success closed Loading...

Rəşad Sadıqov: "Mənə ləkə yaxanların hamısı axirətdə cavab verəcək" - MÜSAHİBƏ


2016-cı ilin ən yaxşı futbolçusu Rəşad Sadıqovun "Report"a müsahibəsi

"Qismət olsun, Kəlbəcərə bayrağımızı mən asım"

- Artıq 34 yaşınız var. İnsan həyatı enişli-yoxuşlu olur. Rəşad Sadıqovun həyatında eniş daha çox olub, yoxsa yoxuş?

- Təbii ki, hamısı paralel olub. Enişdən danışırıqsa, ora düşmək üçün mütləq yoxuşda olmalısan. Yoxuşdan danışırıqsa, qalxmaq üçün enişdə olmalısan. Yəni, həm enişli, həm də yoxuşlu dövrümüz olub. Bu, təkcə idmanda yox, həyatda da müşahidə olunur. Həyatımız bir gün pis, bir gün yaxşı, qəmli, sevincli olur. Bu da normaldır. Həyatın qanunu belədir. Futbol karyeramda belə hallar çox olub.

- Şəxsi həyatınızdan danışaq. Əslən hazırda işğal altında olan Kəlbəcərdənsiniz. O ağrılı-acılı illəri, müharibə dövrünü necə keçirmisiniz?

- Özüm Bakıda doğulmuşam. Ailəmiz, babamgil 1960-cı illərdən Bakıya köçüb. Amma əslimiz, qohum-əqrabamız Kəlbəcərdən olub. Yayda gedib orada istirahət edirdik. Həmin vaxt uşaq da olsam, xatirələrim qalıb. O dövrlər bizim üçün çox ağır idi. Hər gün zənglər gəlirdi, kimsə ölürdü, hansısa rayon işğal olunurdu. Bu günə qədər yadımdadır: zəng olundu ki, Xocalı hadisələri baş verdi, Kəlbəcər getdi. O vaxt çox şeyi dərk etməsəm də, uşaq olmasam da, indi başa düşürəm ki, onlar həyatımın ən ağır günləri idi. Yaxınlarını itirirsən, torpaqlarını itirirsən. Həmin anlar mənim də, Azərbaycanımızın da ən ağır günləri idi. Kəlbəcər gedəndə 10 yaşım vardı. İşğal altındakı rayonlarımızı itirərkən, 10 - 11 yaşımda olmuşam.

- Həmin vaxtı qohumlarınız rayondan köçməyə başlayırdı yəqin...

- Hə. Bir müddət çoxlu insan evimizdə yaşadı. Çünki həmin vaxt Bakıda yaşayan kəlbəcərlilər az idi.

- Hansı kənd idi?

- Biz Kəlbəcərin özündən idik.

- Deyirlər, oraların camaatı yaxşı dolanıb, həm də rayonun özü istirahət üçün yaxşı məkan olub...

- Mən oralara gedəndə uşaq idim. Çəmənlikdə qaçdığım, dağa getməyim, toyuq-cücə ilə oynadığım yadımdadır. Belə dövrlər idi. Kəlbəcərlilərin xüsusiyyəti haqda onu deyə bilərəm ki, çox qonaqpərvər, mehriban, zəhmətkeş olurlar. Bunlar əsas xüsusiyyətləridir. Həmişə Allaha dua edirəm ki, qismət olsun, Kəlbəcərə bayrağımızı mən asım. Belə deyək də, həyatı dərk etdikdən sonra bu, ürəyimdəki ən böyük arzudur. Onda uşaq idim. Xatirələrim çox azdır.

- Müharibə vaxtı Bakıya məcburi köçkünlər gəldi. Ümumiyyətlə, onların normal həyat səviyyəsinə çatdırılmasında Sizin nə dərəcədə rolunuz oldu?

- Rolum çox zəif olub. Uşaq idim. Ailəmizdə də çətin günlər müharibədən sonra başladı. Babamın kəlbəcərlilərə çox böyük köməyi dəyib. Deməzdim bizə sığındılar. Kimlərəsə qismən də olsa, əl tutduq.

- Babanız nə işləyirdi o vaxt?

- Sabunçu rayonunda polis işçisi idi. Artıq dünyasını dəyişib. Çox qonaqpərvər, dostcanlı idi. O günlər yadımdadır. Atam və anam da onun etdiklərini mənə danışırdı. Evimizdə çox adam yaşayırdı. O zaman babamın imkanı yaxşı idi və gücü çatanı edirdi. Amma daha sonra ailəmiz üçün çətin dövrlər başladı. Babam pensiyaya çıxdı, daha sonra dünyasını dəyişdi. O dönəmdə iş tapmaq çətin idi. Bu səbəbdən, ailəmiz çox çətinlik çəkirdi. Mənim də ayağım yer tutduqdan sonra dövlətimiz məcburi köçkünlər üçün şərait yaratmışdı. Bundan sonra mənim köməyimə ehtiyacı olan elə də adam yox idi.

