success closed Loading...

Əflatun Amaşov: “Dövlət yardımının internet mediasının durumunu yaxşılaşdıracağı qənaətindəyəm” MÜSAHİBƏ

 

Enter.News Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun APA-ya müsahibəsini təqdim edir

“Böhran media bazarına da təsirsiz ötüşmədi”

- Əflatun müəllim, 2016-cı il Azərbaycan mediası üçün hansı məqamlarla yaddaqalandır?

- 2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan olmadı. Böhran media bazarına da təsirsiz ötüşmədi, hərçənd pozitiv məqamları da az deyil.

“Media böhran şəraitində ayaqda qala bildi”

Azərbaycan 20 ilə yaxın idi ki, belə vəziyyətlə üzləşməmişdi, jurnalistikamız da həmçinin. Amma ümumən, mediamız böhran şəraitində ayaqda qala bildi. Belə bir immunitetin olması vacibdir. Demək ki, vəziyyətə adekvat reaksiya formalaşıb. Bu, sevindirici haldır.

Digər pozitiv cəhət Azərbaycan mediasında monolitliyin müşahidə edilməsidir. Söhbət «aprel müharibəsi» zamanı ortaya qoyulan mövqedən gedir. Bu mövqenin dövlətçilik maraqları ilə uzlaşmasını xüsusi vurğulamaq lazımdır. Media orqanlarımız əksəriyyət etibarilə ucuz sensasiya dalınca qaçmadı. Müdafiə Nazirliyinin informasiya verilməsinə məsul struktur bölməsi ilə işlərini koordinasiya edilmiş şəkildə qurdu. Cəmiyyətə vətənpərvərlik hissini kifayət qədər dolğun aşıladı. Bir sözlə, onlar ictimai rəyi düzgün şəkildə yönləndirən monolit komanda kimi çıxış etdi. Cəbhə xəttində əvvəlki illərdə yaşanmış gərginliklər zamanı biz bu peşəkarlıq nümayişini az-az görmüşdük. Hətta aşkar problemlər də var idi. Amma bu dəfə vəziyyət müsbətə doğru çox dəyişdi. Hesab edirəm ki, əldə edilən nəticə nikbinliyə əsas verir.

Azərbaycan jurnalistləri sentyabrda keçirilmiş ümumxalq səsverməsinin - Referendumun, eləcə də prosesə hazırlıq dövrünün işıqlandırılmasında da yaxından iştirak edərək vahid mövqe nümayişi ilə yadda qaldılar. Öz işlərinə kifayət qədər peşəkar yanaşdılar. Artıq qətiyyətlə demək olar ki, mediamızın seçki, referendum kimi taleyüklü hadisələri vətəndaşlarımıza çatdırmasında ənənə formalaşıb. Bu ənənə obyektivliyə, dəqiqliyə, qərəzsizliyə əsaslanan peşəkarlıq nümayişi ilə bağlıdır.

2016-cı il Azərbaycanın ictimai fikir tarixində mühüm rol oynamış «Kaspi» qəzetinin 135 yaşı tamam oldu. Nəşrin yubileyinin yüksək səviyyədə keçirilməsini milli mətbuatımızın ənənələrinə verilən dəyər kimi qiymətləndirirəm. Hesab edirəm ki, yubileyin qeyd edilməsi ümumilikdə cəmiyyətimizin mətbuatın missiyasına həssas yanaşma tərzini daha da gücləndirmək baxımından vacib idi.

Yola salmaqda olduğumuz ildə Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresi kimi mötəbər hadisəyə ev sahibliyini həyata keçirdi. Bu, ölkəmizin dünyadakı nüfuzu baxımından mühüm hadisə idi. Prezident İlham Əliyevin tədbirdəki dolğun və məzmunlu çıxışı, söz və ifadə azadlığı ilə bağlı səsləndirdiyi məqamlar Azərbaycanın dünyaya çağırışı kimi qəbul edildi. Ölkəmiz media sahəsindəki beynəlxalq miqyaslı toplantılara layiqli ev sahibliyi imicini bir daha nümayiş etdirdi.

