success closed Loading...

İlham Əliyev Vilayət Vəliyevi rektor təyin etdi

Prezident İlham Əliyev Azərbaycan Texniki Universitetinə yeni rektor təyin edilməsi haqqında sərəncam imzalayıb.

Enter.News xəbər verir ki, sərəncamla Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, V.Vəliyev 1960-cı ilin martın 28–də anadan olub. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.