success closed Loading...

Məktəb müəllimlərinin orta aylıq maaşı 605 manat olub

Azərbaycanda aylıq vəzifə maaşlarının artımı orta məktəblərdə çalışan 160 minə yaxın müəllimi əhatə edəcək.

Enter.News-un məlumatına görə, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılaraq orta aylıq əməkhaqqı 605 manat müəyyənləşib.