- 2016-cı ili rəhbərlik etdiyiniz Azərbaycan Mətbuat Şurasının fəaliyyəti baxımından necə dəyərləndirərdiniz?

- Mətbuat Şurası özünün Nizamnamə tələblərinə uyğun fəaliyyət göstərdi. İş proseduru dəyişməz qaldı. Şikayətlərin araşdırılması, qərar və rəylərin qəbulu, müxtəlif tematik tədbirlərin, anım və yubiley toplantılarının, təqdimatların, birgə müsabiqələrin təşkili - hesab edirəm ki, ortada kifayət qədər dolğun mənzərə var. Mən bu barədə geniş danışmaq istəmirəm. Çünki Mətbuat Şurasının 2016-cı ildə gördüyü işlərə dair hesabatı olacaq.

Ümumən onu deyə bilərəm ki, Şuranın İdarə Heyətinin üzvləri bir sıra beynəlxalq miqyaslı nüfuzlu tədbirlərə qatıldılar, ölkəmizin media cameəsini layiqli şəkildə təmsil etdilər.

Mətbuat Şurası Türk Dünyası Sənədli Filmlər Festivalının Azərbaycan üzrə təşkilatçılığını öz üzərinə götürdü. Bildiyiniz kimi, ölkəmizdən də festivalda iştirak edənlər və mükafata layiq yer tutanlar oldu. Şura Bakı Dövlət Universiteti ilə birlikdə həmin laureatların təltifi ilə bağlı geniş toplantı təşkil etdi.

Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə reallaşdırdığı «İfadə azadlığı və media azadlığı» layihəsinin də uğurlu alındığı qənaətindəyəm. Layihə çərçivəsində biz jurnalist peşəkarlığının müxtəlif istiqamətlərinə, diffamasiya məsələlərinə bir daha nəzər yetirdik. Ayrıca Azərbaycan jurnalistlərinin bir qrupunun Strasburqa səfəri gerçəkləşdi. Onlar Avropa Şurasının institutlarında təlimlər keçmək imkanı əldə etdilər, öz bilik və bacarıqlarını təkmilləşdirdilər.

9 noyabr 2016-cı il tarixdə Tehranda Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında anlaşma memorandumu imzalandı. Sənədin İranın və Azərbaycanın kütləvi informasiya vasitələri, ümumən hər iki ölkənin media cameəsi arasında münasibətlərin yeni dinamikasını müəyyənləşdirəcəyinə tam əminəm. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərinin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb. Bütün bunlar son dərəcə vacibdir. Ümumən hesab edirəm ki, noyabrın 4-dən 10-dək Tehrana səfərim çərçivəsində keçirdiyim görüşlər qarşılıqlı əməkdaşlığımızın möhkəmlənməsi üçün kifayət qədər pozitiv məqamlarla yadda qaldı.

“Media iqtisadi cəhətdən hələ də özünü təsdiqləyə bilməyib”

- Sizcə, Azərbaycan mediasının hansı problemləri 2017-ci ilə daşınır. Bu istiqamətdə hansı xarakterik cəhətləri vurğulamaq mümkündür.

- Medianın iqtisadi cəhətdən özünü təsdiqləyə bilməməsi hələ də problem kimi qalmaqdadır. Düzdür, dövlətimiz bu sahədəki çətinliklərin aradan qaldırılmasını öz üzərinə götürüb. Həyata keçirilən tədbirlər göz önündədir. Amma medianın özü də təşəbbüslərlə çıxış etməlidir.