"Bu gün basketbol oynamaram"

- Karyeranızda yalnız öz oyun keyfiyyətinizin rolu oldu, yoxsa qismət amili də var?

- Düşünürəm ki, mənim Azərbaycan səviyyəsində uğurlu oynamağım sırf qismətlə, Allahın mənə verdiyi ruzı-bərəkətlə bağlıdır. Çünki həqiqətən də böyük potensialım yox idi və öz yaşıdlarım arasında da o qədər seçilmirdim. Bir şeyi nəzərə alın ki, 16 yaşımda milliyə düşməmişdim. İndi həmin milli U-17-dir. Amma o vaxtlar U-16 və U-18 yığmaları mövcud idi. Bu dərəcədə komanda yoldaşlarımdan geri qalırdım. Ancaq birdən-birə 18 yaşımda əsas milliyə düşdüm. Bu, Allahın mənə verdiyi nemət idi. Ona görə də Allahıma çox şükür edirəm. Ondan sonra olanlar göz qabağındadır və hər biriniz nələrin baş verdiyini görmüsünüz.

- Qismət mövzusu mətbuatda çox müzakirə olunur. Çünki bu, mücərrəd söhbətdir. Məsələn, elə "Turan Tovuz"da çıxış etdiyiniz vaxt həmişə qolunu çırmalayıb oynayırdınız. Sizcə, bu "qismət" söhbəti ilə öz oyun keyfiyyətinizi aşağı salmırsınız?

- O oyun keyfiyyətini də bizə Allah verir. Nə səbəbdən verir, niyə verir, bizim üçün imtahandırmı, nemətdirmi, bunu Allah bilir. Amma mən o fikirdəyəm ki, nədəsə "mən" deməyə haqqımız yoxdur. Mən heç vaxt "mən" demirəm.

- Nə vaxtdan başa düşdünüz ki, bunu Sizə Allah verib?

- Elə gənc yaşlarımdan. Onu başa düşdükdən sonra Allah mənə daha çox verdi.

- O zaman niyə futbolçu karyeranız enişli-yoxuşlu oldu?

- Eniş dövrlərinin öz səbəbləri olub. Nə deyim? Deyim: "Günah məndə idi və ya kimdəsə olub"? Bu, düzgün olmaz. Səhv etdiyim, haqsızlıqlarla üzləşdiyim, hətta lap xırdalığı ilə desəm, işimə ciddi yanaşmadığım vaxtlar da olub. Düşünürəm ki, mənə necə karyera seçəcəyimi desəydilər, yenə bunu seçərdim. Çünki bütün futbol ictimaiyyəti qarşısında alnım açıqdır. Bəli, səhvlərim olub. Amma istər azarkeşlər, istərsə də komanda yoldaşlarım və ya digərləri qarşısında utancverici hərəkətim olmayıb. Kiminsə haqqına girməmişəm və ya kimisə təhqir etməmişəm. Nə vaxtsa pul, şan-şöhrət qarşısında əyilməmişəm. Həmişə çalışmışam karyeramda və həyatımda mənəviyyata önəm verim. Karyeramı gözümün qarşısına gətirdikdə utandırıcı nəsə görmürəm. Bəli, böyükhesablı məğlubiyyətlərimiz olub ki, buna görə azarkeşlərimiz qarşısında utanmışam. Amma həmin gündə, həmin oyunda bundan artığına gücümüz çatmayıb. Sadəcə, səviyyəmiz bu qədər olub. Mən futbolçuyam və təkcə karyeramla iş bitmir. Sən insansan və futbolçu karyeranla yanaşı, şəxsi həyatın da var. İkisində də nöqsanlar buraxmamaq üçün hərdən karyeranda bəzi enişlər olur. Bilirsən ki, bu, karyerana zərbə olacaq. Amma şəxsiyyətin imkan vermədiyi üçün bu addımları atmırsan, kiminsə qarşısında əyilmirsən. Mən həmişə şəxsiyyəti karyeramdan üstün tutmuşam. Buna görə də çox problemlə üzləşmişəm. Ancaq yenə də peşman deyiləm. Sabah da eyni vəziyyət olsa, belə addım ataram. Demirəm səhvlərim olmayıb. Amma kiməsə qarşı böyük səhvim olmayıb. İstərdim ki, dünyamı dəyişənə qədər böyük səhvlərlə yadda qalmayım, kiminsə haqqına girməyim.

- Səhvlərinizin olduğunu dediniz. Basketbolla məşğul olduğunuz zaman o məsələ ətrafında cərəyan edən proseslər səhvlərinizdən biri deyildi?

