success closed Loading...

Həsən bəy Zərdabinin Axundova cavab məktubu Halva deməklə ağız şirin olmur, qolunu çirmələyib meydana gir


Bir müddət öncə Mirzə Fətəli Axundovun Həsən bəy Zərdabiyə yazdığı məktubu təqdim etmişdik. İndi isə əlimizdə H.B.Zərdabinin M.F.Axundova  yazdığı məktubdur. Məktubun üslubuna toxunmadan olduğu kimi saxlamışıq. Enter.News həmin məktubu təqdim edir: 

Ey mənim dostum Milləti-islamın təqdirən vəkili-naməlumu (məktubat fəslində çap olunan kağıza cavabdır). Sizin kağıza cabəca cavab yazmaq sonraya qalsın, indi lazım bilib ərz edirəm ki, o kağız qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salır. Əlhəqq bizim zəmanədə elmsiz qalan millət mürur ilə puç olmağı məlum və aşkardır və əgər elm təhsil etmək üçün istitaət, ittifaq, vəsilə gərək imiş və ola bilməz imiş, pəs belədə sizin kağız bəzi elm-təhsil edənlərin sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti dəxi ziyadə bisəmərə olacaq... Çünki sizin kağız onu diqqət ilə oxuyanın çoxuna belə təsir edə bilər, ona binaən bu əvvəlinci cavabımda ərz edirəm ki, iş həqiqət belə deyil. Elm-təhsil etmək Qafqaz müsəlmanları üçün elə düşvar deyil ki, siz buyurursunuz. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavannası çatan 500 adam tapılar və əgər onlardan 200-cən adam işdən xəbərdar olub, öz millətini bisəmərə olmaqdan mühafizət etmək istəyə, onlar hər ildə 20 min manat cəm edə bilər.

Ey mənim dostum, heç bilirsinizmi ki, bu məbləğ ilə nə yığmaq olar? Əvvələn, on ilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın. Saniyən, Tiflis və ya qeyri şəhərdə bir məktəbxana açmaq olar ki, hər 3 yüz ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun. Orada onlara türk, fars, ərəb dillərini öyrədib elm kitabları ilə təlim etməyi öyrədəndən sonra hər uşağı göndərən icma onu aparıb öz şəhərlərində və ya kəndlərində ildə evə bir manat vermək ilə bir məktəbxana aça bilər. Belədə tamam Qafqazın şəhərlərində və kəndlərində məktəbxana açdıra bilərik ki, ol vaxtda indikindən yaxşı müsəlman oluruq.

Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqət, bu xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük. Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizət etmək istəyirik, qəflətdə olmaq nə lazım. Yəqin deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü buna mane olir. Əzizim, bizim zəmanədə və bizim vilayətimizdə sünni, şiə sözü məhz anlamaz ağzında qalıb. Pəs, mənim dostum, halva demək ilə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çıxmalayıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz.

“Əkinçi” qəzeti, №2, 18 yanvar 1877-ci il.

Təqdim etdi: Rəşad Sahil 


XƏBƏR LENTİ
Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb 16:29
Bu gün Moskvada üçtərəfli komissiyanın iclası keçiriləcək 16:25
İqtisad Universitetinin qarşısında kütləvi dava: 2 nəfər bıçaqlandı 15:22
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçiriləcək 14:08
Vilayət Eyvazov Pakistanın müdafiə istehsalı nazirini qəbul edib 14:05
Göygöldə fizika müəllimi və cinayətkar dəstəsi tutuldu 13:57
Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür 12:56
Laçın rayonuna media-tur təşkil edilib - VİDEO 12:40
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı planlaşdırılır 12:22
Gənclər və İdman Nazirliyində yeni təyinatlar 12:19
DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilir 12:03
Nazir: Ağdam Sənaye Parkında beş layihəyə baxılır 11:30
Qəzadan sağ çıxan hərbçilər danışır - Video 11:25
Ağcabədi rayonunda qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı reyd keçirilib 11:16
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib 11:13
ABŞ səfiri Azərbaycana başsağlığı verdi 10:53
ABŞ səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib 10:22
Şəhidlərlə bu gün vida mərasimi keçiriləcək 10:10
ABŞ-də məktəbli üç şagirdi güllələyib öldürdü - Altı yaralı 10:00
Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi 09:51
Laçın rayonunun işğaldan azad olunmasından 1 il ötür 09:17
30.11.2021
DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb 16:13
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 16:13
BŞTİ: 45 nömrəli tam orta məktəb distant tədrisə keçib 16:04
Narkotik çəkib sərnişin avtobusu sürən 3 sürücü saxlanıldı 15:51
Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib 15:45
HHM bölmələrinin döyüş atışları keçirilib - VİDEO 15:35
Prezident pakistanlı naziri qəbul etdi 15:30
Sabah güclü külək olacaq 15:27
Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılacaq - Sərəncam 14:57
Azərbaycanlı hakimlər Türkiyədə VAR təlimi keçir 12:32
Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib - FOTO 12:13
Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyalarında karantin tətbiq edilən zərərverici aşkar olunub 12:12
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI 11:47
AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb 11:40
Barbados rəsmən respublika elan olundu 11:36
Pərviz Mahmudov evə buraxıldı 11:32
Polşanın paytaxtında Nizami Gəncəvinin yubileyi qeyd edilib 11:23
Alimlər: Günəşdə partlayış “internet apokalipsisi”nə gətirəcək 11:22
Daha 2 məktəbdə əyani dərslər bərpa olundu 11:11
Rəsmi Tehrandan Prezidentlərin görüşü barədə açıqlama 11:05
Polis Merilin Mensonun evində axtarış apardı 11:02
Əcnəbi qızın sevgisinə “yox” deyən azərbaycanlı həbs olunub - Video 10:50
Messi Levandovskini neçə səs qabaqlayıb? 10:14
“Google” azərbaycanlı alim Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb - FOTO 09:57
Xalq artisti reanimasiyaya yerləşdirildi 09:30