Az əvvəl peşəkarlıqla bağlı müsbət meyllərə nəzər saldım. Ancaq bütün bunlar yetərli deyil. Biz dünya mediasına inteqrasiya etməyi düşünürüksə, daha peşəkar olmalıyıq. İlk növbədə jurnalistlərimiz xarici dil biliklərinə yiyələnməlidirlər. Düşünürəm ki, məsələyə sistemli yanaşmağa ehtiyac var. Çünki informasiya işi ümumən ölkənin milli təhlükəsizliyi qədər vacib məsələ kimi qarşıya qoyulduğundan bu işi həyata keçirənlərin tam hazırlıqlı olmaları şərtdir.

Mediamızın, xüsusən də çap mediasının və internet saytların reklam məsələsi də aktuallığını saxlamaqdadır. Burada həmin kütləvi informasiya vasitələri ilə sahibkarların marağının uzlaşdırılmasına ehtiyac var. Mövcud istiqamətdə də sistemli iş aparılmalıdır.

“Jurnalist adından sui-istifadələr hələ də qalmaqdadır”

Jurnalist adından sui-istifadələr hələ də qalmaqdadır. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyatlar nəticəsində bəzi KİV rəhbərlərinin və onlara yaxın şəxslərin saxlanılmalarının yaratdığı mənzərə bunu deməyə əsas verir. Mətbuat Şurası hər zaman belə neqativ hallara qarşı mübarizə aparıb. Təəssüf ki, qurumun ictimai qınaq tədbirindən nəticə çıxarmayanlar yenə də var. Media ictimaiyyəti olaraq adımıza ləkə gətirən bu sayaq mənfi təmayüllərin aradan qaldırılmasında maraqlı olmalıyıq və daha çox çalışmalıyıq.

- Əflatun müəllim, 2017-ci il üçün media gözləntilərinizi bilmək maraqlı olardı.

- Əlbəttə, ilk gözləntim cənab Prezidentin sərəncamı əsasında inşa edilmiş binanın jurnalistlərin ixtiyarına verilməsidir. Bu, təkcə mənim deyil, bütövlükdə həmkarlarımızın hər birinin arzusudur. Uzun müddət kirayə həyatı keçirmiş biri kimi evsizliyin nə olduğunu gözəl bilirəm. Tanrı haqqı çatan hər kəsi arzusuna qovuşdursun. Düşünürəm ki, Azərbaycan dövlətinin jurnalistikamızla bağlı bu sayaq diqqət və qayğı nümunəsi davamlı olacaq.

“İnternet mediasının potensialı böyükdür”

Milli Məclisdəki çıxışlarımda da internet medianın dövlət tərəfindən maliyyələşməsinin vacibliyini bildirmişəm. Gözləntim budur ki, nəhayət 2017-ci ildə biz bu prosesə başlayaq. Çünki internet medianın potensialı böyükdür. Bu potensialdan «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın istiqamətlərinə uyğun faydalanmaq son dərəcə zəruridir. Digər tərəfdən, dövlət yardımının bu sahədə çalışan həmkarlarımızın sosial vəziyyətini, KİV-lərin maddi-texniki durumunu yaxşılaşdıracağı qənaətindəyəm. Zənnimcə, KİV-lərə Əlavə Dəyər Vergisi tətbiqinin ləğvinin yenidən şahidi olacağıq.

Daha bir mühüm gözləntim informasiya təhlükəsizliyi konsepsiyası ilə bağlıdır. Əlbəttə, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası var. Sənəd kifayət qədər təkmildir. Orada informasiya təhlükəsizliyi ilə bağlı məqamlar da yer alıb. Ancaq məsələyə daha fundamental yanaşmağa ehtiyac var. Çünki informasiya təhlükəsizliyi yalnız milli təhlükəsizliyin bir elementi kimi qəbul edilməməlidir. Bu, özü ayrılıqda bir sahədir. Arzu edərdim ki, 2017-ci ildə informasiya təhlükəsizliyi konsepsiyası qəbul edilsin.

Fürsətdən istifadə edib jurnalist həmkarlarımı qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə indidən təbrik edir, onların hər birinə möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.