- Səhv hesab etmirəm. Amma bu gün o situasiya ilə qarşılaşsam, basketbol oynamaram. Yəni, 23-24 yaşım vardı. O gün üçün bu, mənə elə də problem kimi gəlmirdi. Dostlar deyir gedək basketbol oynayaq, mən də boş idim, oynayırdım. Amma bu gün belə bir situasiya ilə üzləşsəm, oynamaram. Düşünərəm ki, lazım deyil. Həm də o səbəbə görə ki, basketbola da zərbə vura bilərəm. Amma futbolsuz qaldığım vaxt milli komandanın, "Neftçi"nin kapitanı idim, amma bu gün olsa, oynamaram. Hər yaşın öz düşüncələri var. 23 yaşında atdığın atdımı 35 yaşında atmazsan. Məsələn, 23 yaşında dediyim sözü bu yaşda demərəm. Əminəm ki, 23 yaşımda verdiyim müsahibəyə baxsam, deyərəm ki, "Rəşad, burada bu sözü belə desəydin, daha yaxşı olardı". Bu, illərlə gələn bir şeydir. Cavanlığın öz düşüncələri var. Amma illərlə müdriklik, fərqlilik gəlir. Yenə deyirəm, bu gün olsa, basketbol oynamazdım.

"Onda belə çıxır ki, vətən xainiyəm?!"

- Sizi nə vadar etmişdi? Əsas proseslər 2006-cı ildə Ukraynaya 0:6 hesablı məğlubiyyətdən sonra başladı. O zamanki baş məşqçi Şahin Diniyev belə bir açıqlama verdi ki, niyə bizim bir dənə də futbolçumuz görüşdə sarı vərəqə almadı?

- O oyunun üstündən çox keçib. Bu dəqiqə durub həmin anı detalları ilə danışmaq düzgün deyil. Çünki bütün məsələlər müzakirə olunub və məsələ bağlanıb.

- Amma hər kəs həqiqəti bilməlidir...

- Mən yetərincə açıqlama vermişəm. Gənc nəsil bəlkə də həmin anı bilmir. Bilməyənlərə də bilənlər danışacaq. Heç nə baş verməmişdi. Çıxıb oynamışdıq. Ukrayna həmin il Avropa çempionatının 1/4 final mərhələsinə qədər çıxmışdı. Çox güclü komanda idi. Səfərdə 0:6 uduzduq. Zəif oynamışdıq. O dövr üçün birinci dəfə deyildi ki, belə hesabla məğlub olurduq. Sadəcə, uduzmuşduq. Nəsə baş verməli deyildi.

- Amma sizə qarşı, futbolçulara qarşı münasibət dəyişdi...

- Bunu mənə qarşı münasibəti dəyişən insandan soruşsaydınız, daha yaxşı olardı. Pis oynayıb, 0:6 hesabı ilə məğlub olmuşuq. Mən yığmanı tərk etməmişəm ki?! Məni tərk ediblər. Başda mən olmaqla, bütün komanda ilə zəif oynamışıq. Rəqib yaxşı formada idi. Bizdə isə mövsüm yeni başlamışdı. Bu məğlubiyyətlər normaldır. Çünki rəqiblər arasında fərq çox böyükdür. Fikirləşin, 11 nəfər İngiltərə Premyer Liqasında oynayana qarşı Azərbaycan çempionatında çıxış edən 11 oyunçu mübarizə aparır. Bu gün biz San Marinonu səfərdə 1:0 udub tənqid olunuruqsa, onlara da eyni münasibət göstərilir. Onlar da gözləyir ki, niyə Azərbaycanı 1:0 udursunuz, 5-6 topluq fərqlə yox? Ustalıq səviyyəsi var. Sabah yenə də ola bilər. "Fiorentina"ya klub səviyyəsində 1:5 uduzduq. Hələ nə qədər də imkanları oldu, 5 dənə də vura bilərdilər. Meydanda ustalıq və say fərqi vardı. İndi necə deyək ki, niyə bu hesabla uduzdunuz? Futboldu da, rəqib səni meydanda üstələyir. Ölkə çempionatında kimisə 5:0, 6:0 uduruq. O deməkdir ki, kimsə qovulmalıdır, ya kimsə var gücü ilə oynamır? Bu, tipik ustalıq fərqidir. Olur ki, mübarizə aparırsan, rəqibə əl-qol açmağa imkan vermirsən və qol epizodlarından istifadə edə bilmir. Amma normal nəticə alınır. Üstəlik elə oyunlar da olur ki, rəqib nə epizod yaradırsa, qol olur.

- Sadəcə, o dövrlər bu gün də çox müzakirə olunur. İstər Ukraynaya 0:6, istərsə də Polşaya 0:8 hesablı məğlubiyyətlərdə futbolçuların qəsdən oynamadıqları səbəb göstərilir...

