success closed Loading...

Müstəqil Azərbaycanın üçüncü Baş naziri - Əli Əhməd oğlu Məsimli + DOSYE

Fəaliyyətə başladığımız gündən oxucularımızı tarixi yazılar, məktublar və maraqlı araşdırmalarla tanış edirik. 09.01.2017 tarixindən etibarən isə Enter.News 1918-ci ildən bu günə kimi olan Azərbaycanın Baş nazirləri – hər bir Baş nazir haqqında geniş və təhlil yazıları təqdim edir.

Bu o demək deyil ki, bu yazıları təqdim etməklə biz onları və onların fəaliyyətini təqdir edirik. Sadəcə olaraq bu bizim keçmişimiz  və tariximizdir. Keçmişimizi yaxşı öyrənək ki, gələcəkdə oxşar səhvlər buraxmayaq…

İndi təqdim etdiyimiz şəxs isə 1993-cü il yanvarın 26-dan aprelin 28-ə qədər Baş nazirin səlahiyyətlərini icra edən Əli Əhməd oğlu Məsimlidir.

(Müstəqil Azərbaycanın ikinci Baş naziri haqqında bu linkdən oxuyun)

Əli Əhməd oğlu Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olub. 1970-ci ildə Şəki şəhər 2 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olub. 1975-ci ildə həmin institutun Ümumiqtisad fakültəsini bitirib və Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1975-1976-cı illərdə Qazaxıstanın Taldı-Kurqan vilayətinin Üç-Aral qəsəbəsində hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra aspirantura təhsilini əvvəlcə Bakıda, 1979-1980-ci illərdə isə Moskvada SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda davam etdirib. Aspiranturanı bitirib Bakıya qayıtdıqdan sonra Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1980-1991-ci illərdə İqtisadiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. “Məhsulun keyfiyyətinin stimullaşdırılması” mövzusunda dissertasiya işi müdafiə edərək 1985-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 

news-detail

1991-ci ilin dekabrından 1993-cü ilin iyununa qədər dövlət-hakimiyyət orqanlarında fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezident Aparatında iqtisadi məsələlər üzrə koordinasiya bölməsinin müdiri, Azərbaycan Xarici İnvestisiyalar Komitəsinin sədri, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, baş nazirin səlahiyyətlərinin icraçısı, baş nazirin islahatlar üzrə birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Əli Məsimli 1993-cü il yanvarın 26-dan aprelin 28-ə qədər baş nazirin səlahiyyətlərini icra edib. Baş nazirin səlahiyyətlərini icra etdiyi zaman kəsiyində nəzərə çarpan bir sıra cəhətlər olmuşdur.

Əli Məsimli həmin müddət ərzində “Azərbaycanın iqtisadi tərəqqi proqramı”nın və “Nazirlər Kabinetinin fəaliyyətinin əsas istiqamətləri”nin müəllifi olmuşdur. Onun iştirakı və rəhbərliyi ilə “İqtisadi böhrana qarşı tədbirlər proqramı”, “Sosial proseslərin tənzimlənməsi proqramı”, “Azərbaycanın regional inkişafı proqramı” və s. sənədlər hazırlanıb. Ümumiyyətlə, 1990-1993-cü illər ərzində Əli Məsimli “Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası”, “Aqrar islahatlar proqramı” və s. bu kimi konsepsiya, proqram və digər sənədlərin, eləcə də 30-dan artıq qanun layihəsinin hazırlanmasında bilavasitə iştirak edib.

Nazirlər Kabinetinin strukturunun bazar münasibətlərinin tələblərinə uyğun surətdə təkmilləşdirilməsi, idarəetmədə sahə prinsipindən funksional prinsipə keçid, Kabinetdə çalışanların orta yaş dərəcəsinin əsaslı surətdə aşağı salınması, elmi dərəcəsi olan kadrların irəli çəkilməsi və s. tədbirlərin köməyi ilə Kabinetin fəaliyyətinin yenidən qurulması, şəffaflığının artırılması istiqamətində səylər göstərilib.