XƏBƏR LENTİ
Prezident onları təltif etdi - ADLAR 18:10
Prezident İlham Əliyev yol tikintisi üçün maliyyə vəsaiti ayırdı 18:00
Prezident İlham Əliyev 3 milyon manat ayırdı 17:50
SON DƏQİQƏ! London metrosunda partlayış - Təxliyə gedir + FOTO 16:25
"Azəravtoyol" sürücülərə xəbərdarlıq etdi + FOTOLAR 15:20
İş adamının arvadına hökm oxundu 14:45
Prezident: “Ermənistanın danışıqların imitasiyasının dayandırılması üçün əlimdən gələni edirəm” + YENİLƏNİB 14:25
Bəzi ömürlük məhbusların cəzası 10 il azadlıqdan məhrumetmə ilə əvəzlənə bilər 14:00
Bakıda saxlanılan cinsi azlıqlardan 16 nəfərində QİÇS və sifilis aşkarlandı - DİN 13:38
"İtaliya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir" - Səfir 13:23
Ağsu Xəstəxanasından azyaşlı uşağa gips qoyulması ilə bağlı AÇIQLAMA 13:06
Bugünkü hərracda dollar ucuzlaşdı 12:50
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ 12:35
Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutuldu 12:20
Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrini qəbul edib + YENİLƏNİB 12:00
Baş nazirin müavini: "Akif Əlinin cəzalandırılması mənlik deyil” 11:40
ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 30 milyon dollar yardım etdi 11:20
Azərbaycan prezidenti Angela Merkeli təbrik etdi 11:00
Bakıda 10 yaşlı oğlan itkin düşdü 10:30
Cəlil Məmmədquluzadə 35 yaşında olarkən yazdığı məktub - Ağlım kəsmir camaat oxusun 10:00
Mərkəzi Kəşfiyyat İdarəsinin təşkil etdiyi yeddi dövlət çevrilişi 09:00
Çində "WhatsApp" bağlandı 08:40
"Eurovision 2017"-nin qalibi ölüm ayağındadır + VİDEO 08:20
İraq və Türkiyə hərbçiləri sərhəddə birgə təlimlər keçirirlər 08:00
Cəlilabadda ildırım düşən mağaza yandı 07:28
Bir yaşlı uşaq anası özünü asdı 06:25
Azərbaycanlı idmançı İngiltərədə təşkilat yaratdı 05:21
Bu meyvə ilə ömür yükünüzü çəkən ÜRƏYİNİZİ SEVİNDİRİN 04:17
Azərbaycanın qadın atleti Avropa çempionu oldu 03:13
42 yaşında 20-ci dəfə ana oldu 02:30
İlanlar haqqında bilmədiyiniz 15 FAKT 02:04
Uşaqlara geyindirilən ortopedik ayaqqabılarla bağlı XƏBƏRDARLIQ - "Bu onlar üçün sadəcə ağır yükdür" 01:38
Dabandakı çatlar bu ciddi xəstəliklərin başlanğıcıdır 01:19
Qarağat satan qız dünyanın qalib qadınına necə çevrildi – Merkel haqda maraqlı bilgilər... 00:59
Türkiyədə növbəti dəhşət - Terrorçular avtobusu atəşə tutub: 3 ölü, 6 yaralı 00:34
Səhiyyə naziri Oqtay Şirəliyev Yusif Quliyevə yüksək vəzifə verdi 00:29
Voleybol üzrə Avropa çempionatının dördüncü günü - NƏTİCƏLƏR və TƏQVİM 00:19
6 yaşlı “Kalkulyator insan” - Ruslan Səfərov Rusiyanı heyrətləndirdi + VİDEO 00:01
25.09.2017
Brent markalı neftin qiyməti iki ildən sonra ilk dəfə 59 dolları ötüb 23:48
Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Minarə Məmmədova qəfil dünyasını dəyişdi + FOTO 23:38
Dünyanın ən bahalı brendləri açıqlanıb - SİYAHI 23:20
”Məzhəbçilik böyük bir fitnədir” - Bəkir Bozdağ 23:13