- Ona görə dedim ki, mənim alnım azarkeşlər və millətim qarşısında tər-təmizdir. Mənə ləkə yaxan insanların da hamısı axirət günündə cavab verəcək. Hamı bilir ki, mən Allaha necə inanam insanam. Əgər mən istər milli, istər klub səviyyəsində bir saniyə, bir dəqiqə var gücümlə oynamamışamsa, Allah məni necə istəyirsə, cəzalandırsın. Mən nə deyim? Bunu bir Rəşad olaraq deyirəm: Kimdəsə şübhə qalıbsa, qoy Allah bilsin ki, mən nə vaxtsa meydançada var gücümlə oynamamışam. Bəli, zəif oynamışam, formada olmamışam, oyuna ciddi hazırlaşmamışam, bunlar başqa söhbətlərdir. Belə şeylər ulduz futbolçuların - Messinin, Ronaldunun da həyatında olur. Hər kəs həyatında səhvə yol verir. Amma sənin həyatında 2-3 böyükhesablı məğlubiyyət olursa, onu nə iləsə bağlamaq düzgün deyil. Biz Berti Foqtsun dönəmində səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzandan sonra da söhbətlər başlamışdı. 3 oyun idi uduzurduq. Dördüncü oyun Türkiyəni udduq, qolu da mən vurdum. Heç kim demədi ki, biz bu cür söhbətlər etmişik, haqqınıza girmişik, üzr istəyirik. Bunu heç kim demir. Özünüz görürsünüz ki, komandada necə ab-hava var, hər kəs sevinir. Niyə biz bunun daimi olmasını istəməyək? Bizim 10 həyatımız, mənim 15 karyeram yoxdur. Cəmi bir həyat və bir karyeram var. Mən bunu nəyə xərcləyim? Niyə qəsdən oynamamalıyam? Məqsəd nədir? Nə əldə etmək istəyirəm? Onda belə çıxır ki, vətən xainiyəm?! O vaxt da demişdim. Demişdim ki, siz belə düşünürsünüzsə, deməli, mən vətən xainiyəm. Məni məhkəməyə verin, məni həbs edin. Kimsə çıxıb milli səviyyəsində qəsdən var gücü ilə oynamırsa, o adam vətən xainidir. Bunu sübut etmək, cinayət işi açmaq, həmin adamı futboldan silmək lazımdır. İndi nə var ki, istənilən şəxsə "oğru", "cinayətkar" deməyə. Dildir, nə qədər istəsən danış. Amma axirətdə hamı bir-bir hesab verəcək.

"Biz bu həyatı şərəfsiz olmaq üçün yaşamadıq"

- Milli çox keşməkeşli, ağır günlər keçirib. Qələbələr də olub, məğlubiyyətlər də...

- Bu mövzuya mənim emosional yanaşmağımı başa düşməlisiniz. Çünki bu, karyeramda ən ağır dövr idi. Təsəvvür elə ki, sənə deyirlər ki, böyük cinayət işlətmisən. Amma sənin heç bundan xəbərin yoxdur. Deyirlər, insanları, ətrafındakılar buna inandırmağa çalışırlar. İnandırırlar, amma sənin bu mövzudan ümumiyyətlə xəbərin yoxdur. Bu hisslə necə yaşayarsan? Səni uzaqlaşdırırlar, futbol oynamağa qoymurlar. Sən bu hisslə necə yaşayarsan? 50 il də keçsə, onu yaddan çıxarmaram. Heç kimə qarşı kin saxlamıram. Amma yüz faiz əminəm ki, qarşı tərəfin səhvi olub. Mənim səhvim o qarşılaşmanı zəif oynamağımdır. "Qarabağ"ın heyətində AZAL-a 2:6 hesabı ilə uduzmuşam. Qəsdən eləmişəm, yoxsa Qurban Qurbanovun torbasını tikmişəm? Qolun 3-ü mənim səhvimdən vurulub. Oyundur, hə, zəif oynamışam, yaxşı hazırlaşmamışam. Amma o demək deyil ki, sən nəyəsə görə, kimisə ləkələyəsən. "Qəbələ" "Neftçi"ni 8:0 udmuşdu. "Qəsdən uduzdular" deyirlər. Amma mən orada olmaya-olmaya deyirdim ki, onlar qəsdən uduzmayıb. Futboldur, sadəcə, həmin gün elə alındı. Çünki özüm bu işləri yaşamışam. Braziliya Almaniyaya 1:7 hesabı ilə uduzur. Onda qəsdən uduzurdular? Elə şey olar? Sübut varsa, həmin adamı Azərbaycan futbolundan kəsib atmaq lazımdır. Əks halda, belə söhbətləri yığışdırmaq lazımdır. Danışmağa nə var ki?! Bilmirəm nə məsələ idi, amma axirətdə hər kəs cavab verəcək. Bir daha deyirəm: And olsun Allaha, mənim millətim və azarkeşlərim qarşısında alnım açıqdır. Şərəfimə and içirəm ki, bu, belədir. Axirətdə hər şey bilinəcək.