Həmin dövrdə Nazirlər Kabinetinin qərarları içərisində iqtisadi islahatların reallaşdırılması mexanizminin formalaşdırılması istiqamətində qəbul edilən qərarlar xüsusi yer tutur. Belə ki, Nazirlər Kabineti 1993-cü il yanvarın 29-da “Azərbaycan Respublikasında əsas fondların yenidən qiymətləndirilməsi haqqında” 57 saylı, eləcə də “Azərbaycan Respublikası sahibkarlığa kömək milli fondu vəsaitlərinin formalaşması və bölüşdürülməsi qaydası haqqında əsasnamənin təsdiq edilməsi barədə” 1 fevral 1993-cü il tarixli 61 saylı qərar qəbul edib. Həmin qərarların qəbul edilməsi özəlləşdirmə və sahibkarlığın inkişafı üçün zəruri olan normativ aktların reallaşma mexanizminin yaradılması baxımından əhəmiyyətli addımlar idi. 

news-detail

Əli Məsimlinin baş nazir kimi fəaliyyət göstərdiyi dövrdə qəbul edilən qərarlar içərisində sosial proseslərin tənzimlənməsinə dair sənədlər mühüm əhəmiyyət kəsb edir. Onların arasında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təşkili və sisteminin strukturu haqqında” 15 fevral 1993-cü il (№ 8) tarixli və “Qaçqınlara və məcburi köçkünlərə yardım fondunun yaradılması haqqında” 23 fevral 1993-cü il (№ 116) tarixli qərarları xüsusi yer tutur.

Nazirlər Kabinetinin 23 fevral 1993-cü il (№ 121) tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında dövlətlərarası iqtisadi münasibətlərin əlaqələndirilməsi komissiyası yaradıldı. Komissiyanın tərkibi baş nazirin birinci müavinləri, müavinləri, Azərbaycanın Rusiyadakı səfiri, nazirlər, baş idarələrin, iri istehsal komplekslərinin rəhbərliyindən ibarət idi. Komissiyanın əsas məqsədi Azərbaycanın nazirliklərinin, baş idarələrinin, müəssisə və təşkilatların Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr, eləcə də Gürcüstan (o vaxt MDB üzvü deyildi) və Baltikyanı dövlətlərin müəssisələri ilə dövlət iqtisadi əlaqələrinin səmərəliliyini, etibarlığını və sabitliyinin artırılmasını təmin etmək idi. Nazirlər Kabinetinin 17 fevral 1993-cü il (№ 109) tarixli qərarı ilə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında sərbəst ticarət haqqında saziş təsdiq edildi. Nazirlər Kabinetinin həmin qərarı ilə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında sərbəst ticarət haqqında 1992-ci il 30 sentyabr tarixli saziş və ona aid sərbəst ticarət rejimindən istisnalar barədə 1992-ci il 20 sentyabr və 30 dekabr tarixli protokollar təsdiq edildi.

news-detail

1993-cü ilin martında Azərbaycan Respublikasının baş naziri kimi Əli Məsimli Qazaxıstan, Qırğızıstan və Özbəkistana səfər etmişdir. Fevralın 24-də Qazaxıstanın o zamankı paytaxtı Alma-Ata şəhərində, fevralın 25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində, fevralın 26-da Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan hökuməti ilə həmin ölkələrin hökumətləri arasında saziş imzalandı.

1992-1993-cü illər bütün postsovet məkanında iqtisadi böhranın tüğyan etdiyi kulminasiya nöqtəsi hesab olunur.

