success closed Loading...

“SpaceX” kosmosa daha 52 peyk göndərdi - Video

ABŞ-ın kosmik texnologiyaları şirkəti “SpaceX” “Falcon 9” raketi ilə kosmosa daha 52 “Starlink” peyki göndərib.

Enter.News xarici KİV-ə istinadən xəbər verir ki, “SpaceX”in məqsədi “Starlink” peyk şəbəkəsi ilə bütün dünyada yüksək sürətli internet təmin etməkdir.

2021-ci ilin 28-ci buraxılışı Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri Stansiyasından həyata keçirilib.

Orbitdəki “Starlink” peyklərinin ümumi sayı 1944-ə yüksəlib.

Bu yaxınlarda “Starlink” şirkəti bir neçə aviaşirkətin təyyarələrində peyk internet sistemlərini sınaqdan keçirməyə başladıqlarını açıqlayıb.

“SpaceX” şirkəti kosmosa peyk göndərmə anlarını canlı yayımlayıb.

https://youtu.be/q4Ed3EBx90s