- O məğlubiyyətlərdən sonra əsas nəzərlərin Sizin üzərinizə yönəlməsinə kapitan və aparıcı oyunçu olmağınız səbəb olmuşdu...

- Kimlər üçünsə ola bilər ki, həyatda mənəviyyat önəmli deyil. Amma mən bunlara ömür boyu önəm vermişəm. Bunlar üçün yaşamışam. Elə bil hərəkət etmirəm ki, sabah komanda yoldaşımın üzünə baxanda utanım. Millətimə qarşı bu cür hərəkət edəcəyəm? Məni yandıran o olub. Amma olan olub, keçən keçib, illər ötüb. Yaddan çıxarmışam, üstündən keçmişəm. Çünki səhv məndə yox, qarşı tərəfdə olub. Kimdə olub, necə olub, kim kimə təzyiq göstərib, dəqiq bilmirəm. Yüz variant ola bilər. On cür versiya deyən adam olub. Nə bilim, biri deyir: "Paltardəyişmə otağında olub". Paltardəyişmə otağında olan 18 nəfərdən biri gəlsin, mənə desin, vəssalam, futbolla qurtarıram, həyatla qurtarıram. Biz bu həyatı şərəfsiz olmaq üçün yaşamadıq.

- Konkret Sizə qarşı ittiham irəli sürən yoxdur...

- Amma o, mənim karyeramın ən yaralı yeridir.

- Razısınızmı ki, bu gün Azərbaycan futbolçuları arasında lider Sizsiniz?

- Yox, 3-4 lider futbolçu var. Yaşıma, oyun praktikama görə, ola bilər, kimdənsə təcrübəm çoxdur. Amma o vaxtlar mənim 22 yaşım vardı.

- Milli komanda hazırda yüksəlişdədir. 4 oyuna 7 toplasanız da, axırıncı oyunda Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyət komandaya necə təsir etdi?

- Problem budur. Futboldur, ola bilər ki, kiməsə böyük hesabla uduzaq. Amma bu gün yığdığımız xal yaxşıdır. Yəni, burada 1:0 da, 5:0 da udsan, xal durumu dəyişmir - yenə 3 xal veriləcək. Bizə iki oyunda 1:0 udmaq lazımdır, nəinki 0:1 hesabı ilə uduzmaq. Almaniya çox ciddi rəqibdir. Bu xallar da bizə çox böyük kömək edəcək. Evdəki oyunda rəqib tələsəcək. Məsələn, "Fiorentina"ya 1:5 uduzduq, oturaq ağlayaq? Artıq o kitab bağlandı və qarşıdakı oyunlara baxmaq lazımdır. Bu gün bizdən çox bunu istəyən yoxdur. Bu gün bizim komandadan, məndən çox bunu istəyən yoxdur. Aydın məsələdir ki, nəyə görə istəyirəm. Dayanmaq yox, davam etmək lazımdır. Qarşıda bizim oyunlarımız var. Onlara baxmaq lazımdır. 

- Bu istək Sizi 4 oyunu Bakıda keçiriləcək 2020-ci il Avropa çempionatınadək yığmada çıxış etməyə sövq etmir?

- Hazırda sırf 2018-ci il dünya çempionatının seçmə tsikli barədə düşünürəm. AVRO-2020-də 37-38 yaş olacaq. Kim istəməz ki, evdəki Avropa çempionatında oynamasın?