Dünyanın 10 ən yaxşı muzeyi - SİYAHI 23:05
Səlim Bayramov "laqonda" ilə ayağını doğradı 22:40
Millət vəkili Fuad Muradovdan tələbələrlə bağlı YENİ TƏKLİF 22:20
Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxır + FOTOLAR + YENİLƏNİB 22:02
İraq Kürdüstanında səsvermə başa çatdı 21:29
Milli Məclisin payız sessiyasında ilk iclasının vaxtı və gündəliyi müəyyənləşib 21:14
Kərkükdə fövqəladə vəziyyət elan olundu 21:00
Azərbaycan milli komandası dörddəbir finala yüksəldi 20:50
İraq Kərkükə qoşun yeridəcək 20:42
İlham Əliyevdən Heydər Əsədovla bağlı SƏRƏNCAM 20:29
Hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə ilə bağlı DƏYİŞİKLİK 20:19
İraqda referendumda iştirak edən məmurlar işdən çıxarılacaq 20:05
Cəlilabadda iki uşaq atası özünü asdı 19:57
I qrup əlillər və hərbi qulluqçularla bağlı YENİLİK 19:26
Bakı metrosu "Qarabağ" - "Roma" oyunu ilə bağlı gücləndirilmiş rejimə keçəcək 19:10
Müdafiə naziri Belarusa səfər edəcək 18:55
Prezident İlham Əliyevdən SƏRƏNCAM 18:40
“Qarabağ” - “Roma” oyununun tamaşaçıları ekspress avtobuslarla pulsuz daşınacaq 18:26
Prezident İlham Əliyev yol tikintisinə 21,5 milyon manat ayırdı 18:12
İlham Əliyev Sinqapurun yeni Prezidentini təbrik etdi 17:58
Ərdoğanın bəyanatı neftin qiymətini 8 aylıq maksimuma yaxınlaşdırıb 17:43
"Royal Bank"ın vəzifəli şəxsləri barəsində yenidən cinayət işi başlanıb 17:42
Azərbaycanda yeni tikilən pullu yolla bağlı SON XƏBƏR - Hər kilometri üçün ödəniş 7 qəpik olacaq 17:36
Mövlud Çavuşoğlu İraqın kürd muxtariyyətində keçirilən seçkilərdən danışdı: "Səddam Hüseynin dönəmində..." 17:26
Sabah Azərbaycanda manatın məzənnəsi necə olacaq? 17:14
İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT + YENİLƏNİB 16:56
Ərdoğan və Putin sentyabrın 28-də görüşəcək - Türkiyədə 16:52
Metroda dəhşətli yanğın olub + FOTOLAR 16:42
Muğanlı-İsmayıllı yolu yenidən qurulur - Sürüşmə yerlərində bərkitmə işləri aparılır + FOTOLAR 16:35
Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub 16:33
Azərbaycanda cinayət törədən yeniyetmələr üçün yeni cəza növü müəyyənləşdirilir 16:30
Rusiyanın dünya çempionunu öldürən Anar Allahverənovun həbs görüntüləri yayıldı + VİDEO 16:28
Azərbaycanın bu rayonunda badam əkini təsərrüfatı yaradılacaq 16:26
Bakıda "BP Azərbaycan" şirkətinin ofisində yanğın olub + YENİLƏNİB 16:21
Bakıdakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi 16:19
Ermənistan rəhbərliyi orduda neqativ halların olmasında maraqlıdır: 2 erməni əsgər güllələnib 16:16
“Skype”ın işində qüsurlar yaranıb 16:14
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir 16:12
Baş nazirin müavini: Türkiyə-Azərbaycan münasibətləri İslam dünyası üçün nümunədir 16:10
Ermənistanda zavodda partlayış oldu - yaralananlar var 16:05
Samuxda yük maşını 77 yaşlı qadını vuraraq öldürdü 16:00
