success closed Loading...

Şərqin ipək ledisi – Dariqa Nazarbayeva ilə üç görüş

icon datetime21.03.2019 10:15 icon comment icon visitor
shadow

Dariqa Nazarbayeva bu savadı, təmkini, erudisiyası, qabiliyyəti ilə prezident Nursultan Nazarbayevin yox, tutaq ki, Baybek Abenovun ailəsində doğulsaydı, bu gün Qazaxıstan parlamentinin sədri ola bilərdimi? 

Yəqin ki, ola bilməzdi. Niyəsi haqda bir az sonra.

Bəs Dariqa Nazarbayeva bu savadı, təmkini, erudisiyası, qabiliyyəti ilə Avropa ölkələrindən birində, lap uzaq ABŞ-da doğulmuş olsaydı, siyasət arenasında uğur qazana, deputat, senator, nazir, parlament sədri ola bilərdimi? 
Mühəqqəq, olardı. Bunun da niyəsi haqda yuxarıdakı “niyə”yə cavab verdikdən sonra yazarıq.

Siyasi uğurlarda ailə amili

Похожее изображение

Öncə onu deyək ki, Şərq ölkələrində məşhur, adlı-sanlı, varlı-hallı ailədə doğulmağın böyük üstünlükləri var. Belə ailələrdə böyüyən uşaqlar lap erkən çağlarından yaxşı təhsili alırlar, tətillərini başqa ölkələrdə, səyahətlərdə keçiririlər, heç vaxt “neynim, necə eləyim” sualı qarşısında qalmırlar, gözlərini açıb özlərini məşhur sənət adamlarının, qüdrətli siyasi xadimlərin əhatəsində, dövlət məsələlərinin müzakirə edildiyi ortamda görürlər və hərtərəfli yetişirlər, karyeraların ilk pillələrində ciddi himayə görürlər, yolları hamar olur.

Dariqa Nazarbayeva sadə qazax ailəsində doğulub-böyüsəydi, bütün bunlardan məhrum olardı və indiki kimi ola bilməzdi. Hansısa mərhələdə onun qarşısına kötük diyirlədərdilər və o, bugünkü mövqeyinə gəlib çıxa bilməzdi.

İndiki Dariqa Nazarbayeva rus və ingilis dillərini ana dili kimi bilən, ana dilində gözəl danışan, emosiyalarını son dərəcə ustalıqla cilovlayan və idarə edən, mədəniyyəti, sadəliyi, kübarlığı ilə diqqət çəkən bir simadır.

Şərqin ipək ledisi

Картинки по запросу dariga nazarbayeva v tribune

Söz yox, onu Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer və ya Almaniya kansleri Angela Merkel kimi “dəmir ledi” adlandırmaq olmaz, amma Dariqa Nazarbayevaya yaraşan ən yaxşı ad məhz “İpək ledi”dir. O, gerçəkdən də öz həlim xasiyyəti, mehribanlığı, pozitivliyi ilə Şərqin ipək ledisidir .

Belə bir xarizmatik siyasi persona dünyanın istənilən demokratik ölkəsində siyasi uğur qazana bilərdi – hansı təbəqədən olan ailədə doğulmasından asılı olmayaraq. Avropada belə insanların yolu xeyli açıqdır axı. Orada parlaq personanın önünə kötük diyirlətmirlər.

Bu fikirləri ona görə bu cür inamlı şəkildə yazıram ki, son 3 ildə Dariqa Nazarbayeva ilə 3 dəfə görüşmüş, ayaqüstü söhbət etmiş, onun beynəlxalq konfransın tribunasında etdiyi çıxışı canlı şəkildə izləmişəm. Dariqa Nazarbayevaya dair təəssüratım birbaşa müşahidələrimə əsaslanır.

Tribunada son dərəcə rahat və emosiyasız...

Картинки по запросу dariga nazarbayeva v tribune

Onun tribunada çıxış edərkən özünü son dərəcə rahat aparması, dediyi sözləri incələyərək, seçərək dilə gətirməsi, arada çıxışında özüylə, hətta yaşıyla bağlı zarafat etməsi tədbir iştirakçılarının hamısını heyran etmişdi.

İlk dəfə Dariqa Nazarbayevanı böyük konfrans zalında bir neçə metrliyimizdə görəndə, təbii olaraq, ona yaxınlaşmaq, sual verib, cavab almaq fikrinə düşmədik. Mühafizəçi və müşayiətçilərinin reaksiyasının necə olacağını bilmirdik. Amma bir qədər sonra fikir verdik ki, Nazarbayevin qızının, ölkənin birinci ledisi statusunda olan, baş nazirin müavini postunu tutan Dariqa xanımın yanında yalnız bir mühafizəçi, bir köməkçisi var və onlar xanım Nazarbayevaya yaxınlaşmaq, şəkil çəkdirmək, söhbət etmək istəyənlərə mane olmurlar. Heç Nazarbayeva özü də bu qədər kütlənin arasında olmaqdan rahatsız deyildi. Hər halda onunla selfi çəkdirmək istəyənlərin heç birinin qəlbini qırmadı, hər kəsin yanında dayanıb, gülümsər çöhrə ilə poza verdi.

Azərbaycan deyiləndə...

Xalid Kazimli adlı şəxsin şəkli.