XƏBƏR LENTİ
Kredit borcu olanlar fitrə verə bilər? - İlahiyyatçılar izah edir + VİDEO 21:10
Ramazan bayramı nə vaxt qeyd olunmalıdır – mübahisələrə aydınlıq məqsədi ilə… 21:00
Möcüzə cihazı taxan hər dildə DANIŞA BİLƏCƏK 20:51
İsrailin aviazərbəsi nəticəsində iki suriyalı hərbçi həlak olub - YENİLƏNİB 20:41
Boksçu Kamran Şahsuvarlı Avropa çempionatını gümüş medalla bitirib 20:23
9 illik təhsildən kolleclərə sənəd verənlər - ballar bu qayda ilə hesablanacaq 20:11
Bakı dünyanın ən ucuz şəhərləri sırasındadır - REYTİNQ 20:00
Acun Ilıcalı özünə 3 gün, 3 gecə toy edəcək 19:32
Azərbaycanda daha bir qorxunc həkim səhvi: - Yeni doğmuş anaya səhv qan köçürdülər, komaya düşdü + FOTOLAR 19:13
Paralanmış və uralanmış Azərbaycandan MÜSTƏQİL AZƏRBAYCANA - ARAŞDIRMA 18:55
İlham Əliyev 4 ölkənin prezidentlərinə təbrik məktubu göndərib 18:38
Formula1: Sıralama turunun qalibi məlum oldu 18:21
İlham Əliyev: "Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir" 18:02
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Yasamalda törədilən qətllə bağlı birgə məlumat yayıb 17:47
Daha yeddi bank filial və şöbəsi gücləndirilmiş iş rejiminə keçib 17:33
Dünyanın ən bahalı şaurması Litvada hazırlandı 17:19
“İki yad adam” filmi Tiflisdə 17:12
Azərbaycanlı reperin ölümünün təfərrüatları - "Güzgüdən baxıb gördüm ki, keçinib" + VİDEO 17:08
Kamran Əsədov tarix dərsliyinə etiraz edən Ramin Əlizadəyə verdiyi cavabında Elmlər Akademiyasında "əli ətə çatmayan" mafioz "pişikləri" ifşa etdi 16:52
İcra başçısından Xocalı aeroportu ilə bağlı AÇIQLAMA 16:42
Moskvadan qızıl gətirmək cəhdi baş tutmadı 16:28
Şarl Lekler Bakıdakı qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib 16:22
Bir qrup zabitə "polkovnik" rütbəsi verilib 16:05
Pakistanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 73-ə çatıb 15:57
“Formula 1” üzrə Azərbaycan Qran Prisində qəza - Mühərrik yandı + FOTOLAR 15:46
Demokratik Cümhuriyyətin yadigarı - 98 yaşlı AZƏRTAC-ın yaranma tarixi 15:30
Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib 15:18
Silah satmaq istəyən şəxsdən narkotik tapılıb 15:02
Fitrənin çıxarılacağı gün və qaydaları - MƏQALƏ 14:45
Mingəçevirdə 100-dən çox evi su basdı - FOTOLAR 14:36
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Əkrəm Həsənova nə dedilər? 14:14
Azərbaycan polisi hollandiyalı turisti heyrətləndirdi 14:06
Ramazan ikitirəliyi - Bayram namazını sabah qılanlar da olacaq... 13:45
Bakıdakı “Formula 2” yarışlarında - QƏZALAR baş verdi 13:31
İlham Əliyev Pakistan prezidentinə başsağlığı verdi 13:16
Bayram gününün havası necə olacaq? 13:03
Xalq artisti son günlərini yaşayır 12:43
Tehranın İmam cüməsi: Səud rejimi İranla müharibə etmək üçün uşaqdır... 12:37
Azərbaycanda iki gün ərzində müşahidə olunacaq hava proqnozu açıqlanıb 12:29
Mingəçevirdə iki ailə arasında kütləvi dava 12:06
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür 11:59
Rusiyadan Azərbaycana gətirilən yeni hərbi texnika cəbhəyə göndəriləcək - FOTOLAR + VİDEO 11:55
SON DƏQİQƏ: 12 erməni hərbçi yaralandı 11:45
Bakıda sürət qatarı piyada qızı belə vurdu - VİDEO 11:34
“Metroda bomba var” deyən adama güzəşt etmədilər 11:29
ABŞ səfirinin 1944-cü ildə Ankaradan yazdığı MƏXFİ MƏKTUBU 11:20
Fransadan çağırılan səfir Mehriban Əliyevaya köməkçi təyin edildi - SƏRƏNCAM + FOTO 11:09
Tanınmış futbolçu karyerasını bitirib 11:02
Millət vəkilinə ağır İTKİ: Həyat yoldaşı vəfat etdi + FOTO 10:50
Çində dağıntılar altında qalanların sayı artıb - 141 nəfər + YENİLƏNİB 10:45
Ordumuzun yubiley medalı kimlərə veriləcək... 10:35
Beyləqanda 2 maşın toqquşub - 1 nəfər ölüb 10:23
Bakıda ambulans aşdı: Xəsarət alanlar var + FOTO 10:20