Əli Məsimli 1993-cü ilin iyununda baş nazirin islahatlar üzrə birinci müavini və iqtisadiyyat naziri vəzifələrindən çıxıb. O, iqtisadiyyatın aktual problemlərinə dair 1200-dən artıq elmi-nəzəri və elmi-kütləvi çalışmaların, məqalələrin və şərhlərin müəllifdir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, Rusiya, Türkiyə və digər ölkələrdə çap olunub. Əli Məsimlinin tədqiqatlarında iqtisadiyyatın makroiqtisadi cəhətdən tənzimlənməsinin aktual problemləri, neft və inkişaf, neftdənkənar sahələrin üstün inkişafının zəruriliyi məsələləri, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, struktur islahatları, özəlləşdirmənin alternativ konsepsiyası, sahibkarlığın inkişafı və sosial proseslərin həllinin sürətləndirilməsi məsələləri xüsusi yer tutur. Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Yaponiyada, Türkiyədə, Bolqarıstanda, Malayziyada və s. ölkələrdə “İslahatlar və inkişaf”, “Azərbaycan: dünən, bu gün, sabah”, “Özəlləşdirmənin reallıqları və perspektivləri”, qloballaşma şəraitində inteqrasiyanın və regional əməkdaşlığın perspektivləri və s. bu kimi məsələlərə dair məruzələr edib.

Ə.Məsimli eyni zamanda siyasi fəaliyyətlə məşğul olmuş və partiya yaratmışdır. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür.

P.S. Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Cavid Hüseynovun həmmüəllifi olduqları “Azərbaycanın baş nazirləri” kitabından götürülüb. 


XƏBƏR LENTİ
Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb 16:29
Bu gün Moskvada üçtərəfli komissiyanın iclası keçiriləcək 16:25
İqtisad Universitetinin qarşısında kütləvi dava: 2 nəfər bıçaqlandı 15:22
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçiriləcək 14:08
Vilayət Eyvazov Pakistanın müdafiə istehsalı nazirini qəbul edib 14:05
Göygöldə fizika müəllimi və cinayətkar dəstəsi tutuldu 13:57
Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür 12:56
Laçın rayonuna media-tur təşkil edilib - VİDEO 12:40
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı planlaşdırılır 12:22
Gənclər və İdman Nazirliyində yeni təyinatlar 12:19
DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilir 12:03
Nazir: Ağdam Sənaye Parkında beş layihəyə baxılır 11:30
Qəzadan sağ çıxan hərbçilər danışır - Video 11:25
Ağcabədi rayonunda qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı reyd keçirilib 11:16
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib 11:13
ABŞ səfiri Azərbaycana başsağlığı verdi 10:53
ABŞ səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib 10:22
Şəhidlərlə bu gün vida mərasimi keçiriləcək 10:10
ABŞ-də məktəbli üç şagirdi güllələyib öldürdü - Altı yaralı 10:00
Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi 09:51
Laçın rayonunun işğaldan azad olunmasından 1 il ötür 09:17
30.11.2021
DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb 16:13
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 16:13
BŞTİ: 45 nömrəli tam orta məktəb distant tədrisə keçib 16:04
Narkotik çəkib sərnişin avtobusu sürən 3 sürücü saxlanıldı 15:51
Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib 15:45
HHM bölmələrinin döyüş atışları keçirilib - VİDEO 15:35
Prezident pakistanlı naziri qəbul etdi 15:30
Sabah güclü külək olacaq 15:27
Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılacaq - Sərəncam 14:57
Azərbaycanlı hakimlər Türkiyədə VAR təlimi keçir 12:32
Paytaxtda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib - FOTO 12:13
Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyalarında karantin tətbiq edilən zərərverici aşkar olunub 12:12
BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI 11:47
AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb 11:40
Barbados rəsmən respublika elan olundu 11:36
Pərviz Mahmudov evə buraxıldı 11:32
Polşanın paytaxtında Nizami Gəncəvinin yubileyi qeyd edilib 11:23
Alimlər: Günəşdə partlayış “internet apokalipsisi”nə gətirəcək 11:22
Daha 2 məktəbdə əyani dərslər bərpa olundu 11:11
Rəsmi Tehrandan Prezidentlərin görüşü barədə açıqlama 11:05
Polis Merilin Mensonun evində axtarış apardı 11:02
Əcnəbi qızın sevgisinə “yox” deyən azərbaycanlı həbs olunub - Video 10:50
Messi Levandovskini neçə səs qabaqlayıb? 10:14
“Google” azərbaycanlı alim Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb - FOTO 09:57
Xalq artisti reanimasiyaya yerləşdirildi 09:30