Biz azərbaycanlı jurnalistlər - AzTV-nin Qazaxıstandakı xüsusi müxbiri Fadil Paşayev, İTV-nin Qazaxıstan təmsilçisi Füzui Məcidli, o vaxtkı APA-nın redaktoru Cavid İasmayıl, JTİ şirkətinin meneceri Əli Verdiyev və mən konfransın ikinci günündə, tədbirin keçirildiyi “Riksos” otelinin hücrələrinin birində oturub söhbət edərkən Dariqa Nazarbayevanın qonşuluğumuzdakı divanda oturduğunu gördük. Yenə də ətrafı qələbəlik deyildi, iki, ya üç adamla birlikdəydi. Bu dəfə ona tərəf iki addım ataraq Azərbaycandan gəldiyimizi dedik. “Azərbaycan” adı çəkiləndə onun sifəti işıqlandı, açıq-aşkar hiss olundu ki, o, ölkəmizə səmimi rəğbətlə yanaşır. Daha sonra Dariqa Nazarbayeva bizdən Astana haqqında fikirlərimizi, şəhərin xoşumuza gəlib-gəlmədiyini soruşdu. Cavab verdik və onun Bakıda olub-olmadığını soruşduq. Müsbət cavab verdi və Bakıdan xoşu gəldiyini dedi.

Sonrakı illərdə də biz eyni beynəlxalq konfransın çərçivəsində olarkən yenə üz-üzə gəldik, yenə ayaqüstü, qısa söhbət etdik, şəkil çəkdirdik. Axırıncı dəfə o, bizi, Almatıda keçirilən forumun iştirakçılarının bir qrupunu opera teatrına dəvət etdi və orada da kəlmə kəsmək imkanımız oldu.

Xalid Kazimli adlı şəxsin şəkli.

Sadə, komplekssiz, səmimi

Daha sonra Alataunun (Aladağ) ətəyində, bizim Hacıkəndə oxşayan və Goktebe (Göytəpə) adlanan gözəl bir məkanda inşa edilmiş restoranda Dariqa Nazarbayevanın qonağı olduq. O, burada konfrans iştirakçıları ilə birlikdə bir neçə növdə rəqslər etdi. Onun bu rəqsini videoya çəkənlər vardı, ancaq nə Dariqa Nazarbayeva, nə də onun yanındakı mühafizəçi bir dəfə də olsun kiməsə “çəkməyin” işarəsi vermədi.

Onun istər yerli, istərsə də əcnəbi jurnalistlərlə eyni cür səmimi, mehriban davranmasını izləmək xoş idi. 
İndi Dariqa Nazarbayeva Elbaşı titullu atasının tövsiyəsi ilə ölkəsinin ikinci böyük postuna gətirilib – parlament Senatının sədri olub.

Asiyada yetişən ikinci Benəzir

Картинки по запросу dariga nazarbayeva v tribune

Onun bu ölkənin rəhbərliyinə gələcəyini hələ üç il öncə, beynəlxalq konfransın tribunasındakı mükəmməl çıxışını izləyərkən proqnozlaşdırmış və səfər yoldaşlarıma demişdim. Razılaşanlar da olmuşdu, razılaşmayanlar da. Amma açıq şəkildə ortada idi ki, bütün bu çəkilən zəhmətlər, Avropa və Asiyanın ən məşhur siyasət adamlarının, ictimai xadimlərin, media təmsilçilərinin qatılımıyla keçirilən beynəlxalq tədbir boşuna deyil, bu, piar səciyyəsi daşıyır və xanım Nazarbayevanın beynəlxalq ictimaiyyətə təqdimatı üçün əla düşünülüb. Bu prosesin ömrü 15 ildən artıq oldu və nəhayət, daşlar yerinə oturdu.

İndi Dariqa Nazarbayevanı ölkəsinin hüdudlarından çox-çox kənarlarda, Avropa və Asiyanın bütün ölkələrində yaxşı tanıyırlar. Artıq o, təcrübəli siyasət adamı, “Şərqin ipək ledisi” kimi dövləti idarə etməyə tam hazırdır.

Qoca Şərq öz bağrında ikinci Benəzir Bhutto yetişdirməkdədir. Yeri gəlmişkən, mərhum Benəzir Bhutto da dövlət başçısının ailəsində doğulub-böyümüş, yaxşı təhsil almış, hələ gənc yaşlarından siyasi renada püxtələşmişdi.

Dariqa Nazarbayevanın bioqrafiyası

Похожее изображение

Dariqa Nursultan qızı Nazarbayeva 1963-cü ildə Qazaxıstanın Karaqanda vilayətinin Temirtau şəhərində doğulub. 20 yaşındaykən Rahat Əliyevlə ailə qurub. 2007-ci ildə cütlük boşanıb.

D.Nazarbayeva 1980-ci ilə Alma-Atada 56 saylı gimnaziyanı bitirib. 3 il Lomonosov adı MDU-da təhsil alıb. 1985-ci ildə Kirov adına Qazaxıstan Dövlət Universitetindən məzun olub. 1990-cı ildə MDU-nun aspiranturasına daxil olub və 1991-ci ildə namizədlik dissertasiyası müdafiə edib. 1998-ci ildə MDU-da doktorluq dissertasiyasını müdafiə edərək siyasi elmlər doktoru titulu qazanıb. 1994-cü ildə “Xəbər” milli

2002-ci ildən Qazaxıstan keçirilən Avrasiya mediaforumunun təsisiçisi və təşkilatçısıdır.

2015-ci ildə Qazaxıstan Respublikası baş nazirinin müavini təyin edilib.

2016-cı ildə parlament senatının deputatıdır.

Bu gündən etibarən Dariqa Nazarbayeva parlament sədri postunu tutur.

Xalid Kazımlı

Enter.News