Məkkədəki terakt cəhdinə ilk reaksiya Qətərdən gəldi 10:14
Ermənilər yenə təxribat törədir - Cəbhədə gərginlik: SON DURUM 10:01
Müstəqil Azərbaycanın səkkizinci Baş naziri – İlham Heydər oğlu Əliyev + DOSYE 09:55
Everestdə tapılan 10 cəsədin ölümünün sirrləri - FOTOLAR 09:45
"Formula 1" Azərbaycan Qran-Prisinin ikinci günündə nələr olacaq... 09:25
Qarabağla bağlı mühüm qərar verilə bilər - Görüş 09:15
Eşitmə qabiliyyətinizin zəifləyəcəyinə tam əmin ola bilərsiniz - XƏBƏRDARLIQ 09:05
Bayramı "qara" gələn Pakistan - Dəhşətli TERROR: 47 ölü, 150 yaralı 08:48
Venesuelada parlamentin binasına hücum: Xəsarət alanlar var 08:30
Zoğalın xalq təbabətində istifadəsi 07:58
Pərpətöyünün sağlamlıq üçün BİLMƏDİYİNİZ FAYDALARI 06:43
Turşuların orqanizm üçün 5 ZİYANI 05:23
Duz - "ağ ölüm" yoxsa vacib maddə? 04:32
Qarğıdalı saçaqlarından MÜALİCƏVİ ÇAY, FAYDALARI 03:38
Dünyanın ən amansız 10 qatilinin edam qabağı SON SÖZÜ + FOTOLAR 02:55
Məkkədə terror aktının qarşısı alınıb, 5 nəfər saxlanılıb 02:26
SOCAR Gürcüstandakı öhdəliklərini vaxtında yerinə yetirəcək 01:56
Ana ölən oğlunu almaza çevirdi - FOTO 01:42
“WhatsApp” vaxtı uzatdı 01:31
Ərdoğan: “Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir” 01:16
Ərdoğan: "Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır" 01:04
Lənkəranda zəlzələ baş verib 00:53
Tarkan Bakıda Formula-1 azarkeşlərinə konsert verdi - FOTOLAR 00:38
Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 37-yə çatıb + YENİLƏNİB 00:25
Ali məktəblərin statusunun dəyişməsi nəyi dəyişəcək? - VİDEO 00:08
23.06.2017
İŞİD Azərbaycandan nə istəyir – Antiterror Mərkəzinin rəhbərindən AÇIQLAMA 23:53
Zukerberq ilk dəfə iftar süfrəsində 23:42
Ağ Ev: Putinlə Trampın görüşü istisna edilmir 23:28
Qarnından qaşıq çıxarıldı - Bakıda inanılmaz hadisə 23:19
Fransa millisinin keçmiş üzvü “Qəbələ”yə keçib 23:12
İlan itini sancmasın deyə özünü fəda etdi 23:04
Ana 6 aylıq körpəsini öldürdü – 12 il idi uşağı olmurdu 22:46
Bakıda təhlükəli anlar - VİDEO 22:37
Ermənistan parlamentində Sarkisyanı ifşa etdilər: “Siz nədən danışırsınız, hər gün cəbhədə ölən əsgərlərdən?” 22:19
Azərbaycanda dəhşətli mənzərə: su kanalına heyvan leşləri atılır + VİDEO 22:02
Azərbaycan boksçusu Avropa çempionatının finalına yüksəlib 21:48
İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi ilə açılıb - FOTOLAR 21:38
Suriyada İŞİD-in əsas maliyyəçilərindən biri məhv edilib 21:21
Zakir Həsənov: "Azərbaycan ordusu torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir" 21:12
Çində metroda qadınlar üçün xüsusi vaqonlar ayrılacaq 20:52
Ramazanın 29-cu günü: dua, imsak və iftar vaxtı 20:46
Türkiyədə akvaparkda faciə - 5 nəfər öldü 20:28
Dərsə şortla olmaz dedilər, oğlanlar mini ətək geyindilər + FOTOLAR 20:15
Prezident İlham Əliyev 3 nəfərə fəxri ad verdi 19:48
Azərbaycanın Fransadakı səfiri dəyişdirilib 19:35
İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası - Onlarla saxlanılan var 19:20
"Məni Rafiq Tağını öldürməkdə ittiham edirdilər” - Həmid Herisçidən sensasion MÜSAHİBƏ 19:10
3 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 18:49
Habil Vəliyev və Surxay Əliyevin həbs müddəti uzadılıb 18:40
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib 18:31
25 dil bilən azərbaycanlı: "Dəli olmaq ən böyük xoşbəxtlikdir" + FOTOLAR 18:18
“Ermənilər məhsəti türklərinin damarına it qanı vurmuşdular...” - Dəhşətli xatirələr + FOTOLAR 18:07
Bakıda universitetdə faciə - Müəllim öldü 17:31
"Oğlanlar var, şərait yoxdur" stereotipini qıraraq Azərbaycanda milyonlar qazanan iş adamları + SİYAHI 17:22
Gülər Əhmədova bağlanmış bankdakı əmanətindən danışdı 17:05
Azərbaycan banklarını tənqid etdiyinə görə tanınmış hüquqşünas Baş Prokurorluğa çağırıldı 16:47
