success closed Loading...

Türkiyədə azərbaycanlı dosent vəfat etdi - Kayseridə dəfn olundu

icon datetime28.12.2019 14:31 icon comment icon visitor
shadow

Türkiyənin Erciyes Universitetinin incəsənət fakültəsinin musiqi kafedrasının dosenti, azərbaycanlı musiqişünas Müzəffər Əsgərov ürək tutmasından vəfat edib.

Enter.News Türkcə xəbər verir ki, Əsgərovu son mənzilə yola salmaq üçün universitetdə mərasim təşkil edilib.

1997-ci ildə Türkiyəyə gedən və Erciyes Universitetində işləməyə başlayan Əsgərov üçün təşkil edilən mərasimdə onun həyat yoldaşı, həmin kafedrada işləyən professor Nigar Əsgərova, universitetin rektoru Mustafa Çalış, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Çıxış edənlər Müzəffər Əsgərovun tələbələr və kollektiv arasında çox sevilən biri olduğunu deyiblər. Rektor Çalış onun adının universitetdə əbədiləşdiriləcəyini bildirib. Musiqi kafedrasının müdiri, professor Oya Levendoğlu isə çıxışında mərhumun Türkiyə aşiqi olduğunu, bu sevgisini öz bəstələrində, kitablarında yaşatdığını deyib.

Mərasimdə fakültənin tələbələri öz müəllimlərini son mənzilə vida mahnısı ilə yola salıblar. Əsgərovun cənazəsi Hulusi Akar Məscidində qılınan namazdan sonra vəsiyyət etdiyi kimi, Kayseri Asri Məzarlığında dəfn olunub.