success closed Loading...

Rektor Kamal Abdulla tələbələri mitinq və iğtişaşa çağıran müəllimdən danışdı + VİDEO

icon datetime09.01.2019 18:41 icon comment icon visitor
shadow

Son dövrlər Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi ilə bağlı mətbuatda səsləndirilən ittihamlar, ali təhsil ocağının intriqa məkanına çevrilməsi, təhsilin keyfiyyətinin günbəgün aşağı düşməsi ilə bağlı yayılan xəbərlərə bu gün universitetin rektoru Kamal Abdulla aydınlıq gətirib. Enter.News xəbər verir ki, jurnalistlərin qarşısına çıxan rektor deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

O, qeyd edib ki, bu gün ADU-nun məzunları ən yüksək dövlət qurumlarında çalışan insanlardır. Rektor ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: “ADU-nun rektoru vəzifəsində işlədiyin il yarım ərzində tələbələri savadlaşdıra bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. 4 ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər".

Rektor qeyd edib ki, bütün iddiaların hamısı böhtandır: "Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi? Hansı ki, töhmət aldıqdan sonra bu çıxışları edir. Mən onları məhkəməyə vermək istəmirəm. Gözləyirəm ki, onlar bizi məhkəməyə versin və mən əks iddia ilə çıxış edim. Görüm ondan sonra nə deyəcəklər. Həmin dekana açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə töhmət verilib. Tələbələri təhdid edən və mitinqə, iğtişaşa çağıran müəllim Pərvin Mürsəlova isə imtahanlardan kənarlaşdırılıb. Çünki həmin müəllim tələbəni təhdid edib və səs yazısı da var".

K.Abdulla həmçinin ADU-ya rektor təyin olunandan sonra hansısa qohum-qardaşını gətirməsi məsələsinə də aydınlıq gətirib: "Burada yalnız Azad Məmmədov adında qohumum çalışır, o da tanınmış dilçi alimdir və məndən əvvəl burada işləyib. İkinci hansısa qohumumun burada işləməsini kimsə deyə bilməz. Burada 17 il işləmişəm. Dostlarım və tanışlarımın olması normaldır. Bu kimi yalnış fikirlər cəmiyyəti, ziyalı insanları çaşdırmaqdan başqa məqsəd güdmür".

Eyni zamanda rektor universitetdə əvvəllər Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyən və işlərində ciddi nöqsanlar buraxan Elmira Baxşəliyevanın səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Hazırda iş məhkəmədədir. Onun haqsız olaraq vəzifəsindən kənarlaşdırılması iddiaları əsassızdır. Çünki, o, bir şöbədən başqasına keçirilib. Yəni işdən çıxarılmayıb. Buna səbəb də var. Çünki, o, işində ciddi nöqsanlar buraxmışdı. Onun sahəsinə aid laborantlar üç dəfə məzuniyyətə buraxılmışdı. Bu, necə ola bilər?! Bu, birbaşa saxtakarlıqdır. Komissiyanın qərarı ilə müəyyənləşdi ki, onun həm yaş məhdudiyyəti var, həm də ali savadı yoxdur. Onun yalnız hansısa masaj kursu bitirməsi ilə bağlı sənədi var. O, yalnız laborantların sənədinə baxırmış və qol çəkilən sənəddə maaşın miqdarını da yazmayıb".

K. Abdulla həmçinin bildirib ki, kimi işdən çıxarırsa, ya intihar edəcəyini, ya da prezidentə məktub yazacağını deyir.


XƏBƏR LENTİ
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA 22:27
Başınız qarışıb sürücülük vəsiqəsi satmağa... - Təhsil eksperti Etibar Əliyevdən yol polisinə ağır ittihamlar 22:00
Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi 20:45
Əmir Teymur Yezidin məzarı ilə necə rəftar edib? - MÜHÜM TƏHLİL 13:18
ABŞ-ın Türkiyəyə Mənbic tələsi: Kürd terrorçulara tank əleyhinə külli miqdarda raket verilib 12:58
İstanbulda "Qanla qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı" adlı konfrans keçirilib + FOTOLAR 12:13
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərəkət dayandırılıb 12:06
Hafiz Paşayev: "ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdılar” 10:55
İlham Əliyev xanımı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər + FOTOLAR 09:56
Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır 08:00
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur 00:08
Vahid Mustafayev: "Bunlar mənə İlham Əliyevin tapşırığı ilə təqdim edilmişdi" + YENİLƏNİB 00:00
20.01.2019
Ramil Usubovdan yeni RƏİS TƏYİNATLARI 23:55
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ 23:52
Kamal Abdulla: “Bu xəbəri ulu öndərimiz verdi..." 23:29
İlham Əliyev: "Zimbabve Prezidentinin Azərbaycana gəlişi tarixi səfərdir" 19:25
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb + FOTOLAR 17:18
“ASAN xidmət” mərkəzləri yanvarın 20-də işləməyəcək 12:47
Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib 12:43
Bakıda piyada keçidindən keçən qadını avtomobil vuraraq öldürüb 11:41
ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır” 10:40
İlham Əliyev Zimbabvenin prezidenti ilə görüşüb + FOTOLAR 09:19
Azərbaycan səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub + FOTOLAR 00:11
ABŞ və Şimali Koreya liderləri arasında ikinci görüşün vaxtı açıqlanıb 00:02