Şır-şır çayında 11 yaşlı uşaq boğularaq ölüb 16:34
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub - FOTO 16:21
Azərbaycan prezidenti Gürcüstan baş nazirinin müavinini qəbul edib 16:02
Sumqayıtda xüsusi əməliyyat - 3 nəfər zərərsizləşdirilib + FOTOLAR 15:41
Reanimasiyaya yerləşdirilən xalq artistinin bir günlük xəstəxana xərci 15:26
Elmlər Akademiyası mənzil davasına münasibət bildirib 15:06
Təhlükəli sözlər xeyirə vəsilə oldu: Nigar Camal ilə DYP-nin "Təhlükəsiz sürücünün təbliği" LAYİHƏSİ 14:47
Bankda olan zaman Mehriban xanımın köməkçisi zəng elədi... - Evi girovda olan şəhid anası 14:30
Heydər Əliyev Fondu adından əlillərə qarşı dələduzluq edənlərin məhkəməsi keçirilir 14:14
"Əmək pensiyaları haqqında" qanuna olunacaq dəyişikliklər nə vəd edir? - Nazir Səlim Müslümov açıqladı 14:07
Formula 2: Sərbəst yürüşlərdə ən yaxşı pilotlar məlum oldu 13:45
Həyəcan siqnalı verildi: Türk ordusu bu əraziyə girdi 13:37
Şeyx Azərbaycan xalqını təbrik etdi 13:30
Formula 1 pilotlarının birinci sərbəst yürüşü başladı 13:19
Məhkəmə Messi ilə bağlı qərarını verdi - CƏZA 13:07
Sabahın hava PROQNOZU: 32 dərəcə İSTİ 12:59
Formula-1 Qran-prisində sürpriz evlilik təklifi 12:43
Anar Ələkbərov: "Xalqımız, xüsusilə də Bakı əhalisi bu tədbiri böyük həvəslə gözləyir" 12:37
Eldar Əzizovla Ramiz Əsgər Azərbaycan Jurnalistlər Birliyindən kənarlaşdırılıb 12:20
Prezident Şirvanda hərbi hissənin açılışını etdi - FOTOLAR + YENİLƏNİB 12:00
Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb 11:42
Ramazan tətili başlayır 11:16
Dünyanın ən insaflı 6 oğrusu - 5 əcnəbi və bir azərbaycanlı - ŞƏRHSİZ 11:00
Flora Kərimova əməliyyat olundu - FOTOLAR 10:50
“Porsche” ilə qadını vurub öldürən yeniyetmə barədə məhkəmə QƏRARI 10:31
Stalinin ölümündən sonra həbs olunan Beriyanın bağışlanılmaq üçün yalvarış məktubu 10:20
Ordumuzun 100 illliyi ilə bağlı yubiley medalı hazırlanacaq 10:15
Cəbhədə yenə şiddətli atışma oldu - SON DURUM 09:57
Ərəb ölkələri Qətərdən İranla əlaqələri kəsməyi və Türkiyə bazasını bağlamağı tələb edir 09:47
Narazı qalan müəllimlərə növbəti şans veriləcək 09:42
Formula 1 – Azərbaycan Qran-Prisi başlayır 09:35
Qızıl 3 dollardan çox bahalaşıb 09:28
“Azəristiliktəchizat”ın zərəri 117 mln. manatı ötüb 09:24
Ronaldo İspaniyanın vergi qurumlarına 14,7 mln. avro ödəməkdən imtina edib 09:18
IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir 09:10
Bir ömür xoşbəxt yaşamağı təklif etdi,amma... QANDONDURAN CİNAYƏT 08:30
SOCAR prezidentinin müşaviri vəfat etdi 08:20
Şaftalının inanılmaz 7 faydası 07:56
Beyni öldürən 10 təhlükəli vərdiş 06:51
"Heydər" məscidində bayram namazı nə vaxt qılınacaq? - Əhli sünnələr və əhli şiələr arasında saat fərqi var 05:22
Yaşlı cütlüklərin uşaqları daha savadlı olur - ARAŞDIRMA 04:26
Xərçəngə qalib gələn MƏŞHURLAR - FOTOLAR 03:37
Braziliyada ağır yol qəzası: 21 ölü, 22 yaralı 02:19
“Survivor 2017”nin qalibi məlum oldu - VİDEO 02:13
Daşkəsəndə marixuana satmaq istəyən müəllim saxlanılıb 02:05
BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır 01:43
Azərbaycanın Çexiyadakı Səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun toplantısı və iftar yeməyi təşkil edilib - FOTOLAR 01:30
Ronaldodan 10 yaşlı əlil qıza jest - FOTOLAR 01:21
Qonşu ölkədə ana və oğlu “şeytan çarxı”ndan yıxılıb öldülər - VİDEO 01:11
Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır 00:42
Publik hüquqi şəxs statusuna malik olan BDU, ADİU və ADU necə idarə ediləcək? - YENİLİYİN DETALLARINI KAMRAN ƏSƏDOV ŞƏRH EDİR 00:23
Bakıda inanılmaz hadisə: qatarın altında qalan uşaq durub qaçdı 00:18
Artıq bu insanlar da diplomatik pasport ala biləcəklər 00:05