success closed Loading...

Azərbaycan Tibb Universitetin rektoru 35 tələbəni ali məktəbdən qovub - QƏRAR

icon datetime30.12.2019 13:53 icon comment icon visitor
shadow

35 əcnəbi tələbə Azərbaycan Tibb Universitetindən (ATU) xaric edilib.

Bu barədə Enter.News-a Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib.

O bildirib ki, bu barədə qərar universitetin Rektor yanında İctimai Nəzarət Şurası tərəfindən çıxarılıb.

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019-2020-ci tədris il üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.