success closed Loading...

Prezident İlham Əliyev 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.

2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

Sərəncamda qeyd edilir ki, 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilsin.

Enter.News


XƏBƏR LENTİ
“Türk axını” boru kəmərinin dəniz hissəsinin tikintisi başa çatdı 21:54
Paytaxtda 4 idman-əyləncə layihəsinə 23 milyard dollar ayrıldı 21:42
Nazarbayev prezident postundan istefa verməmişdən öncə Putin ona zəng edib 20:23
İlyas İsmayılov: “Azərbaycan qanunlarla idarə olunmur” 18:53
Gürcüstan parlamenti müsəlmanların narazı olduğu qanun layihəsinin müzakirəsini dayandırıb 18:42
Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artıb 18:38
Bakıdan İstanbula AZAL ilə gedənlər! - DİQQƏT! 18:32
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb 18:26
Baş nazirin müavini: "İstərdik ki, Əli İnsanov olub keçənlərdən nəticə çıxarsın və Heydər Əliyevin məzarına çiçəklər qoysun" 17:54
"ASAN xidmət"ə sədr müavini təyin olunan Ceyhun Salmanov kimdir? - DOSYE 17:40
Nursultan Nazarbayev istefa verdi 17:34
Putinə “İLİŞƏN” 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər 17:09
Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub, amma biz bərpa etməyə hazırıq" 16:06
Prokuror Gömrük Komitəsinin generallarına cəza istəyib 11:59
19.03.2019
Vergilər Nazirliyi: “Banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilərlər” 23:53
Mədət Quliyev müğənni Nigar Camalın klip təqdimatında + FOTOLAR 17:59
Keçmiş müstəntiq Rüfət Səfərov: "Məni dilə gətiriləsi mümkün olmayan işgəncələrə məruz qoydular" 17:30
Elçin Şıxlı: "Nə qədər ki, o məmurlar orada oturub, heç bir islahat gözləmirəm” 16:22
"İstanbul heç vaxt Konstantinopol olmayacaq, bu şəhəri tərk etməyəcəyik" - Ərdoğan od püskürdü 15:18
MTRŞ-dan "Manpası" verilişinin aparıcılarına SƏRT TƏNQİD 12:42
DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət edib 11:03
Putin bu gün Krıma gedir – Yarmadanın Ukraynadan qoparılmasının 5 illiyi qeyd olunacaq 09:14
Bakının bəzi rayonlarında qazın kəsilməsinin səbəbi nədir? - “Azəriqaz”-dan rəsmi açıqlama 08:59