Türkiyə-Aİ münasibətləri teatr oyununa çevrilib - Ərdoğan 15:54
Allahşükür Paşazadə: “Azərbaycan İraqın şimalında keçirilən referenduma qarşıdır” + FOTOLAR 15:45
“Qarabağ” - “Roma” matçının hakimləri bəlli oldu 15:32
Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var” 15:17
Dünyanın ən ağır çəkili qadını vəfat etdi 15:02
Azərbaycan prezidenti: “İslam adı altında gizlənən qüvvələrin terroru müsəlmanlara qarşı ən böyük haqsızlıqdır” 14:47
Ömürlük məhbusların şərti azadlığa buraxılması üçün yeni güzəştlər tətbiq edilir 14:31
Bakı metrosunda cinayət - Girişdə gənc oğlanı bıçaqladılar 14:15
Qəbiristanlıqda oğurluq 14:00
Yevlaxda silahlı insident olub - 4 nəfər saxlanıldı 13:46
DİQQƏT! Yalnız buraxılış imtahanlarının nəticələri nəzərə alınmayacaq 13:14
"5 il ərzində müvafiq krediti toplaya bilməyən tibb işçilərinin fəaliyyəti dayandırılacaq" - Nazirlik + FOTOLAR 12:54
Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq 12:37
Azərbaycanda narkomanlar cinayət məsuliyyətindən azad olunur 12:23
Azərbaycanda yeni cəza növü tətbiq edilir 12:18
Təzə ildə Bakıda yeni metrostansiya açılacaq 12:03
Bakıda baş həkim vəfat etdi 11:48
Bir neçə rayonda içməli su kəsiləcək 11:32
Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddəsi sərtləşdirilir 11:16
Türkiyə İraqla sərhədi bağladı 10:55
Bakıda 48 yaşlı kişi özünü öldürüb 10:47
Türkiyədə kütləvi etirazlar davam edir - Ərbildəki referenduma görə 10:33
"Qazprom" Azərbaycanda nümayəndəlik açır 10:19
İraqdakı konsulumuz İŞİD-dən xilas edilən azərbaycanlı uşaqla görüşdü 10:10
Türkiyə XİN-dən İraq Kürdüstanında referendum keçirilməsi ilə bağlı BƏYANAT 10:05
İraq Kürdüstanında səsvermə başlayıb 10:01
Hürrəmilərin inkar etdiyi “haramlar” - Onların ibadət tərzi ilə bağlı tarixi mənbələr... 10:00
Cabir Abdullayev işinə geri qaytarıldı 09:52
Ermənistanın Kürdüstan planları açıqlandı 09:41
Bu gün Azərbaycanda 100 dollar neçə manatdır? - RƏSMİ MƏZƏNNƏ 09:30
Azərbaycanda energetik içkilərin satışı qadağan edilir - Yol qəzalarına səbəb olurmuş - ARAŞDIRMA 09:13
Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı - Bu ölkələrin vətəndaşlarının girişinə məhdudiyyət qoyuldu 08:55
Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlanıb + YENİLƏNİB 08:38
Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam - İllərlə yanlış dolaşan məlumat 07:35
Əgər ovcunuzda bu xətt varsa... - DİQQƏT 06:20
Qatıq və qarabaşaq qarışığı, sağlamlıq üçün UNİKAL VASİTƏ 05:40
Tibbi bankalar haqqında həqiqət 04:15
Saçları ağaranlara TƏBİİ ÜSUL: soğanı iki yerə bölün... 03:38
Keçibuynuzu bitkisinin unikal müalicə xüsusiyyətləri 02:41
Burun əti uşağı kar edə bilər - VALİDEYNLƏR, DİQQƏTLİ OLUN! 02:02
Xəbərdarlıq etmədən İraqa girəcəyik - İran 01:30
Poroşenko Merkeli təbrik etdi 01:06
Tut yarpağının MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ 00:28