” qurğusu sıradan çıxarılmış, ferma darmadağın edilmişdi. Bununla yanaşı, on nəfər erməni yaraqlısı əsir götürülmüşdü. Bu əməliyyata görə Tofiq Hüseynova mayor rütbəsi verildi. 26 fevral 1992-ci il... O, döyüş dostları ilə ürək-ürəyə, kürək-kürəyə verərək Xocalının müdafiəsinə qalxmışdı. Onlar dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsində, düşmən hücumunun qarşısının alınmasında rəşadətlə vuruşurdular.

O, canlı qüvvə və texnika cəhətdən qat-qat üstün olan düşmənlə qeyribərabər döyüşdə axırıncı gülləsinə qədər vuruşaraq, əsir düşməmək üçün qumbaranı sinəsinə sıxdı və özü ilə bərabər ona yaxın erməni yaraqlısını da məhv etdi.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin ġəhidlər xiyabanında dəfn edilmişdir.

news-detail

HÜSEYNOV VÜQAR TOFİQ oğlu

20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açmışdır. 1976-cı ildə burada məktəbə getmiş və 1986-cı ildə onuncu sinfi bitirmişdir. Sonra Bakıda 14 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş, elektrik qaynaqçısı ixtisasına yiyələnmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. O, daxili qoşunlarda xidmət etmişdir. Hərbi xidmət dövründə çavuş rütbəsi almışdır. 1989-cu ildə hərbi xidmətini başa vuraraq, Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlamışdır. O, erməni qəsbkarlarının törətdikləri qatı cinayətlərə dözə bilmirdi. Ona görə də, 1990-cı ilin oktyabrında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazıldı. O, Xocalıda, Çaykənddə rəşadətlə vuruşdu, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük Şücaət və qəhrəmanlıq göstərdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olmuşdur.

1991-ci il... İyulun 20-i... Ermənilər böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücuma keçmişdilər. Vüqar Hüseynov döyüş yoldaşları ilə birlikdə sinəsini sipər elədi, düşmən geri çəkilməyə məcbur oldu. Bu, Vüqarın son döyüşü idi... O, qəhrəmancasına həlak oldu.

Subay idi.

SSRİ rəhbərliyi tərəfindən Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra “Qırmızı Ulduz” ordeni və Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Doğulduğu Daşkəsən kəndində dəfn edilmişdir. Oxuduğu kənd orta məktəbi onun adını daşıyır.


XƏBƏR LENTİ
Tramp ABŞ nümayəndə heyətinin Davosa səfərini ləğv edib 09:36
İŞİD Rusiyada 37 nəfərin ölümü ilə nəticələnən partlayışa görə məsuliyyəti üzərinə götürüb 09:34
Güclü küləyə görə metronun "Elmlər Akademiyası" stansiyasının çıxışı bağlandı 09:33
Xaləddin İsgəndərova ağır itki 09:32
17.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı 23:23
“İsrail şirin quyruğu ilə oynamamalıdır” – İranlı generaldan xəbərdarlıq 22:37
Təhsil Nazirliyinin bu idarəsi və iki institutu ləğv edildi 22:23
““İrşad Telekom”un rəhbərini öldürüblər” iddiasını doğruldan DOSYE 22:18
İran İraqla vizanı ləğv edə bilər 22:07
Bakı-Sumqayıt elektrik qatarında sürət həddi endirilib 21:25
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq" 21:12
PA-nın şöbə müdiri Fərəh Əliyeva: "Dissertasiyaların müdafiəsi prosesi sadələşdiriləcək" 20:42
Prezident İlham Əliyevdən Cəlil Məmmədquluzadə ilə bağlı SƏRƏNCAM 19:39
Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanların 2-si tutuldu, digərləri axtarılır 18:20
Prezident İlham Əliyev 3 milyon AZN ayırdı - SƏRƏNCAM 17:19
Prezident İlham Əliyev bu dövlət qurumlarını ləğv etdi - SİYAHI 16:15
Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib - RƏSMİ 15:41
Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib 15:27
Bakıda küləyin uçurduğu dayanacaqla bağlı tədbir görülüb + FOTOLAR 14:57
Baş Qərargah rəisi: İran Azərbaycanı dost və qardaş ölkə hesab edir 14:52
Türkiyənin məşhur müğənnisi Türk Təhsil Vəqfinə 250 min lirə bağışlayıb 14:48
Rayon təhsil şöbələri ləğv edilib? 14:13
Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamı ifadə verib 13:07
Bakıda sulu qar yağır, küləyin maksimal sürəti 28- 36 m/s təşkil edir - YENİLƏNİB 13:05
“Green Card” qazananların NƏZƏRİNƏ: Pentaqon sizi yoxlamadan keçirəcək 12:30
Vilayət Quliyev Macarıstanda təhsil alan azərbaycanlıların sayını AÇIQLADI 12:25
Ramil Usubov daha bir rəisin yerini dəyişdi 12:17
"İŞİD məhv edilsə də, ABŞ Suriyadan çıxmayacaq" - Vitse-prezident 12:15
Ələtdə yükqaldırma əməliyyatları dayandırıldı 12:11
2018-ci ildə Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb 11:36
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib 11:33
Cəzaları müəyyən edən yeni qanun qüvvəyə minib 11:15
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi Türkiyə vətəndaşlarının sayı məlum olub - SİYAHI 11:00
Avropada məşhur saytın rəhbəri həbs edildi - Onu 10 il həbs gözləyir 10:27
"Barselona" Türkiyə şirkətini məhkəməyə verib 09:25
ABŞ-da qətlə yetirilən azərbaycanlı iş adamı ilə bağlı RƏSMİ AÇIQLAMA 08:22
"Yuventus" "Milan"a qalib gələrək İtaliya Superkubokunun sahibi olub + VİDEO 00:28
Tbilisidə partlayış: Ölənlər var - Ölkədə matəm elan olundu 00:25
Tereza Mey hökuməti etimadsızlıq rəyi səsverməsindən qalib çıxıb 00:11